Icma.az
close
up
RU
Xaricdə təhsil alanların DİQQƏTİNƏ: Diplomlar bu halda tanınmır QƏRAR

Xaricdə təhsil alanların DİQQƏTİNƏ: Diplomlar bu halda tanınmır QƏRAR

Icma.az bildirir, Bizim media portalına istinadən.

Ali Məhkəmə xarici diplomların tanınması üzrə vahid məhkəmə təcrübəsini müəyyən edib.
Bu barədə Bizim.Media-ya məhkəmədən bildirilib.
 

Məlumata görə, son günlər xaricdə alınmış diplomların tanınması üzrə məhkəmə təcrübəsi haqqında çoxsaylı sorğular daxil olur. Mövzunun aktuallığını nəzərə alaraq, Azərbaycan Respublikası Ali Məhkəməsi inzibati kollegiyasının bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərarını təqdim edirik.


Ali Məhkəmənin rəsmi saytında dərc olunan məlumata əsasən, şəxsə (Bundan sonra - iddiaçı) qiyabi təhsil üzrə Moskva Politexnik Universiteti tərəfindən bakalavr diplomu verilib və həmin diplom Rusiya Federasiyasının səlahiyyətli qurumu tərəfindən apostil olunub. İddiaçı Azərbaycanda diplomun tanınması barədə tələblə cavabdeh orqana müraciət edib, lakin cavabdeh tərəfindən tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olması, həmin müddətin isə tədris proqramının mənimsənilməsi üçün kifayət hesab olunmaması əsası ilə ali təhsil ixtisasının ölkə ərazisində tanınmasından imtina edilib.
Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edib.Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyib, həmçinin apelyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb. Bundan sonra iddiaçı Ali Məhkəməyə müraciət edib.
Ali Məhkəmə qərarında aşağıdakıları qeyd edib:
1. Qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər.
2. Ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də, iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır.
3. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır.4. Xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə oluna bilər və təhsilin alındığı ölkədə bu, yolverilən hesab edilə bilər. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olub-olmadığı ilə bağlı məsələdir. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır. Bundan başqa, qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübutlar da təqdim olunmayıb.
Qeyd edilənlərə əsasən, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyib, apelyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Fevral 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see139

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see134

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri