Icma.az
close
up
RU
Xaricdə təhsil alanların NƏZƏRİNƏ Diplomlar bu qaydada təsdiq olunur MƏRHƏLƏLƏR

Xaricdə təhsil alanların NƏZƏRİNƏ Diplomlar bu qaydada təsdiq olunur MƏRHƏLƏLƏR

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-2026-cı tədris ilində xaricdə dövlət xətti ilə 201 nəfər Azərbaycan vətəndaşı təhsil alacaq. Onlardan 130 nəfəri Macarıstan, 43 nəfəri Çin, 8 nəfəri Rumıniya, 10 nəfəri Latviya və 10 nəfəri Qazaxıstanda oxuyacaqlar.

Bundan başqa, bu tədris ilində 500 nəfər iştirakçı dünyanın 14 ölkəsində 64 nüfuzlu universitetdə təöhsil alacaq. Beləliklə, bu il dövlət xətti ilə xaricdə təhsil alacaq tələbələrin ümumi sayı 700 nəfərə yaxın olacaq.

Həmçinin, öz hesabına xaricdə oxumağı seçənlərin sayı daha çoxdur.
Hər il xaricdə təhsilə maraq artır və azərbaycanlılar dünyanın müxtəlif ali təhsil məktəblərində təhsil almağa üstünlük verirlər. Lakin xaricdə təhsil alanlar ölkəyə qayıtdıqdan sonra ali təhsili bitirib sahibləndikləri ixtisası təsdiq edən diplomu ölkəmizdə tanıtmalıdırlar.
Bunun üçünsə ilk olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) müraciət etməlidirlər. Bu, Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2023-cü il tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda öz əksini tapıb.
Bəs xaricdə təhsil alanların diplomlarının burada tanınma, təsdiqlənmə prosesi necə aparılır? Hansı sənədlər toplanmalıdır və imtahana ehtiyac varmı?

Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) bildirildi ki, ərizələr elektron qaydada həyata keçirilir:
“Ərizələrin qəbulu www.tkta.edu.az internet səhifəsi vasitəsilə yalnız elektron qaydada həyata keçirilir. Həmin internet səhifəsində tələb olunan sənədlərin siyahısı və yüklənmə qaydası haqqında ətraflı məlumat verilib. (Tələb olunan sənədlərin siyahısı barədə ətraflı məlumat əldə etmək üçün aşağıdakı keçidə daxil ola bilərlər: //tkta.edu.az/p/nostrify-your-diploma-201 
Aşağıda qeyd edilən keçidə daxil olmaqla qeydiyyatdan keçmək mümkündür: //apply.enic.edu.az/)
Vurğulanıb ki, kvalifikasiyaların tanınması prosesi aşağıdakı mərhələlərdən ibarətdir:
“Sənədlərin gözləməyə düşməsi; (bu mərhələdə sənədlərin Qaydalarda qeyd olunduğu şəkildə yüklənilməsi yoxlanılır),
Sənədlərin icraata götürülməsi; (bu mərhələdə sənədlərin həqiqiliyi yoxlanılır. Bununla əlaqədar olaraq müvafiq sorğular göndərilir),

Sənədlərin icraatının davam etdirilməsi; (sənədin həqiqiliyi təsdiq edildikdən sonra Qaydaların tanınmaya dair tələblərindəki digər müddəalar  (akkreditasiya, təhsil alınan ölkənin ərazisində tələb olunan normativ əsasında qiymətləndirmə (bununla bağlı sorğu) və s.) üzrə icraat davam etdirilir),
İxtisas ekvivalentliyinin təyin olunması; (peşə imtahanı keçiriləcəyi təqdirdə müraciətçinin sənədləri müvafiq olaraq Dövlət İmtahan Mərkəzinə və Səhiyyə Nazirliyinə yönləndirilir. Bu mərhələdə həmçinin ixtisas ekvivalentliyinin təyin olunması ilə bağlı sorğular göndərilə bilər.), ekspertizası yekunlaşmış sənədə struktur bölmə rəhbəri tərəfindən yekun rəyin verilməsi mərhələsi və imzaya təqdim olunması”.
Qeyd edilib ki, ekspertiza prosesi çərçivəsində tələb olunan apostil şəhadətnaməsi (möhürü) tanınma üzrə müraciətlər zamanı təqdim olunan təhsil sənədlərinin yalnız əslinə vurulmalı və sənədi imzalamış yüksək səlahiyyətli şəxsin imzası ilə təsdiq olunmalıdır:
“Sənədlərin “əsli ilə düzdür”, həmçinin notarial qaydada təsdiq olunmuş nüsxələrinə vurulmuş apostil şəhadətnaməsi (möhürü) qanunvericiliyin tələblərinə uyğun olmadığı təqdirdə icraata götürülmür”.
Bu dillərdə sənədlərin tərcüməsinə ehtiyac yoxdur

Bildirilib ki, Qaydalara əsasən türk, rus və ingilis dillərində təqdim olunmuş təhsil sənədlərinin notarial qaydada tərcümə-təsdiqinə ehtiyac yoxdur. Digər dillərdə təqdim olunmuş sənədlər isə ölkəmizdə Azərbaycan dilinə tərcümə edilməli və notarial qaydada təsdiq olunmalıdır:
“Həmçinin müraciətçilər ENIC-NARIC (Avropa İnformasiya Mərkəzləri-Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləri) Şəbəkəsinin rəsmi internet səhifəsinin (www.enic-naric.net) müvafiq ölkə üzrə nəzərdə tutulmuş bölməsinə daxil olmaqla (yaxud yerli akkreditasiya orqanlarına müraciət etməklə), həmin ölkə tərəfindən tanınan və akkreditasiyadan keçmiş ali təhsil müəssisələrinin siyahısını əldə edə bilərlər.
Qaydalara əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə peşə tanınması ərizəçinin TKTA-nın sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin  təşkil etdiyi qiymətləndirmə imtahanında,  tibb və səhiyyə ixtisasları üzrə peşə tanınması isə ərizəçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin keçirdiyi imtahanda müvəffəqiyyət qazandığı təqdirdə verilir
” – deyə məlumatda qeyd olunub.
Günay Şahmar, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://bizim.media
archiveBu xəbər 02 Oktyabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see9599

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see561

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see264

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see234

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see232

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see195

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see167

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see160

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see156

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see138

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see138

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see134

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see130

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

15 Noyabr 2025 14:26see128

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see127

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see127

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see122

Premyerada gözlənilməz an: Şakiranın övladları hər kəsi heyrətləndirdi VİDEO

15 Noyabr 2025 02:07see121

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see120

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri