Icma.az
close
up
RU
Dmanisidə həftəsonu məktəbi açılıb

Dmanisidə həftəsonu məktəbi açılıb

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“...Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində biz hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir” – bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Zəfər Qurultayında səsləndirib.

Dövlət başçısının tapşırıq və tövsiyələri əsasında müxtəlif xarici ölkələrdə həftəsonu məktəblərinin açılması davam edir. Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində “Dmanisi Tədris Mərkəzi”nin təşkilatçılığı ilə rayonun Qarabulaq kəndində həftəsonu məktəbi fəaliyyətə başlayıb. 

Məktəbdə müxtəlif yaş qruplarından olan azərbaycanlı uşaqlara Azərbaycan və gürcü dillərinin tədrisi üçün bütün lazımi şərait yaradılıb. 

“Məktəbə ixtisaslı müəllimlər cəlb olunub, uşaqlar Azərbaycan dilini mükəmməl öyrənməyə böyük maraq və həvəs göstərirlər. Burada yaşayan azərbaycanlı ailələrin uşaqları üçün nəzərdə tutulan "bazar günü" məktəblərinin başlıca məqsədi yetişməkdə olan yeni nəsli tariximiz, mədəniyyətimiz barədə məlumatlandırmaqdır. Hazırda uşaq və yeniyetmələr üçün rayonun Hamamlı və Qarabulaq kəndlərində Azərbaycan dili kursları təşkil olunub”,- deyə Mərkəzin rəhbəri Kamran Xıdırov bildirib.

Azərbaycan dili müəllimi İntiqam İsmayılov ana dilində danışmağın Azərbaycançılıq ideyasının yaşadılması üçün vacib olduğunu, Azərbaycan məktəblərində istifadə edilən "Əlifba" və "Ana sözü" dərslikləri əsasında Azərbaycan dilinin qrammatikası, morfologiyası, Azərbaycan ədəbiyyatından uşaqlar üçün yazılan hekayə və şerlər, yazıçılar haqqında məlumat verildiyini vurğulayıb.  

"Bazar günü" məktəbinin gürcü dili müəllimi Maya Xmaladze öz növbəsində çıxışında son illər ərzində Gürcüstanın ali məktəblərinə vahid test üsulu ilə qəbul olan azərbaycanlı tələbələrin sayının xeyli artmasında bu kursların xüsusi rolunu qeyd edib: “İki xalq arasındakı dostluq münasibətləri, azərbaycanlıların gürcü  cəmiyyətinə inteqrasiyasında bu kurslar müstəsna rol oynayacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Fevral 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see394

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see390

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see371

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see257

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see249

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see234

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see223

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see209

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see209

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see203

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see192

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see188

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see187

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see187

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see178

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see176

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see171

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri