Icma.az
close
up
RU
Xaricdə təhsil alan tələbələr niyə Azərbaycana qayıda bilmir? Ekspertdən sərt TƏNQİD

Xaricdə təhsil alan tələbələr niyə Azərbaycana qayıda bilmir? Ekspertdən sərt TƏNQİD

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azərbaycanda ali təhsil sistemində xarici ölkələrdən tələbə köçürülməsi mexanizmi son illər getdikcə daha çox mürəkkəbləşib və təəssüf ki, bu sahədə qərarverici strukturların fəaliyyəti şəffaflıqdan, hüquqi əsaslandırmadan və tələbəmərkəzli yanaşmadan uzaqdır. Xüsusilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin xaricdən köçürülmə ilə bağlı verdiyi imtina qərarları, əsasən Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə bağlı nümunələrdə, həm hüquqi məntiqə, həm də ali təhsilin mahiyyətinə zidd məzmun daşıyır. Bu qərarlar nə qanunun ruhuna uyğundur, nə də tələbələrin konstitusion təhsil hüququna hörmət ifadə edir. Təəssüf doğuran əsas məqam ondan ibarətdir ki, bu qərarların arxasında nə hüquqi əsaslandırılmış metodologiya, nə ictimaiyyətə təqdim olunmuş təhlil, nə də orta və uzunmüddətli təhsil strategiyası mövcuddur".

Bu fikirləri Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin xaricdən tələbə köçürülməsi ilə bağlı qərarları ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirdi. O, qeyd etdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ var:

"“Təhsil haqqında” Qanunun 13.1.5-ci bəndində isə açıq şəkildə göstərilir ki, tələbənin təhsilini başqa ölkədə və ya ali məktəbdə davam etdirmək hüququ vardır. Eyni zamanda, Nazirlər Kabinetinin təsdiqlədiyi “Tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi Qaydaları” da bu hüququ texniki və inzibati baxımdan tənzimləyir. Lakin təəssüf ki, hazırda Agentlik bu sənədləri məqsədyönlü şəkildə sərt şərhlərlə məhdudlaşdırır, xüsusilə də Türkiyə universitetlərindən gələn tələbələrin köçürülməsini “kredit uyğunsuzluğu”, “tədris planlarının fərqliliyi” və digər formal əsaslarla rədd edir. Halbuki Azərbaycan və Türkiyə ali təhsil sistemləri hər ikisi Bolonya prosesinə daxil olan, Avropa Kredit Transfer Sisteminə (ECTS) əsaslanan sistemlərdir və bu sistemlər arasında konvertasiya texniki baxımdan mümkündür".

Ekspert vurğuladı ki, statistik məlumatlara görə, hər il təqribən 15 mindən çox azərbaycanlı tələbə xarici ölkələrdə, əsasən də Türkiyədə təhsil alır:

"Bu tələbələrin bir qismi təhsilini tamamlayır, digər qismi isə şəxsi, iqtisadi və ya ailəvi səbəblərlə təhsilini Azərbaycanda davam etdirmək istəyir. Bu gənclərin bir çoxu həm də DİM imtahanları ilə Azərbaycan universitetlərinə qəbul hüququ qazanmış şəxslərdir. Lakin Agentliyin son illər tətbiq etdiyi qaydalar bu gənclərin vətənə qayıdışını mümkünsüz edir. Bu isə, sadəcə bir prosedur məsələsi yox, həm də insan resurslarının itirilməsi, cəmiyyətin dövlətə olan inamının sarsılması və təhsildə mərkəzləşmiş avtoritar qərarvericiliyin artması deməkdir. Müsbət məqam odur ki, Azərbaycanda ali təhsil sisteminin beynəlmiləlləşməsi hədəf kimi müəyyən olunub və Prezidentin sərəncamları ilə bu istiqamətdə addımlar atılıb. Amma bu hədəflər Agentliyin konkret fəaliyyətində öz əksini tapmır. Beynəlmiləlləşmənin əsas komponentlərindən biri də tələbə mobilliyidir. Dünya təcrübəsində tələbə köçürülməsi çevik, şəffaf və tələbənin akademik uğuruna dəstək prinsipi ilə tənzimlənir. Məsələn, Almaniyada və Niderlandda köçürülmə zamanı tələbənin keçmiş kreditləri maksimum səviyyədə tanınır, fərq fənlər əlavə dərslə kompensasiya edilir. ABŞ-də “transfer policy” çərçivəsində tələbənin istənilən ali məktəbdə aldığı dərslər uyğun fənlərlə uzlaşdırılır. Bu yanaşma tələbəni cəzalandırmır, əksinə ona ikinci şans verir. Azərbaycanda isə qərarverici orqanların yanaşması əsasən tədris planlarının fərqliliyini bəhanə gətirməklə tələbənin qarşısını almağa yönəlir".

K.Əsədovun sözlərinə görə, ən ciddi tənqidə layiq məqam isə marifləndirmə işinin olmamasıdır:

"Agentlik nə tələbələrə, nə valideynlərə, nə də universitetlərə köçürülmə mexanizmi barədə izahlı məlumat təqdim etmir. Rəsmi internet səhifəsində köçürmə üzrə ümumi qaydalar yerləşdirilsə də, konkret halların hüquqi və texniki izahı, tez-tez verilən suallar bölməsi, nümunəvi qərarlar bazası, statistik hesabatlar yoxdur. Halbuki şəffaf idarəetmə bununla başlayır. Vətəndaş öz hüququnu və onun tətbiq formasını bilmədikdə, idarəetmə qeyri-şəffaf və etibarsız olur. Bu isə ciddi sosial narazılıq doğurur və təhsil sisteminə inamı sarsıdır".

Həmsöhbətimiz qeyd etdi ki, köçürülmənin rədd edilməsinin əsas səbəbləri sırasında göstərilən “təhsil planlarının uyğun gəlməməsi” arqumenti isə əslində zəif və manipulyativ şərhdir.
"Bu cür arqumentin tətbiqi, ümumiyyətlə akademik fərqlərin aradan qaldırılması üçün nəzərdə tutulmuş “adaptasiya proqramları”nın, “keçid modul”larının, “kompensasiya kreditləri”nin istifadəsini mümkünsüz edir. Belə çıxır ki, Agentlik həm tələbənin keçmiş nailiyyətini tanımır, həm də ona uyğunlaşdırıcı dəstək təklif etmir. Bu isə tələbənin hüquqlarının pozulması və təhsilinin yarımçıq qalması ilə nəticələnir. Bu yanaşma dəyişmədikcə, Azərbaycana qayıtmaq istəyən gənclərin qarşısı alınacaq, beyin axını problemi daha da dərinləşəcək, xaricdə təhsil alanlar vətəndaş kimi dövlətlə əlaqəsini kəsəcək. Eyni zamanda, yerli ali məktəblər də bacarıqlı tələbələrin sistemə daxil edilməsindən məhrum olacaq. Beləliklə, bir tərəfdən tələbə itirəcəyik, digər tərəfdən sistem qapanacaq, dəyişən və dinamik dünyaya uyğunlaşmaq imkanımız zəifləyəcək.

Elm və Təhsil Nazirliyi və Dövlət Agentliyi bu sahədə strateji plan təqdim etmir. Nə köçürülmə prosedurunun humanistləşdirilməsi ilə bağlı islahat var, nə də ictimai monitorinqə açıq hesabat. Təhsil hüququ kimi fundamental bir məsələ inzibati təsadüfiliyin və hüquqi qeyri-müəyyənliyin içində itib gedir. Təhsil sistemində dəyişiklik yalnız rəqəmlərlə yox, hüquqla, dəyərlə və vətəndaşa münasibətlə ölçülür. Bu münasibət isə hazırda yox dərəcəsindədir. Təhsili inzibati manelərlə yox, elmi və insani yanaşma ilə idarə etmək lazımdır. Əks halda, “təhsil” sözü kağız üzərində qalacaq, gənclər isə yollarını başqa ölkələrdə axtarmağa davam edəcək", - deyə K.Əsədov yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 İyul 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see242

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see220

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see218

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see209

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see206

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see198

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see188

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see142

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see135

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see132

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see131

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see130

Sədərəkdə yarım qalan işləri tamamlamaq üçün 7,6 milyon xərclənəcək

10 Dekabr 2025 20:00see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri