“Xarakterini qorumaq hər kəsin işi deyil“
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Həyat sizi sınaqlara çəkəndə və hər kəs təslim olanda siz sona qədər dik durun. Zərbə almaqdan qorxmayın".
Moderator.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkə hesabında yazıb.
Aktrisa yeni fotolarını yayımlayaraq, bunları əlavə edib:
"Zərbələr sizi əzmək üçün deyil, nə qədər möhkəm olduğunuzu sübut etmək üçündür. Düz olanın kölgəsi də düz olar. Əyilmiş bir mismar bəlkə rahat yaşayar, amma heç vaxt öz vəzifəsini yerinə yetirə bilməz. Zərbə altında xarakterini qorumaq hər kəsin işi deyil. Zərbələr dik duruşu dəyişməməlidir. Hər kəsə bənzəməyi rədd etdiyiniz gün özünüz olduğunuz gündür".
Qeyd edək ki, aktrisa bir müddət əvvəl öz istəyi ilə illərdir çalışdığı Akademik Milli Dram Teatrından ayrılıb. /Musavat.com/


Baxış sayı:138
Bu xəbər 01 May 2026 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















