Icma.az
close
up
RU
“Xarı Bülbül”ü Madriddə çiçək açıb

“Xarı Bülbül”ü Madriddə çiçək açıb

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın İspaniya Krallığındakı Səfirliyinin təşəbbüsü ilə 2023-cü ildə xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə İspaniyanın Madrid Kral Nəbatat Bağına (Real Jardín Botánico de Madrid) hədiyyə edilmiş “Xarı bülbül” gülü çiçək açıb.

SİA-nın məlumatına görə, Azərbaycanın İspaniyadakı səfirliyindən bildirilib ki, Vətən Müharibəsindəki qələbənin simvolu, Qarabağın rəmzinin qürbətdə çiçək açması əlamətdar hadisə olmaqla yanaşı, Azərbaycanın sülhə sadiqliyinin və İspaniya ilə dərin mədəni əlaqələrinin təntənəsidir.

Azərbaycan xalqının zəngin mədəniyyətinin, şərəfli tarixi və əzmkarlığının təcəssümü olan “Xarı bülbül” gülünün çiçəklənməsi Kral Nəbatat Bağının elmi işçiləri və burada çalışan mütəxəssislər arasında böyük maraq və sevinclə qarşılanıb.

“Xarı bülbül”ü “Azərbaycanın füsunkar təbiətinin Madriddəki bir parçası” kimi xarakterizə edən Kral Nəbatat Bağının direktoru María-Paz Martín Esteban Səfirliklə əlaqə saxlayaraq bu xoş xəbəri bölüşüb və qeyd edib ki, valehedici zərifliyə malik “Xarı bülbül” gülünün çiçəkləməsi nəbatat bağının bu il qeyd olunan 270-ci yubileyi üçün ən gözəl hədiyyələrdən biridir və botanika bağının ecazkar eksponatlarından hesab olunur. Onun sözlərinə görə, “Xarı bülbül” gülü rəsmi olaraq botanika kataloqunda xüsusi güllər bölməsində qeydiyyata alınacaq.

“Öz gözəlliyi, zərifliyi və unikallığı ilə hər kəsi heyran etmiş bu gülün məhz indi çiçək açması sanki 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları və onların havadarlarının xalqımıza qarşı törətdikləri dəhşətli faciənin - bəşəriyyət tarixində ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımının 33-cü anım ildönümünün və bu faciənin qurbanlarının əziz xatirələrinə hörmət və ehtiramın təzahürüdür. Şübhəsiz ki, bu hadisə həm də, Cənubi Qafqaz regionunda uzun illərdən bəri gözlədiyimiz sülh və əmin-amanlıq carçısı kimi erməni işğalından azad edilmiş torpaqlarımıza geri qayıdan soydaşlarımızın sevincini, həyat eşqini və gələcəyə ümidlərini əks etdirir”, - deyə səfirliyin yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, bitki xüsusiyyətləri nəzərə alınaraq, “Xarı bülbül” gülü nəbatat bağında səhləbkimilər fəsiləsinin digər növlərinin yetişdirildiyi xüsusi istixanada saxlanılacaq və yaz ayları ərzində nəbatat bağının ziyarətçiləri, Madrid şəhərinin sakinləri və ölkəyə səyahət edən qonaqlar üçün nümayiş olunacaq.

Xatırladaq ki, Kral Fernando VI tərəfindən 17 oktyabr 1755-ci il tarixində verilmiş sərəncamla Manzanares çayı yaxınlığında yaradılmış İspaniyanın Kral Nəbatat Bağı möhtəşəm biomüxtəlifliyi bir araya gətirən canlı muzeydir. Bağ sonradan 1781-ci ildə hazırki yerinə - Təbiət Elmləri Muzeyinin yanındakı “Paseo del Prado”ya köçürülüb. Bağda dünyanın bir çox regionlarından 5500-dən çox flora nümunəsinə rast gəlmək olar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Fevral 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri