Icma.az
close
up
RU
“Xaos yaradanlardan daha çox türkəm” Montella

“Xaos yaradanlardan daha çox türkəm” Montella

Icma.az, Qol.az saytına istinadən bildirir.

“Xaos yaradanlardan daha çox türkəm” - Montella

Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella DÇ-2026-nın D qrupunda Paraqvayla keçiriləcək oyun öncəsi mətbuat konfransı keçirib.

QOL.az “Ajansspor”a istinadən xəbər verir ki, italiyalı mütəxəssis ilk turda Avstraliyaya 0:2 hesablı məğlubiyyəti də dəyərləndirib.

“Sabahkı oyunu səbirsizliklə gözləyirik. Avstraliyanın əks-hücumlarla oynadığını bilirdik. Həmin matçda 30 zərbə vurduq. Rəqib son 25-30 metrdə 10 nəfərlə müdafiə olunanda bunu yarmaq asan olmur. Hər oyunun öz hekayəsi var. Biz təhlillərimizi etmişik və bəzi məqamlarda daha yaxşı ola bilərdik”, - deyə Montella bildirib.

Türkiyə millisinin baş məşqçisi oyun sonrası yaranan müzakirələrə də toxunub: “Mən xaos yaradaraq Türkiyəyə zərər vermək istəyən insanlardan daha çox türk olduğuma inanıram. Həmişə bu ölkənin uğuru üçün çalışmışam. Beş ildir buradayam və türkiyəlilərin emosiyalarını çox yaxşı bilirəm. Avstraliya məğlubiyyətindən sonra çox üzüldük. Amma həmin oyundan sonra bəzi insanlar vəziyyətdən istifadə edib xaos yaratmağa çalışdılar”.

Montella son illərdə görülən işlərin lazımınca qiymətləndirilmədiyini də vurğulayıb: “Üç ildir futbolçularımla birlikdə yaxşı işlər görürük və uğurlar qazanırıq. Dünyada təqdir olunduğumuz halda, öz ölkəmizdə kifayət qədər qiymətləndirilməməyimiz və ilk məğlubiyyətdən sonra hər şeyi dağıtmağa çalışan bir sistemin olması məni çox üzür. Heç kimin şübhəsi olmasın, növbəti oyunda da həmişəki kimi çalışaraq hədəflərimizə doğru irəliləyəcəyik”.

Qeyd edək ki, 2-ci turda Türkiyə  millisinin Paraqvaya qarşı oyunu iyunun 20-si keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 07:00-da başlanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://qol.az
archiveBu xəbər 19 İyun 2026 08:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri