Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Oyuncaqlar uşaqların xarakterini formalaşdırır

Oyuncaqlar uşaqların xarakterini formalaşdırır

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Oyuncaq uşaqların ən sevimli əyləncəsidir. Onlar saatlarla oyuncaqlarla vaxt keçirir, təmasda olur, sanki oyuncaqların “xarakterinə” uyğun olaraq öz kiçik dünyalarını qururlar. Bütün bunları kənardan müşahidə edən böyüklər isə onların bu əyləncələrini, hərəkətlərini, oyuncaqlarına qarşı münasibətlərini sadəcə təbəssümlə qarşılayır. Bu təbəssüm bizi uşaqlarımız üçün yeni oyuncaqlar almağa da həvəsləndirir. Biz oyuncaqları aldıqca, həm də bol-bol aldıqca, onlara tələbat da artır. İstehsalçı daha hansı, nə cür oyuncaqlarla uşaqların diqqətini cəlb etməyi düşünür və nəticədə gündən-günə bu sahədə yeniliklərlə qarşılaşırıq. Qarşılaşdıqca isə fərqinə varmadan bütün növ oyuncaqlardan balacalarda olmasını istəyir, alır, alırıq. İstehsalçı qazanır, bəs istehlakçı? Bu barədə düşünürükmü?

Oyuncaq həm də tərbiyəedəndir

Əminliklə söyləmək olar ki, oyuncaqlar uşaqların xarakterini formalaşdırır, həm yaxşı, həm pis mənada. Zaman-zaman bunu uşaqlarda müşahidə edirik. Hətta ailədə qız uşaqları böyük, oğlan uşağı kiçik olanda belə qızların gəlinciklərlə oynaması, bəzən oğlan uşağının da onlarla birgə bu oyuncaqlarla əylənməsi onun sakit, yumşaq təbiətli olması ilə nəticələnir. Oğlanın oyuncaq maşını qızların gəlinciyini gəzdirmək, onu bağçaya, məktəbə aparıb-gətirmək üçün istifadə edildikcə, qız və oğlan övladlar arasında birgə yaşamaq, paylaşmaq, qayğı kimi hisslər formalaşır. Bu, məsələnin bir tərəfi.

Digər bir fakta nəzər salaq. Uşaqlar üçün aldığımız quraşdırma oyuncaqlar onların beyinlərinin inkişafı üçün əhəmiyyətli olmaqla yanaşı, həm də bacı-qardaş arasında birgə oyun oynamaqla nəticələnir. Beləliklə də bu, onların yaddaşına hopur və uşaqlar birgə qurmaq, yaratmaq, həmçinin paylaşmaq ruhunda tərbiyə olunurlar.

Qız uşaqlarına aldığımız gəlinciklərin görünüşü, geyimi, saç quruluşu bu uşaqların xarakterinə yansıyır. Zaman-zaman görürük ki, uşaqlar özlərini onlara bənzətməyə çalışır. Analarından onlar kimi geyinməyi, saçlarının gəlinciklərinin saçı kimi hörülməsini və yaxud da açıq saxlanmasını, qısa, uzun olmasını istəyirlər.

Aldığımız maşın, tapança ilə oğlan uşaqlarının oynamalarını kənardan müşahidə etdikdə görmək olur ki, onlar hər növ maşınla onun xüsusiyyətinə uyğun davranmağa çalışırlar. Məsələn, uşaqlar yük, kiçik minik maşınları ilə oyuncaq tanklarını sürərkən eyni səs çıxarmırlar. Tank sürəndə daha ucadan, əzmli səs, yük və minik maşınlarını sürəndə isə tamamilə başqa səs çıxarırlar. Deməli, oyuncaq həm də uşağın ayrı-ayrı əşyalara münasibətini formalaşdırır.

Sadaladığımız uşaq oyuncaqlarının çox az hissəsidir. Digər oyuncaqlar da var ki, uşaqlar onlarla evcik qurur, oynayır, bu oyuncaqların nə üçün istifadəsini valideynləri, yaxınları tərəfindən öyrənməklə onları müvafiq şəkildə oynadır və oynatmaqla da nələrsə öyrənirlər. Övladlarımız üçün oyuncaq seçərkən bütün bunları düşünüb uşağın yaşını da nəzərə almaq, elə oyuncaqlar seçmək lazımdır ki, onların böyüməsində əhəmiyyəti olsun.

Oyuncaq seçimində bəzən yanılırıq

Yanılırıq, həm də çox yanılırıq. Bu, o qədər əhəmiyyətli məsələdir ki, oyuncaq seçərkən, alarkən, necə deyərlər, min ölçüb, bir biçmək lazımdır. Çünki hər bir oyuncağı uşaqlara almaq olmaz. Ən birinci, bir xeyli vəsait xərclədiyimiz oyuncaqların keyfiyyətinə fikir verilməlidir. Daha sonra isə onun uşaqlarımıza necə təsir etməsi haqqında düşünməliyik. İndi istehsalçılar hər gün məhsulları arasına yeniliklər əlavə edir. Daha nə istehsal edim, maraqlı, cəlbedici olsun,- deyə düşünür və elə oyuncaqlar istehsal edib bazarlara çıxarırlar ki, bunlar uşaqların psixologiyasını məhv etmək gücünə malik olur. Hansısa vəhşi heyvanın qorxunc görüntüsü və səsi əks olunan oyuncaqlar, çox pis təsir bağışlayan gəlinciklər, təbii ki, uşaqları zaman-zaman psixoloji gərginliklə üz-üzə qoyur. Lakin biz bunu hiss etmirik.

Yaxın qohumlardan birində qonaq olarkən bir hadisənin şahidi oldum. 2-3 yaşında olan uşaq ağlayır, ana gətirib oyuncaqları tökür qarşısına ki, uşaq onlarla başını qatsın. Bu dəfə uşaq daha çox ağlamağa başlayır. Ana hirslənir. Uşaqdan nə istədiyini soruşur. Sanki bu hələ cümlə qurmağı bacarmayan uşaq dil açıb nə istədiyini anasına anladacaqmış... Nə isə, ana hirslənir, uşaq ağlayır. Məsələyə qarışmalı oldum. Uşaqla oynamağa başladım. Oyuncaqları bir-bir ona təqdim edərkən gördüm ki, bu uşaq gəlinciklərdən birini ona tərəf uzatdıqda daha möhkəm ağlamağa başladı. Hiss etdim ki, uşaq həmin gəlincikdən qorxur. Onu gizlətdim, oyuna davam etdik. Bir az sonra uşağın qəhqəhəsi otaqla bir idi.

Sonra uşağın anasına məsləhət bildim ki, həmin oyuncağı, ümumiyyətlə, bir daha ona göstərməsin və ona oxşar oyuncağı əsla almasın. Həm də məsləhət bildim ki, oyuncaq seçimində diqqətli olsun. Çünki uşaqlar oyuncaqlarla oynaya-oynaya böyüyürlər. Onlarda oyuncaqlar xarakterlər formalaşdırır. Uşaqlarda aqressiyalar, qışqırmalar, əsəbilik, qəddarlıq, kobudluq-hamısı oyuncaqların onlarda zamanla yaratdığı xarakterlərdır.

İndi mağazalarda oyuncaqlar var ki, əsla alınmamalıdır. Çünki onlara baxanda böyük adam qorxur. Bəs uşaq necə, qorxmaz? Həmin oyuncaqlar nəinki alınmalı, valideynlər onların istehsalçılarını günahlandırmalı, onlardan hesabat istəməlidirlər.

Bir sözlə, oyuncaq seçimi hazırda ən həssas məsələdir. Doğru seçilməyən oyuncaq uşaqlarımızın əyləncəsinə yox, onların psixologiyasına zərbəyə çevrilir.

Cizgi filmlərinin oyuncaq seçimində rolu

Valideynlər var ki, uşağı sakitləşdirmək, necə deyərlər, başından edib çoxseriyalı filmlərə baxmaq, ev işləri ilə məşğul olmaq üçün televizoru açıb cizgi filmləri nümayiş etdirən kanalları tapır və uşağı qoyur onun önünə ki, səsi çıxmasın. Uşaqsa saatlarla həmin cizgi filmlərinə baxmalı olur. Elə buradaca da onun xarakteri formalaşmağa başlayır.

Biz tez-tez uşaqlar arasında oyuncaqlarla, bacı-qardaşları ilə kobud şəkildə rəftar edənlərə rast gəlirik. Sonra bağça müəllimi həmin uşağın yoldaşlarına qarşı kobud davranması barədə bizə məlumat verir. Biz nə edirik, onu bir az danlayırıq, bitir. Daha sonra isə övladımız məktəbə-birinci sinfə yollanır. Yenə sinif müəllimi onun uşaqlarla düzgün rəftar etmədiyini söyləyir. Düşünürük ki, bu uşağın xarakteri belədir də. Yenə də başlayırıq onu danlamağa. Lakin düşünmürük ki, axı bu uşaq nə üçün belə olub. Düşünmürük ki, bu uşağı bu vəziyyətə biz özümüz gətirib çıxarmışıq. Ona yaşına, anlayışına uyğun olmayan cizgi filmləri təqdim etməklə, uşağın psixologiyasını tar-mar etmişik.

Bunları dərk etmədiyimiz üçün artıq uşaqlarımız oyuncaqlarını da özləri seçirlər. Cizgi filmlərindəki oxşamaq istədikləri qəhrəmanların oyuncaqlarını almağımızı istəyirlər. Bu dəfə biz yenə onların məhvinə doğru yenidən yola çıxırıq və həmin oyuncaqları alırıq. Beləliklə, cizgi filmlərinə baxdıqları zaman övladlarımızın alt şüuruna yerləşmiş mənfi obrazların oyuncaqlarını onların əllərinə verməklə tamamilə ona bənzəməsinə şərait yaradırıq.

Bu cür uşaqların evdə, bağçada, məktəbdə, həyətdə yaşıdları arasında aqressiv hərəkətləri hələ də bizə çatmır ki, çatmır. Lakin o, böyüyür. Həm də qəddarlıqla, kobudluqla. Bir də baxırıq ki, uşağımız artıq böyük oğlandır. Lakin hər gün yaşıdları ilə dalaşır, gəlir, hər gün ondan gileylər, şikayətlər gəlir. Biz nə deyirik: bu, uşaqlıqdan belədir bax. Başlayırıq yenə onu danlamağa.

Lakin danlanmalı uşaq deyil. Biz valideynlərik. Onun bu cür xarakterə malik olmasında günahkar bizik. Bunun üçün özümüzü danlamalı, günahkar hesab etməliyik, növbəti dəfə belə səhvlərə yol verməmək üçün...

Bu gün əyləndirən oyuncaqlar sabahın faciəsi ola bilər

Bunu bir daha unutmamalıyıq ki, bu gün düşünmədən, götür-qoy etmədən, övladımızın psixoloji vəziyyətini, yaşını, dərketmə qabiliyyətini fikirləşmədən aldığımız oyuncaqlar sabah onların da, bizim də faciəmiz ola bilər.

Birincisi, uşaqlara çox oyuncaq almaq ümumiyyətlə, düzgün deyil. Bunu bir valideyn kimi dərk edib qohumlara, yaxınlara da demək lazımdır ki, mənim uşağıma çox oyuncaq almayın. Çox oyuncaq uşağın fikrini haçalayır. O, bilmir ki, əyləncəsini hansı şəkildə qursun. Oyuncaqlar arasında seçim edərkən beyni yorulur, onları bir-birinə qarışdırır. Bəzən hirslənir, lakin biz bunu kənardan görə bilmirik. Daha doğrusu, çox halda görməyə vaxt tapa bilmirik.

Uşaqlarımıza oyuncaq seçərkən onlara sadə, anlamlı, keyfiyyətli oyuncaqlar alınmalıdır. Əks təqdirdə, ən birincisi onların sağlamlığı təhlükə altına düşər. Daha sonra isə zamanla psixoloji vəziyyətində qüsurlar yarana bilər. Bütün bunların qarşısının vaxtında alınma şərtlərindən biri də uşaqla valideyn arasında yaxın təmasın olmasıdır. Valideyn övladına vaxt ayırmalı, onunla birlikdə oyuncaqlarla oynamalı, uşağın hansı oyuncaqlara daha çox meylli olduğunu müşahidə etməlidir. Əgər uşaqda qəddarlıq, kobudluq ehtiva edən oyuncaqlara meyl aşkar edərsə, onu zaman-zaman doğru olan istiqamətə yönəltməlidir. Bu, uşaq kiçik olarkən asan olur. Lakin o, bir qədər böyüdükdən, artıq psixologiyası zədələndikdən sonra mümkün olmur.

Hər bir valideyn övladlarını min bir əziyyətlə böyüdür, onların təlim-tərbiyəsinin düzgün olması birinci arzusu olur. Lakin bunu da bilmək vacibdir ki, uşaqlar bizim əsərlərimizdir. Sanki bir rəsm əsəri kimidirlər. Hansı rənglərdən istifadə etsək, çəkəcəyimiz rəsmdə yalnız o rənglər olacaqdır. Hansı mənzərəni çəkmək istəsək, rəsmin sonunda həmin mənzərə ilə qarşılaşacağıq. Buna görə də uşaqları bu gün onları bütün mənalarda əyləndirən, sabah isə təhlükə ilə üz-üzə qoyan, həyatlarının faciəsinə çevrilən oyuncaqlardan uzaq tutmalıyıq.

Bəli, hər bir valideyn o zaman rahat olur ki, övladlarını xoşbəxt görür. Xoşbəxtlik nədir? Düzgün tərbiyə, sağlam bədən və ruh, təhsil, cəmiyyətdə qazanılan mövqe. Bütün bunların təməli isə evlərimizdə, həm də bizim iştirakımızla qoyulur. Bu məsələdə iki cür iştirakçıyıq. Bir hadisələrin düz içərisində, bir də hadisələri kənardan izləyən şəxs kimi. Bu qədər sadə. Düşünürəm ki, bir valideyn üçün hansının ən doğru olduğunu anlamaq heç də çətin deyil...

Mətanət Məmmədova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Avqust 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1459

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see723

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see517

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see503

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see497

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see464

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see422

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see420

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see358

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see338

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see315

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see308

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see298

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see296

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see285

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see284

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see283

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see282

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see280
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri