Icma.az
close
up
RU
“Xankəndidə keçirilən Zirvə görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir və ölkəmizin qarşısında iqtisadi baxımdan da böyük imkanlar açır”

“Xankəndidə keçirilən Zirvə görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir və ölkəmizin qarşısında iqtisadi baxımdan da böyük imkanlar açır”

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən (AQC) XQ-yə bildirilib ki, bu sözləri Xankəndi şəhərində baş tutan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünü şərh edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti, iqtisadçı-ekspert Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, Azərbaycan artıq üçüncü dəfədir ki, bu beynəlxalq sammitə ev sahibliyi edir.

“Bu, heç şübhəsiz Azərbaycanın qlobal mənada strateji aktora çevrilməsinin bariz nümunəsidir. Qarabağın beynəlxalq əməkdaşlıq məkanı kimi yeni imicinin formalaşması baxımından da müstəsna əhəmiyyət kəsb edir. Bu, artıq Qarabağın konflikt zonası kimi deyil, inkişaf, əməkdaşlıq və regional inteqrasiyanın mərkəzi kimi beynəlxalq nüfuzunu artırır. Forumun gündəliyinə regional ticarət, enerji, nəqliyyat, iqlim və dayanıqlı inkişaf mövzuları daxildir. Sammitdə Xəzər İqlim Bəyannaməsi, karbon ticarəti və “yaşıl enerji zonası” kimi təşəbbüslər müzakirə olunacaq. İnvestisiya axınının stimullaşdırılması, Qarabağ bölgəsinə olan marağın daha da artırılması, ticarət və logistika dəhlizlərinin genişlənməsi, Qarabağ bölgəsinin iqtisadi bərpası və İƏT ölkələrinin bu prosesə cəlbi, Azərbaycan məhsullarının İƏT dövlətlərinə ixracı, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar sahəsində gözlənilən razılaşmalar ölkəmiz üçün strateji əhəmiyyət daşıyır. Sammit Azərbaycanın yaşıl iqtisadiyyat modelinə keçidini də gücləndirəcək. Xankəndi və bütövlükdə Qarabağın turizm potensialını artıracaq. Yerli məşğulluğun artırılmasına mühüm töhfələr verəcək”, - deyə AQC sədri bildirib.

Rusiyada azərbaycanlı miqrantlara qarşı hücumlarından danışan iqtisadçı ekspertin sözlərinə görə, qeyri-dost münasibət, ilk növbədə Rusiyanın özünə zərbədir: “Qərbin sanksiyaları Rusiya iqtisadiyyatını ciddi şəkildə zəiflədib. Texnologiya çatışmazlığı, idxal-ixrac məhdudiyyətləri və kapital axınının azalması baş verməkdədir. Daxildə demoqrafik geriləmə müşahidə olunur. Əhali sayı azalır, “beyin axını” formasında ölkəni yüzminlərlə mütəxəssis tərk edir”.

Vüqar Oruc qeyd edib ki, Rusiyada əmək böhranı yaşanır və rəsmi Moskva bu problemi miqrantların və qeyri-rus əhalisinin hesabına kompensasiya edir.

“Şimal qonşumuz miqrantlardan imtina etsə, daxildə sosial problemlər qarşısıalınmaz xarakter alacaq. Rusiya, həmçinin Qərblə, böyük dünya gücləri ilə böhran vəziyyətindədir və Azərbaycanla da münasibətləri gərginləşdirmək Kreml üçün riskli qərardır. Bu baxımdan Moskva radikal mövqeyindən əl çəkməli və daxildəki ifrat qrupları zərərsizləşdirməlidir”, - deyə AQC sədri vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 İyul 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri