Icma.az
close
up
RU
Xaricdə təhsil alan gənclərin ölkəyə qayıdışı milli inkişaf üçün vacibdir EKSPERT ŞƏRH ETDİ

Xaricdə təhsil alan gənclərin ölkəyə qayıdışı milli inkişaf üçün vacibdir EKSPERT ŞƏRH ETDİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Xaricdə təhsil almış gənclərin Azərbaycana qayıdışı məsələsi milli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu gənclər beynəlxalq bilik və təcrübə əldə etmiş, müasir texnologiyalar, idarəetmə modelləri və innovativ yanaşmalarla tanış olan insan kapitalını təmsil edirlər". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, onların ölkəyə geri dönməsi, bu potensialın daxili iqtisadi və sosial sistemdə istifadə olunması baxımından son dərəcə vacibdir. Lakin bunun üçün təsirli təşviq mexanizmlərinin formalaşdırılması zəruridir: "İlk növbədə əmək bazarının gənclərin ixtisaslarına uyğunlaşdırılması əsas amillərdən biridir. Xaricdə təhsil almış gənclər çox zaman öz sahələrinə uyğun iş tapmaqda çətinlik çəkirlər. Dövlət və özəl sektor əməkdaşlığı əsasında yaradılacaq xüsusi proqramlar, innovasiya mərkəzləri və startap təşəbbüsləri bu problemi qismən aradan qaldıra bilər. Bu cür platformalar gənclərə həm iş imkanı, həm də öz ideyalarını həyata keçirmək üçün mühit yaradar.

Eyni zamanda, maddi və sosial təşviqlər də onların geri dönüşünü stimullaşdıra bilər. Xaricdə təhsil alıb vətənə qayıdan gənclərə mənzil kirayəsi üçün güzəşt, ilkin iş dövründə əlavə maaş əlavələri, yaxud da dövlət sifarişi ilə işlədikləri sahələrdə vergi güzəştləri təqdim oluna bilər. Bu cür addımlar onların sosial adaptasiyasını asanlaşdırar və Azərbaycanda uzunmüddətli fəaliyyətə marağını artırar. Akademik və elmi fəaliyyət üçün şəraitin yaxşılaşdırılması da mühüm amildir. Xaricdə təhsil almış gənclərin bir qismi tədqiqat yönümlü sahələrdə ixtisaslaşır. Onlar üçün müasir laboratoriyaların, elmi-tədqiqat fondlarının və qrant proqramlarının genişləndirilməsi, eləcə də beynəlxalq elmi əməkdaşlıq imkanlarının artırılması onların ölkəyə qayıdışını daha cəlbedici edə bilər.

Bundan başqa, diaqnostik və adaptasiya proqramlarının tətbiqi də əhəmiyyətlidir. Xaricdən qayıdan gənclərin yerli iş mühiti, idarəetmə mədəniyyəti və sosial şəraitlə tanışlığı üçün xüsusi mentorluq və inteqrasiya proqramlarının yaradılması faydalı olardı. Belə proqramlar həm onların potensialından daha səmərəli istifadə etməyə, həm də qayıdış prosesini daha ardıcıl və davamlı etməyə kömək edər. Xaricdə təhsil alan gənclərin Azərbaycana qayıdışı üçün effektiv mexanizmlər yalnız maddi stimullaşdırma ilə məhdudlaşmamalı, həm də sosial, peşəkar və mənəvi motivasiyanı gücləndirməlidir. Onlara ölkənin gələcəyi üçün dəyərli bir qüvvə kimi yanaşmaq, qərarvermə proseslərində iştirak imkanları yaratmaq, eləcə də “beyin axınının” qarşısını almaq üçün davamlı siyasət formalaşdırmaq vacibdir. Bu, həm insan kapitalının səmərəli istifadəsinə, həm də Azərbaycanın rəqabətqabiliyyətli bilik iqtisadiyyatına çevrilməsinə mühüm töhfə verə bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Oktyabr 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see195

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see194

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see180

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see160

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see139

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see138

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see132

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see129

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see129

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see125

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see119

Yeməkdən dərhal sonra çay içmək olmaz Yan təsiri var

01 Dekabr 2025 09:52see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri