Xarakteri nə formalaşdırır: Genlər, yoxsa xarici faktorlar?
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
İnsan şəxsiyyətinin formalaşmasında genetik və mühit amillərinin birlikdə rol oynadığı müəyyən edilib.
Yeniavaz.com BBC-yə istinadən xəbər verir ki, alimlər uzun illər şəxsiyyət fərqlərinin təxminən 40-50 faizinin genetik amillərlə əlaqəli olduğunu, qalan hissəsinin isə ətraf mühit faktorları ilə bağlı olduğunu düşünürdülər.
Lakin müasir araşdırmalar göstərir ki, insan davranışını tək bir genlə izah etmək mümkün deyil. Şəxsiyyət poligenikdir, yəni minlərlə genin kiçik təsiri birlikdə insanın xarakterini formalaşdırır.
Məsələn, 2009-cu ildə İtaliyanın Triest şəhərində bir nəfəri öldürən Abdelmalek Bayutun vəkili onun DNT-sində aqressiya ilə əlaqələndirilən MAOA geninin variantının olduğunu əsas gətirərək cəzasının azaldılmasını istəyib. Məhkəmə hökmü bir il azaldıb.
Bununla yanaşı, böyük həyat hadisələri, travma, evlilik və ya ciddi itkilər insan şəxsiyyətini düşündüyümüz qədər dəyişmir. İllinoys Universitetinin professoru Brent Roberts qeyd edir ki, yetkinlik dövründə baş verən böyük travmatik hadisələr belə şəxsiyyətdə qalıcı və kəskin dəyişiklik yaratmaya bilər.
Eyni zamanda, hamiləlik dövründə ananın keçirdiyi stressin körpənin gələcək temperamentinə təsir göstərə biləcəyi ehtimal olunur. Bu isə genlərin ifadəsində baş verən dəyişikliklərlə əlaqələndirilir.
Baxış sayı:178
Bu xəbər 04 May 2026 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















