Icma.az
close
up
RU
Yerli universitetlərin diplomu xaricdə tanınmır, xaricdə təhsil alan məzunların diplomu da ölkəmizdə

Yerli universitetlərin diplomu xaricdə tanınmır, xaricdə təhsil alan məzunların diplomu da ölkəmizdə

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2024-cü ilin oktyabr ayı üzrə Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının - diplomların tanınması ilə bağlı məlumatda qeyd edilir ki, 665 müraciətdən 540 nəfər barədə müsbət qərar verilib və müvafiq şəhadətnamələr təqdim edilib. 125 nəfərin müraciəti mənfi qərarla yekunlaşmışdır. Yəni, 4 il təhsil aldığını düşünən gənclərin 125 nəfəri sonradan məlumat alır ki, onun diplomu tanınmır. Başqa sözlə, ömürlərindən 4 il hədər gedir. Bu 4 illə bərabər dörd ildə çəkdiyi əziyyət və xərclədiyi vəsait də heçə dönür.

Təhsil eksperti İlham Əhmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, belə bir problem hardasa 15 ildir ki, yaşanır. Xaricdə təhsil alıb gələnlərin burada yenidən diplomunun təsdiq prosesi gedir.  Ekspert deyir ki, bu proses əvvəllər müsahibə formatında olsa da, hazırda bunu imtahan formatına gətiriblər və bunun da bir çox fəsadları var.

İlham Əhmədov

“Öz təşəbbüsü ilə xaricdə oxuyan tələbələr, əsasən Rusiya və Türkiyə universitetlərində təhsil alırlar. Ölkəmizin bu iki ölkə ilə diplomların qarşılıqlı tanınması haqqında müqavilənin olması da nəzərə alınmır. Biz müvafiq müqavilələrə əsasən MDB ölkələri, o cümlədən Rusiya və Türkiyənin ali təhsil müəssisələrinin verdiyi diplomlarını da tanımalıyıq, onlar da bizim diplomları tanımalıdırlar. Buna baxmayaraq, bizdə əlavə imtahan verməyi tələb edirlər. Hərçənd həmin ölkələrdə diplomlar avtomatik tanınır. Bundan əlavə, həm də tələbənin ölkə sərhəddini keçməsi tələb edilir. Yəni, fiziki olaraq tələbə ölkə sərhəddini müəyyən olunmuş qrafikə uyğun olaraq keçməli və geri qayıtmalıdır. Amma, distant oxuyanlara da belə tələb qoymaq düz deyil. Çünki, tələbə 5 ilin ərzində heç bir sərhəddi keçmədən oxuyub diplom ala bilər. Burda qeyri-adi bir şey yoxdur. Çünki, bu halda tələbə ölkə sərhəddini keçmir, ölkəsində təhsil alır. Necə ki, biz elektron kitabxanadakı kitabı oxumaq üçün kitabxanaya getmirik, eləcə də distant təhsil alan universitetə getmir. Xüsusən bu universitet xaricdədirsə. Tələbə evindən sistemə daxil olur, lazım olan resursları yükləyir, onlayn və offlayn formatda tədris prosesində iştirak edir. Ümumiyyətlə, distant oxuyan tələbənin diplomunun tanınması ilə əlaqədar belə bir tələb dünyanın heç bir ölkəsində yoxdur.

Digər tərəfdən bu gün xarici ölkələrdə işə qəbul edən müəssisələr namizədlərdən heç diplom tələb etmir. Hətta namizədin 5 diplomu olsa belə, ona deyirlər ki, “diplomu kənara qoy, gəl, göstər, real olaraq nəyi bacarırsan”.

Əgər bizdə diplom hər şeyi həll edirsə, o zaman MİQ imtahanı nə üçündür? Sertfikasiya nə üçündür? Axı, bu şəxslərin də diplomu var. Əgər diplom həlledici deyilsə, onda xaricdə alınan diplomun təsdiqi niyə problem edilir.

Bir tərəfdən nazir deyir ki, “bizim müəllimlər savadsızdır, şaftalı sözünü yaza bilmir, alimlərimiz savadsızdır, diplomu var diplomunun arxasında elm yoxdur. Biz onların elmi fəaliyyətini görmürük, onların çoxunu alim kimi qəbul etmirik”. Digər tərəfdən də, xaricdə oxuyub gələnlərə deyir ki, biz sizin diplomunuzu tanımırıq”. Sonra da imtahanlar təşkil edilir. Bu kimi proseslər vətəndaşlarda narazılıq yaradır. 4 il xaricdə oxuyan vətəndaş yola, təhsil haqqına və digər məsələlərə kifayət qədər pul xərcləyib, vaxt sərf edib. Sonda da belə bir vəziyyətlə qarşılaşır.

Təbii ki, bizim universitetlər keyfiyyətli olsaydı, hamı burada oxuyardı. Hətta, xaricdən daha çox tələbə gələrdi və burada oxuyardılar. Ölkəmizdə bəzi universitetlərin keyfiyyəti məlumdur. Vətəndaş da istəyir ki,  diplomu dünyada tanınan universitetlərdə təhsil alsın. Ona görə də gedib Türkiyədə, Rusiyada oxuyurlar. Bu diplom dünyada tanınsa da, burada tanınmır. Eyni zamanda, bizim verdiyimiz yerli universitetlərin diplomlarını da xaricdə tanımırlar. Burda paradoksal məqamlar var”-deyən İlham Əhmədov bildirib ki, bütün bu sadalananlar ölkənin normal təhsil siyasətinin olmamasının nəticəsidir.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Noyabr 2024 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri