Icma.az
close
up
RU
Xaricdə təhsil alanların diplomları niyə tanınmır? Ekspert səbəbləri açıqladı

Xaricdə təhsil alanların diplomları niyə tanınmır? Ekspert səbəbləri açıqladı

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Məlum olduğu kimi, sentyabr ayında ölkəmizdə xaricdə alınmış ali təhsil diplomlarının tanınması sahəsində 751 müraciət qeydə alınıb. Onlardan 643 nəfərin diplomu tanınaraq müvafiq şəhadətnamələr təqdim edilib, 108 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Statistik göstəricilər göstərir ki, ən çox müraciətlər Türkiyə, Rusiya və Ukrayna universitetlərinə aid diplomlar üzrə olub.

Maraqlıdır, xaricdə təhsil almış bəzi şəxslərin diplomları niyə tanınmır və bu nə ilə bağlıdır?

Təhsil eksperti Elşən Qafarov Ölkə.az-a açıqlamasında bildirib ki, ölkəmizdə xaricdə verilən təhsillə bağlı, ölkə Prezidentinin 2023-cü ildə xaricdə əldə olunmuş kvalifikasiyaların tanınması qaydaları təşkil olunub.

Onun sözlərinə görə, beynəlxalq təcrübədə bu, 1968-ci ildə qəbul edilmiş Lissabon Konvensiyasına uyğun olaraq aparılır:

"Yəni xarici ölkədə alınmış təhsilin bu və ya başqa ölkədə tanınması məhz Lissabon Konvensiyasına uyğun həyata keçirilir. Uzun illər bizdə nostrifikasiya formasında tətbiq olunurdu. 2001-ci ildə nostrifikasiya qaydaları Nazirlər Kabineti tərəfindən təsdiq olunmuşdu və bu, Lissabon Konvensiyasına uyğun gəlmirdi. Məhz bu uyğunsuzluğu aradan qaldırmaq üçün 2023-cü ildə ölkə Prezidentinin sərəncamı ilə, dediyimiz kimi, xaricdə verilmiş ali təhsilə aid kvalifikasiyaların tanınması qaydaları təsdiq olundu.

Reallıq ondan ibarətdir ki, hazırkı vəziyyətdə bizdə bu diplomların tanınması digər bir sıra ölkələrə nisbətən daha yumşaqdır, daha əlçatandır. Müəyyən qaydalar mövcuddur və həmin qaydalar yoxlanılır: məsələn, şəxsin təhsil aldığı müddətdə xaricdə olması, universitetin yerləşdiyi şəhərdə olması, sərhədi keçməsi və s. Əgər bu qaydalara uyğun olaraq həqiqətən təhsil alınıbsa, onun tanınması ilə bağlı problem yoxdur.

Amma çox təəssüf ki, bizdə hələ də 20–30 il əvvəlki düşüncə tərzi mövcuddur. Bir çoxları hesab edir ki, xaricdə hər hansı bir universitetə adını yazdırıb diplom alsalar, gələcəkdə burda işləmək və diplomun tanınması avtomatik olacaq. Əsas odur ki, mənim diplomum var. Əslində, təhsilin alınıb-alınmaması yoxlanılır".

Ekspert qeyd edib ki, xüsusilə Gürcüstan və Ukrayna universitetləri ilə bağlı bu problemlər daha çox müşahidə olunur:

"Bəzi hallarda isə Rusiya universitetlərində də belə hallar olur. Təhsil almadığı halda diplomu varsa, araşdırılır və müəyyən olunur ki, diplom hansı yollarla əldə olunub. Təbii ki, belə diplom tanınmayacaq.

Əgər şəxs, hər hansı bir şəxs, dediyiniz o 108 nəfər, onların diplomu tanınmayıbsa, onlar çox rahatlıqla məhkəməyə müraciət edə bilərlər və məhkəmə yolu ilə hüquqlarını bərpa edə bilərlər. Düşünürəm ki, ən real yolu budur. Amma əgər diplom tanınmırsa, burada birinci növbədə diplomun sahibinin problemi mövcuddur və əvvəlki inzibati maneələr, bürokratik çətinliklər, qanunvericiliyə olan boşluqlar artıq tamamilə aradan qaldırılıb. Təhsil sistemində problemlərimiz çoxdur, amma bu sahədə, yəni diplomların və kvalifikasiyaların tanınması prosesində müəyyən mənada şəffaflıq təmin edilib və bu baxımdan haqqı demək lazımdır. Bu sahədə olan çətinliklər aradan qaldırılıb. Fikrimcə, kimlər ki, razı deyilsə, onlar diplomlarının tanınması ilə bağlı məhkəməyə müraciət edərək məhkəmə yolu ilə tanınmasını təmin edə bilərlər".

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 Oktyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri