Icma.az
close
up
RU
Xaricdə təhsil alıb qayıdanlar iş bazarında üstünlük qazanır Ekspert

Xaricdə təhsil alıb qayıdanlar iş bazarında üstünlük qazanır Ekspert

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dövlət proqramı ilə gələnlər testdən azad olunur, digərləri sıravi müsahibə ilə üz-üzə qalır

Xaricdə təhsil alıb ölkəyə qayıdanların da, həmçinin dövlət qulluğuna imtahan verib yüksək bal toplayanların işlə təminatında ciddi problemlər yaranır. Bu barədə millət vəkilləri Fazil Mustafa və Razi Nurullayev Milli Məclisin plenar iclasında fikirlər səsləndiriblər. Deputat Fazil Mustafa bildirib ki, cənab Prezident təşəbbüs göstərir, xaricdə təhsil üçün 100 miyonlarla dövlət vəsaiti xərclənir, amma təhsil alıb ölkəyə qayıdan mütəxəssislər işlə təmin olunmurlar. Həmçinin dövlət qulluğuna imtahan verib yüksək bal toplayanlarln adları da illərlə ehtiyat kadr siyahısında qalır, amma işə qəbul olunmurlar. 

Təhsil eksperti Elçin Süleymanov “Sherg.az”a açıqlamasında bildirdi ki, xaricdə təhsil alıb ölkəyə qayıdanlar əmək bazarında özlərini yaxşı təqdim edirlər. Dövlət proqramı ilə təhsil alanlara imtiyazlar var. Onlar test imtahanından azaddırlar, birbaşa müsahibə mərhələsinə dəvət olunurlar. Digərləri isə diplomlarını tanıtdıqdan sonra ixtisaslaşdıqları sahəsi üzrə işləyə bilirlər: 

- Xaricdə məzun olub qayıdanların əmək bazarında problem yaşadığını düşünmürəm. Əgər təhsili keyfiyyətlidirsə, biliyi, bacarığı, müxtəlif ixtisaslar üzrə qazandığı kvalifikasiyalar əmək bazarına uyğundursa, təbii ki onlar özünü reallaşdırır. Hazırda nazir, nazir müavini, komitə sədri və sair vəzifələrdə xaricdə təhsil alıb qayıdan şəxslər çalışır. Ali təhsil müəssisələrində, xüsusilə son illərdə inkişaf səviyyəsinə görə dünyanın aparıcı universitetlərinə çevrilə biləcək səviyyədə olan Qarabağ, ADA Universitetində xaricdə təhsil alıb ölkəyə qayıtmış gənclərimiz çalışır. Xaricdəki təhsil yerli əmək bazarına uyğun bilik və bacarıq verirsə, bir şəxsin xarici, yaxud yerli ali təhsil müəssisəsində təhsil almasının fərqi yoxdur. Ola bilsin, xaricdə məzun olanların dil bacarığı onlara əlavə üstünlük verir. Bəzən iş yerləri bu amili nəzərə alır, xaricdə təhsil alanların dünyagörüşünün onları qane etdiyini düşünür və işə qəbul edirlər. Xaricdə təhsil alıb ölkəyə qayıtmayanlar da var. Amma hesab edirəm ki, buna cidid problem kimi baxmaq lazım deyil. Onlar da xarici ölkələdə diasporanın inkişafına töhfə verirlər. Şəxsən mən, məsələn, tibb mütəxəssisləri, iqtisadçılar, alternativ, bərpa olunan enerji mühəndisləri kimi kadrlara ciddi ehtiyac duyulan sahələr üzrə məzun olmuş gənclərimizin qayıdıb ölkə iqtisadiyyatına töhfə vermələrini arzu edirəm. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Yanvar 2026 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri