Icma.az
close
up
RU
Xankəndidən bütün dünyaya açıq mesaj verildi Tahir Mirkişili

Xankəndidən bütün dünyaya açıq mesaj verildi Tahir Mirkişili

Icma.az, Modern.az saytına istinadən bildirir.

Bir neçə gün öncə Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü keçirildi. O şəhərdə ki, o, Azərbaycan Prezidenti və Azərbaycan əsgərinin gücü və siyasəti nəticəsində erməni separatizmindən azad olunaraq, dünyaya açılıb. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Tahir Mirkişili deyib. 

O qeyd edib ki, İƏT regionun ən nüfuzlu iqtisadi təşkilatıdır:

"570 milyon əhali, 2.6 trilyon dollarlıq iqtisadi gücə malik təşkilat üzvləri xüsusilə də Şərq və Qərb arasında iqtisadi əlaqələrdə mühüm gücə və potensiala sahibdirlər. Azərbaycan artıq üçüncü dəfədir ki, İƏT sammitini təşkil edirdi, lakin bu dəfə tədbir xüsusi əhəmiyyət kəsb edirdi, çünki o, Qarabağda keçirilirdi. Xankəndi ilə bağlı bu seçim çoxqatlı simvolik anlam daşıyırdı. Uzun münaqişədən sonra Xankəndidə ilk dəfə beynəlxalq zirvə keçirilirdi – bu, ölkəmizin suverlenliyinin möhkəmlənməsi ilə yanaşı, Azərbaycan Prezidentinin Qarabağdakı sülh və yenidənqurma səylərini beynəlxalq aləmə nümayiş etdirirdi. Tədbir həm də müharibədən sonrakı sülh prosesində Azərbaycan diplomatiyasının nüfuzunun gücləndirilməsinə böyük töhfə oldu”. 
T. Mirkişili onu da qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsləri nəticəsində ilk dəfə İƏT-də mühüm yeniliklər tətbiq olundu:

"Ağdamda gənclər forumu, Laçında Qadınlar forumu, Şuşada sahibkarlar forumu- yəni həftəlik tədbirlərin keçirilməsi mühüm hadisə oldu. Eyni zamanda, ilk dəfə olaraq İƏT sonrakı 10 illik fəaliyyət planında yalnız hökumətlərin deyil, həm də gənclər, qadınlar və sahibkarların təşəbbüsləri nəzərə alındı. Azərbaycanda yaradılan təşkilatın Elmi tədqiqat və Təmiz enerji mərkəzləri bütün üzv ölkələrə məsələlərə elmi yanaşma və yaşıl gündəlik prizmasından baxmaq imkanı verəcək. Ümumiyyətlə, yaşıl enerjiyə keçmək kimi çətin bir prossesdə hər kəsdən öndə olan Azərbaycanın öz təcrübəsini üzv ölkələrlə bölüşmək istəyi yüksək nəticələr verməkdədir".
Deputat onu da qeyd edib ki, şimalda və cənubda müharibələrin alovlandığı bir vaxtda Azərbaycandan keçən Orta dəhlizin, Zəngəzur dəhlizinin, Qərbi azərbaycanlıların öz yurdlarına dönməsi məsələlərinin gündəmə gəldiyi bir platformanın Xankəndidən ucalan səsi bütün dünyaya açıq mesaj olub:

"Nəhayət, Xankəndi həm də indiki həssas məqamda güclü və dogma qardaşlığın möhkənlənməsi şəhəri oldu.  
Beləliklə, bu Zirvə görüşü Azərbaycanın beynəlxalq diplomatiyadakı öncül rolunu və regional əməkdaşlıq niyyətini daha da gücləndirəcək əlamətdar hadisə oldu. Əminəm ki, ölkəmizin iqtisadi əlaqələrinin genişlənməsinə, region ölkələri arasında iqtisadi əməkdaşlığın güclənməsinə Xankəndi Zirvə görüşünün mühüm töhfəsi olacaqdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 İyul 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri