Icma.az
close
up
RU
Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu məktəbi açılıb

Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu məktəbi açılıb

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Almaniyanın Ştutqart şəhərində növbəti Azərbaycan Evinin və evin nəzdində həftəsonu Azərbaycan məktəbinin açılışı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, tədbirdə Dövlət Himni səslənib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılışda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin müşaviri Samir Rzayev, Türkiyənin Ştutqartdakı baş konsulu Makbulə Koçak Kaçar, Avropanın müxtəlif ölkələrində, Almaniyanın ayrı-ayrı şəhərlərində yaşayan soydaşlarımız, xaricdəki bir sıra Azərbaycan Evlərinin rəhbərləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycan-Alman Mədəniyyət Mərkəzinin sədri Günay Mirzəyeva Almaniyada yaşayan soydaşlarımızı bir araya gətirən mərkəzin və Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin fəaliyyəti ilə bağlı hesabat xarakterli çıxış edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir diaspor siyasətindən və diasporla ortaq fəaliyyətin şaxələndirilməsindən danışıb, dünyanın müxtəlif ölkələrində Azərbaycan Evlərinin, həftəsonu məktəblərinin açıldığını qeyd edib. Sədr, həmçinin Almaniyada daha bir Azərbaycan Evinin və evin nəzdində həftəsonu məktəbinin açılması münasibətilə soydaşlarımızı təbrik edib, bunu dövlətimizin xaricdə yaşayan azərbaycanlılara göstərdiyi qayğının əyani sübutu kimi dəyərləndirib.

Bildirilib ki, Azərbaycan Evləri, həftəsonu məktəbləri, o cümlədən ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan “Qarabağ” onlayn məktəbləri üçüncü, dördüncü nəsil diasporun ana dilini öyrənməsi baxımından üstünlüklər və yeni imkanlar yaradan ən uğurlu modeldir. Bu modelin azərbaycanlıların kompakt yaşadığı Ştutqart kimi vacib bölgədə tətbiq olunması xüsusi əhəmiyyət daşıyır.

Tədbirdə dövlət başçısının çıxışlarının yer aldığı videoçarxlar nümayiş olunub.

Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Altay Rüstəmli, Alyansın İdarə Heyətinin üzvü Əmir Əli Sərdari İrəvani, Türkiyənin Ştutqartdakı baş konsulu Makbulə Koçak Kaçar və bir sıra nüfuzlu icma üzvləri çıxış edərək Azərbaycan Evinin açılışını soydaşlarımızın birliyinin rəmzi adlandırıblar.

Mərasim iştirakçıları italyan mədəniyyət xadimi Françesko Macconun əsərlərindən ibarət “Nar” adlı sərgiyə tamaşa ediblər.

Açılış mərasimi bədii hissə ilə davam edib.

Qeyd edək ki, Ştutqart şəhərində açılan Azərbaycan Evi də daxil olmaqla, hazırda dünyanın 20 ölkəsində 32 Azərbaycan Evi fəaliyyət göstərir. Eyni zamanda, 24 ölkədə 90-dan çox həftəsonu Azərbaycan məktəbi mövcuddur. Bu məktəblərin Azərbaycan

Evlərində, digərləri isə diaspor təşkilatlarının və mədəniyyət mərkəzlərinin nəzdində və ya müstəqil şəkildə fəaliyyət göstərir. Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdəki hər bir həftəsonu Azərbaycan məktəbini dərs kitabları və tədris vəsaitləri ilə təmin edir. Soydaşlarımız, eləcə də ölkəmizi sevən xaricilər Azərbaycan Evlərinin və həftəsonu məktəblərinin xidmətlərindən təmənnasız istifadə edir. Əlavə edək ki, dövlət başçısının tövsiyəsi əsasında xaricdəki həftəsonu Azərbaycan məktəblərinin sayı artırılır və əhatə dairəsi genişləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Yanvar 2026 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri