Icma.az
close
up
RU
“Xarı Bülbül” çilçırağının təqdimat mərasimi keçirilib Foto

“Xarı Bülbül” çilçırağının təqdimat mərasimi keçirilib Foto

Icma.az bildirir, Olke.az portalına istinadən.

“Museum Furniture showroom”da “Xarı Bülbül” çilçırağının təqdimat mərasimi keçirilib. 

Ölkə.az xəbər verir ki,  belə bir çilçırağın hazırlanması ideyası “Museum Furniture” tərəfindən irəli sürülüb.

“Museum Furniture” bu ideyanın həyata keçirilməsini bir ildir ki, planlayıb. Tədbirdə Azərbaycanın mədəni irsini, milli dəyərlərini və incə zövqünü bir araya gətirən bu unikal layihənin fərqli formatda təqdimatı baş tutub. Layihə Azərbaycanın zəngin mədəniyyəti və tarixinə həsr olunub və italyan mütəxəssislərlə birgə reallaşdırılıb.

Dizayn prosesi İtaliyada – Neapol şəhərində yerləşən “i Borbone” brendi ilə əməkdaşlıq çərçivəsində ilk gündən son ana qədər qeydə alınıb.

“Museum Furniture”nin ideya müəllifi olduğu layihənin icrası zamanı italyan tərəfdaşlara Azərbaycan tarixi və mədəniyyəti barədə geniş məlumat verilib, bunun nəticəsində Azərbaycan haqqında dərin təəssüratlar formalaşıb. 

Qeyd edək ki, təqdimat mərasimində milli musiqi alətləri, xalq rəqsləri və Qarabağ xalçaları nümayiş etdirilib. Tədbirdə o da vurğulanıb ki, “Xarı Bülbül” Azərbaycanın simvoluna çevrilib. “Museum Furniture” müəllifi olduğu və ərsəyə gətirdiyi bu layihədə məhz bunu da nəzərə alıb. Əgər bu simvol torpaqlarımızın işğalı dövründə itkini ifadə edirdisə, bu gün o, dirçəliş və qələbə rəmzidir.

“Xarı Bülbül” çilçırağı layihəsi iki fərqli, lakin ruhca bir-birinə yaxın mədəniyyətin – Azərbaycan və İtaliyanın birliyini əks etdirir. “Xarı Bülbül” bizim üçün sadəcə bir dizayn deyil, bu, Azərbaycan xalqına, tarixinə və mədəniyyətinə olan ehtiramın ifadəsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:409
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Oktyabr 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see321

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see321

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see306

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see271

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see266

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see264

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see263

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see255

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see245

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see245

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see236

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see228

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see227

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see225

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see222

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see221

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see221

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see220

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see217

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri