Icma.az
close
up
RU
Xaricdə təhsil alan həkimlər ölkəyə qayıdanda işsiz qalırlar ETİRAZ

Xaricdə təhsil alan həkimlər ölkəyə qayıdanda işsiz qalırlar ETİRAZ

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xaricdə təhsil almış azərbaycanlı həkimlərin diplomlarının tanınması və ixtisaslarının qəbul olunması ilə bağlı problemlər var.

Modern.az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat, Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, xaricdə ali tibb təhsili və ixtisaslaşma keçmiş Azərbaycan vətəndaşları ölkəyə qayıtdıqdan sonra nostrifikasiya və peşə fəaliyyətinə başlama prosesində ciddi hüquqi və prosedur çətinliklərlə üzləşirlər.

“Müraciətlərdən görürük ki, 2011-ci ildən əvvəl və sonra formalaşmış mexanizmlər arasında hüquqi və prosedur baxımından fərqlər yaranıb. 2023-cü ildən etibarən isə bu sahədə vahid və aydın tətbiq mexanizminin olmaması müşahidə edilir. Nəticədə xaricdə yüksək səviyyəli təhsil alan həkimlər ölkəyə qayıtdıqda onların ixtisaslarının tanınması prosesi ya uzanır, ya da komissiya qərarlarından asılı vəziyyətdə qalır”, – deyə o bildirib.

Rəşad Mahmudov qeyd edib ki, bu problem təkcə ayrı-ayrı həkimlərin deyil, bütövlükdə ölkənin səhiyyə sistemi və insan kapitalı üçün strateji əhəmiyyət daşıyır.

O, çıxışında xaricdə oftalmologiya üzrə ixtisaslaşmış gənc həkimdən aldığı müraciəti də nümunə göstərib.

“Rusiyanın tanınmış göz mərkəzlərindən birində təhsil almış, orada işləmək imkanı əldə etmiş, lakin ailə vəziyyətinə görə Azərbaycana qayıdan iki azyaşlı uşaq anası bir il işsiz qalıb. Mən ona yalnız ‘Səni anlayıram’ deyə bildim. Bu, tək bir insanın taleyi deyil, sistemdəki boşluqların real insan həyatına təsiridir”, – deyə deputat vurğulayıb.

Deputatın sözlərinə görə, sui-istifadə hallarının qarşısının alınması vacib olsa da, bunun yolu prosesi çətinləşdirmək deyil, şəffaf və hüquqi cəhətdən sabit mexanizm yaratmaqdır.

“Hər bir dövlət sui-istifadənin qarşısını almalıdır. Amma bu, sistemin qapanması ilə deyil, şəffaf, ölçülə bilən və hüquqi baxımdan sabit nostrifikasiya mexanizminin yaradılması ilə mümkün olmalıdır”, – deyə Rəşad Mahmudov bildirib.

O hesab edir ki, əks halda ölkə bir tərəfdən həkim çatışmazlığından danışacaq, digər tərəfdən isə xaricdə təhsil almış peşəkar mütəxəssislərin səhiyyə sisteminə inteqrasiyası çətinləşəcək.

“Bu, sadəcə bir neçə insanın taleyi deyil. Yüzlərlə azərbaycanlı gəncin gələcəkdə yüksək motivasiya ilə ölkəyə qayıdaraq səhiyyə sistemində çalışması üçün mühüm məsələdir”, – deyə deputat fikrini tamamlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 İyun 2026 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri