Icma.az
close
up
RU
Xaricdə çalışmış vətəndaşların NƏZƏRİNƏ Kimlərin stajı Azərbaycanda TANINIR?

Xaricdə çalışmış vətəndaşların NƏZƏRİNƏ Kimlərin stajı Azərbaycanda TANINIR?

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müxtəlif səbəblərdən xaricə üz tutan minlərlə azərbaycanlı illərlə başqa ölkələrdə çalışır, sosial sığorta ödəyir və sonra vətənə qayıdır. Onları ən çox maraqlandıran sual isə budur: “Görəsən, xaricdəki əmək stajım Azərbaycanda nəzərə alınacaqmı?” Cavab ölkəyə görə dəyişir. Belə ki, Azərbaycan bəzi dövlətlərlə pensiya təminatı üzrə qarşılıqlı sazişlər imzalayıb və ratifikasiya edib. Bu sazişlər sayəsində həmin ölkələrdə işləyən vətəndaşların stajı tanınır və onlar sonradan Azərbaycanda və ya həmin ölkədə pensiya hüququ əldə edə bilirlər.
Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Bizim.Media-ya verilən məlumata görə, ölkələr arasında pensiya təminatı haqqında müqavilələr olur. Ratifikasiya edilibsə, həmin ölkələrdə işləyən Azərbaycan vətəndaşlarının əmək stajı və sosial sığorta haqları nəzərə alınır. Sonra vətənə qayıdanda, ya da həmin ölkədə yaşamağa davam edəndə pensiya hüququ qazanırlar.
“Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə “Əmək pensiyaları haqqında” Qanunda müəyyən edilmiş qaydalardan fərqli hallar olduqda, beynəlxalq müqavilələrdə nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Azərbaycan vətəndaşının digər tərəfdaş ölkədəki iş stajı həmin ölkə ilə pensiya təminatı sahəsində bağlanılmış beynəlxalq müqaviləyə uyğun olaraq, Azərbaycan Respublikası ərazisində və ya müqavilə tərəfi olan digər dövlətdə pensiya təminatının həyata keçirilməsi zamanı nəzərə alınır”, – deyə DSMF-dan bildirilib.

Azərbaycan hansı ölkələrlə belə sazişlər imzalayıb və ratifikasiya edib?
İkitərəfli sazişlərə (pensiya təminatı üzrə qarşılıqlı tanınma) görə, Türkiyə, Ukrayna, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Moldova, Belarus, Serbiya, Gürcüstanla əmək stajı və pensiya hüququ qarşılıqlı tanınır.
Amma 2022-ci ildə imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə”nin ratifikasiyasa sənədlərinin mübadiləsi isə aparılmayıb. Sözügedən Sazişin imzalanması sahəsində qarşılıqlı müzakirələr davam edir. Müzakirələrin nəticəsinə əsasən saziş imzalandıqdan sonra müqavilə qüvvəyə minəcək.
Şəfiqə Şəfa, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Avqust 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri