Icma.az
close
up
RU
Xankəndidən Xocalıya: Böyük Qayıdışın ünvanları

Xankəndidən Xocalıya: Böyük Qayıdışın ünvanları

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Günü işğaldan azad edilmiş ərazilərin tarixində yeni mərhələnin rəmzidir. Bu tarix həm də Azərbaycan dövlətinin öz torpaqlarında suverenliyini bərpa etdikdən sonra həyata keçirdiyi ardıcıl quruculuq siyasətini göstərir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə bu gün keçmişin ağrılarını yaşadan məkanlar olmaqla yanaşı, gələcəyə hesablanmış inkişafın yeni ünvanlarına çevrilir.

        Bu prosesin hər bir mərhələsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəxsi iştirakı xüsusi məna daşıyır. Dövlət başçısının səfərləri dövlət iradəsinin, Azərbaycan bayrağının həmin torpaqlarda əbədi dalğalanacağının və Böyük Qayıdışın konkret addımlarla həyata keçirildiyinin nümayişidir.

        Xocalının timsalında bunu aydın görmək mümkündür. İlham Əliyev 20 iyul 2023-cü ildə Çanaqçı və Sığnaq kəndlərinə səfər edərək bu yaşayış məntəqələrinin vəziyyəti ilə tanış oldu. 15 oktyabrda isə Xocalı şəhərində Azərbaycan Dövlət Bayrağını ucaltdı, Əsgəran qəsəbəsində bayrağımızın dalğalanmasını təmin etdi və Əsgəran qalasına baxış keçirdi. 2023-cü ilin 20-22 dekabr tarixlərində Şuşakənd, Dağdağan, Naxçıvanlı, Pircamal, Xanabad və Pirlər kəndlərinin ərazilərinə baxış keçirilməsi də dövlət başçısının Xocalının hər bir yaşayış məntəqəsinin gələcəyinə diqqətini göstərdi. Xocalı ilə bağlı ən mühüm səhifələrdən biri isə 26 fevral 2024-cü ildə yaşandı. Həmin gün Xocalı Soyqırımı Memorialının təməli qoyuldu, ictimaiyyət nümayəndələri ilə görüş keçirildi və qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bu addım tarixi yaddaşla gələcək quruculuğunun vəhdətini göstərdi. Xocalıda memorialın yaradılması Azərbaycan dövlətinin faciənin qurbanlarının xatirəsinə ehtiramını, şəhərin dirçəldilməsi isə həyatın yenidən burada bərqərar olmasını ifadə edir.

        Ağdərə də Zəfərdən sonrakı dövlətçilik mənzərəsinin mühüm ünvanlarından biridir. 15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyevin Ağdərə şəhərində Dövlət Bayrağını ucalması həmin ərazidə Azərbaycanın suverenliyinin bərpasının rəmzi hadisəsinə çevrildi. Bayrağın ucaldılması yeni quruculuq mərhələsinin başlanğıcı kimi təsdiqləndi.

        Xankəndinin tarixi isə xüsusilə diqqətçəkəndir. 15 oktyabr 2023-cü ildə burada Azərbaycan Dövlət Bayrağı ucaldıldı, Kərkicahan qəsəbəsinə baxış keçirildi. 8 noyabrda şəhərdə Vətən müharibəsində əldə edilmiş Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. 21 dekabrda Xankəndidə “Qarabağ”–MOİK oyununun keçirilməsi və 2023-cü ilin idman yekunları ilə bağlı tədbirdə idman ictimaiyyətinin nümayəndələri ilə görüş şəhərin ictimai həyatının bərpasına təkan verdi. 7 fevral 2024-cü ildə isə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin Xankəndidə səs verməsi şəhərin həyatında tarixi hadisə oldu. Xankəndidə Böyük Qayıdışın nəticələri də aydın şəkildə görünür. 17 avqust 2026-cı il tarixinə qədər şəhərdə 76 ailə, 332 nəfər, Kərkicahan qəsəbəsində 43 ailə, 174 nəfər məskunlaşıb. Beləliklə, Xankəndi və Kərkicahanda ümumilikdə 119 ailənin, 506 nəfərin məskunlaşması təmin edilib. Bu rəqəmlər qayıdışın gündəlik həyatın reallığına çevrildiyini göstərir.

        Xocavəndə Prezident İlham Əliyevin səfərləri də bu torpaqların dirçəlişinə verilən önəmi bir daha nümayiş etdirir. 14 yanvar 2021-ci ildə Böyük Tağlar kəndi ilə tanışlıqdan başlayan bu səfərlər 15 martda Edilli və Düdükçü kəndlərinə, Hadrut qəsəbəsinə, Hünərli, Tuğ və Azıx istiqamətlərinə uzandı. Hadrutda Dövlət Bayrağının ucaldılması, Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun təməlinin qoyulması, Tuğda qədim Alban məbədi və kənd mərkəzi, Azıxda isə mağara ilə tanışlıq tarixi və nəqliyyat irsinə kompleks yanaşmanı nümayiş etdirdi. 14 iyun 2021-ci ildə Zəfər yolunun Xocavənddən keçən hissəsində 86 metrlik tunelin təməlqoyma mərasiminin keçirilməsi isə ərazinin gələcək nəqliyyat bağlantılarının qurulmasına xidmət edən mühüm addım oldu.

        Bütün bunlar göstərir ki, 20 Sentyabrın mahiyyəti yalnız azadlığın qeyd olunmasından ibarət deyil. Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin həyata qayıdışının və insanlarımızın doğma yurdlara dönüşünün ifadəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə Zəfər, suverenlik, quruculuq və qayıdış vahid bir prosesin ayrı-ayrı mərhələləridir. Bu proses davam etdikcə işğalın izləri tədricən silinir, şəhər və kəndlər yenidən canlanır, tarixi torpaqlarımızda həyat öz təbii axarına qayıdır. 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Günü də məhz bu böyük dönüşün yaddaşlarda əbədi yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.

Anar Abbasov,

YAP Nərimanov rayon təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Sentyabr 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see483

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see377

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see342

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see304

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see290

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see265

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see251

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see251

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see245

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see241

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see235

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see226

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see225

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see222

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see215

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see214

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see201

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see197

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri