Icma.az
close
up
RU
Xaricdə oxuyanların diqqətinə: Diplomunuz tanınmaya bilər Ekspert detalları açıqladı

Xaricdə oxuyanların diqqətinə: Diplomunuz tanınmaya bilər Ekspert detalları açıqladı

News24 saytına istinadən Icma.az xəbər verir.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) məlumatına görə, sentyabr ayında xarici diplomların tanınması üzrə 751 müraciətçi qeydiyyata alınıb. 

Onlardan 643 nəfərə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 108 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Diplomları tanınmayan ölkələr arasında ilk beşlikdə Türkiyə (292 diplom), Rusiya (176), Ukrayna (123), Gürcüstan (36) və Belarus (23) qərarlaşıb. Ən çox müraciət olunan ixtisaslar isə hüquqşünaslıq (103 müraciət), iqtisadiyyat (47), maliyyə (46), tibb və səhiyyə ixtisasları (44) və biznesin idarə edilməsi (40) olub. Agentlik bildirib ki, diplomların tanınmamasının əsas səbəbləri arasında tədris yükünün normativdən az olması, kredit fərqləri, akkreditasiyasız ali təhsil müəssisələri, təhsil forması ilə bağlı uyğunsuzluqlar və bəzi diplomların həqiqi olmaması yer alıb 

Mövzu ilə bağlı News24.az-a açıqlama verən təhsil üzrə eksperti Kamran Əsədov bildirib ki, xaricdə təhsil alan və ölkəyə qayıtdıqdan sonra diplomlarının tanınması üçün müraciət edən şəxslərin bir qisminin sənədlərinin qəbul edilməməsi, təhsilin keyfiyyətinə nəzarət mexanizmlərinin güclənməsinin göstəricisidir:

 "Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən ötən ay 108 nəfərin diplomunun tanınmaması barədə açıqlanan məlumat bir çox baxımdan sistemin daha şəffaf və məsuliyyətli istiqamətdə inkişaf etdiyini göstərir. Bu rəqəm hər bir vətəndaşın təhsil hüququ ilə yanaşı, dövlətin təhsil keyfiyyətinə nəzarət funksiyasının da qanuni əsaslarla həyata keçirildiyini sübut edir. TKTA-nın 2024-cü il üzrə hesabatına əsasən, diplomların tanınmamasının 42 faizi məhz akkreditasiyasız universitetlərdə təhsil alma faktı ilə bağlı olub. Digər 31 faiz distant və qısaldılmış proqramlarda təhsil almış şəxslərə aiddir. Bu hallarda təqdim olunan təhsil sənədi, faktiki olaraq, “Azərbaycan Respublikasında ekvivalent hesab edilə bilən” proqram tələblərini ödəmədiyi üçün tanınmır". 

Onun sözlərinə görə, bəzi hallarda tələbələr xarici ölkələrdə filial adı altında fəaliyyət göstərən, lakin rəsmi statusu olmayan tədris mərkəzlərinə üz tuturlar: 

"Həmin qurumlar çox vaxt “diplom vəd edən, amma tədris fəaliyyəti həyata keçirməyən” kommersiya mərkəzləridir. Bu, yalnız vətəndaşın fərdi zərərini deyil, həm də ümumi təhsil etibarını zədələyən faktordur. Elm və Təhsil Nazirliyinin və TKTA-nın bu istiqamətdə sərt mövqeyi təhsil sahəsində korrupsiya, saxtakarlıq və qeyri-legitim diplom dövriyyəsinin qarşısını alan əsas mexanizmdir. Nazirliyin 2024-cü ilin sonunda təqdim etdiyi “Təhsildə şəffaflıq və hesabatlılıq” hesabatında qeyd olunur ki, son iki ildə saxta diplom və təhsil sənədlərinə qarşı aparılan yoxlamalar nəticəsində 200-dən çox saxta sənəd aşkarlanıb və hüquq-mühafizə orqanlarına göndərilib. Bu, dövlətin təhsil sahəsində prinsipial və məsuliyyətli mövqeyini nümayiş etdirir. Mənfi tərəfi ondan ibarətdir ki, bəzən tələbələr bu qaydalardan məlumatsız olur və aldadıcı təhsil təkliflərinə inanaraq qeyri-legitim qurumlarda təhsil alırlar. Burada maarifləndirmə və preventiv mexanizmlərin daha da gücləndirilməsinə ehtiyac var. Elm və Təhsil Nazirliyi bu istiqamətdə “tanınan universitetlər siyahısı”, “riskli ali məktəblər bazası” və “xarici təhsil üzrə məlumat platforması” kimi resursları geniş ictimaiyyətə təqdim etməlidir. Bu, gələcəkdə oxşar problemlərin qarşısını almaqla, gənclərin düzgün seçim etməsinə kömək edər. Müsbət tərəfdən baxıldıqda, diplomların tanınmaması qərarları təhsil sistemində məsuliyyət və keyfiyyət mədəniyyətinin formalaşmasına xidmət edir. Əgər 10 il əvvəl bu proses formal xarakter daşıyırdısa, bu gün artıq ciddi akademik və hüquqi meyarlarla həyata keçirilir. Elm və Təhsil Nazirliyi və TKTA diplom tanınması məsələsini sadəcə sənəd yoxlanışı deyil, biliklərin təsdiqi kimi qəbul edir. Bu, həm yerli ali təhsil müəssisələrinə rəqabət üstünlüyü yaradır, həm də xaricdə təhsil almaq istəyən gəncləri daha keyfiyyətli, beynəlxalq akkreditasiyadan keçmiş universitetlərə yönəldir".

 Ekspertin fikrincə, 108 diplomun tanınmaması neqativ statistika kimi görünə bilər, amma əslində bu, dövlətin təhsildə məsuliyyətli və prinsipial yanaşmasının təzahürüdür: 

"Elm və Təhsil Nazirliyinin və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin bu istiqamətdə gördüyü işlər təhsilin reputasiyasını qorumaq, xaricdə təhsilin keyfiyyətini artırmaq və saxtakarlığın qarşısını almaq baxımından son dərəcə vacib və düzgün addımdır. Bu, Azərbaycanın təhsil siyasətində keyfiyyətin forma üzərində üstün tutulduğunu göstərir və gələcəkdə ali təhsil diplomunun real dəyərinin bərpasına xidmət edəcək". 

Xeyrənsə Piriyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://news24.az
archiveBu xəbər 20 Oktyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri