Xaricdə təhsil alanların nəzərinə
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Dövlət Qulluğu Məcəlləsinin layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli deyib.
"Bunun da səbəbləri məlumdur. Yəni, zamanında dövlətimiz hesab edirəm düzgün olaraq belə bir siyasət yürüdüb, təşviq edib ki, xaricdə təhsil almış şəxslər vətənə qayıtsınlar, burada çalışsınlar və bu proses gedir, öz müsbət nəticələrini verir. Eyni zamanda Azərbaycanda da artıq çox dünya səviyyəli təhsil ocaqları fəaliyyət göstərir. Azərbaycanda təhsil almış şəxslərdə təbii olaraq belə bir sual yaranırdı ki, nə üçün onlar üstünlüyə malikdir. Qeyd etmək istəyirəm ki, o məsələnin bir hissəsi bu Məcəllədə həllini tapır. Baxmayaraq ki, qəbul olunacaqlar, amma əvvəlki dövrdən, yəni, əvvəlki qanunvericilikdən fərqli olaraq bundan sonra xaricdə təhsil almış şəxslər də artıq dövlət qulluğunda irəliləməkdən ötrü müsahibələrdən keçəcəklər. Onun bir hissəsi indi Məcəllədə həllini tapır. Əminəm ki, gələcəkdə elə bir şərait yaranacaq ki, yəqin artıq bu normaya da ehtiyac olmayacaq", - deyə komitə sədri bildirib.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 16 Oktyabr 2026 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















