Icma.az
close
up
RU
​“Xaricdə təhsil şirkətləri lisenziyalaşdırılmalıdır” Mikayıl Mirzəzadə

​“Xaricdə təhsil şirkətləri lisenziyalaşdırılmalıdır” Mikayıl Mirzəzadə

Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Son illərdə Azərbaycanda gənclərin xaricdə təhsilə marağı əhəmiyyətli dərəcədə artıb. Bu, onların qlobal dünyaya inteqrasiyası, peşəkar bacarıqlarının inkişafı və şəxsi potensiallarının genişlənməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Lakin sahədə ciddi institusional boşluqlar mövcuddur və xaricdə təhsil xidmətləri göstərən şirkətlərin fəaliyyəti hələ də sistemli şəkildə tənzimlənmir”.

Mətbuat.az-a açıqlama verən “Ege Group” Xaricdə Təhsil və Karyera Mərkəzinin rəhbəri, ekspert Mikayıl Mirzəzadə bildirib ki, bazarda bəzi şirkətlər yalnız qəbul prosesi ilə kifayətlənir: “Tələbələrin akademik hazırlığı, karyera planlaması, adaptasiya və sosial inteqrasiyası kimi həyati məsələlər diqqətə alınmır. Hətta sahiblərinin ali təhsili olmayan, lakin başqalarına yol göstərən şirkətlər fəaliyyət göstərir ki, bu həm etik, həm də peşəkar baxımdan qəbuledilməzdir. Yanlış vədlər, qeyri-dəqiq məlumatlandırma və reallığa uyğun olmayan təqdimatlar geniş yayılıb. Nəticədə tələbələr ciddi çətinliklərlə üzləşir, bəzən isə təhsilini yarımçıq dayandırmağa məcbur olurlar. Valideynlər və tələbələr həm vaxt, həm psixoloji, həm də maliyyə itkilərinə məruz qalırlar”.

Ekspert vurğulayıb ki, sektorda intusional mexanizmlər formalaşmalıdır: “Tələbələrə düzgün istiqamət vermək, onların güclü və zəif tərəflərini müəyyən etmək, peşə və karyera planını qurmaq, akademik və sosial dəstək təmin etmək vacibdir. Lakin bazarda buna əməl edən şirkətlərin sayı çox azdır. İnstitusional tənzimləmə və lisenziyalaşdırma sahənin davamlı inkişafı üçün prioritet məsələdir. Xaricdə təhsil sahəsində fəaliyyət göstərən bütün şirkətlər mütləq lisenziyalaşdırılmalıdır. Bu, yalnız qeydiyyat və icazə mexanizmi deyil. Şirkətlərin fəaliyyətinin davamlı monitorinqini, şəffaf auditi və peşəkarlıq standartlarına riayətini təmin edən əsas vasitədir. Lisenziyalaşdırma valideynlər və abituriyentlər arasında etimadın artmasına da xidmət edir və bazarda fırıldaqçılıq ilə qeyri-peşəkar yanaşmaların qarşısını alır”.

Ekspert dövlətin roluna da diqqət çəkib: “Sistemli və şəffaf lisenziyalaşdırma yolu ilə tələbələrin uzunmüddətli karyera və təhsil imkanları qorunacaq. Dövlət müvafiq qanunvericilik bazasını yarada, peşəkar standartları müəyyən edən tənzimləyici qurumlar təsis edə və mütəmadi audit sistemi ilə şirkətləri qiymətləndirə bilər. Eyni zamanda ictimai reyestr formalaşdıraraq, lisenziyalı şirkətləri təqdim etməli, qeyri-peşəkar aktorları isə bazardan çıxarmalıdır. Bütün bu mexanizmlər peşəkar xidmət mədəniyyətinin formalaşmasına xidmət edəcək”.

Onun sözlərinə görə, xaricdə təhsil mərkəzləri tələbələrə doğru ölkə, universitet və proqram seçimini istiqamətləndirməli, akademik və karyera bələdçiliyi təqdim etməli, adaptasiya və sosial dəstək göstərməlidir. Məqsəd tələbənin uzunmüddətli karyera uğurudur və bunun üçün lisenziyalaşdırma mexanizmləri ilə peşəkar, şəffaf və məsuliyyətli yanaşma təmin edilməlidir” - müsahibimiz söyləyir.

Əlavə edir ki, institusional tənzimləmə və lisenziyalaşdırma nəticəsində həm abituriyentlər, həm valideynlər, həm də ölkəmiz uzunmüddətli fayda əldə edəcək: “Gənclərimiz qlobal təhsil imkanlarından maksimum şəkildə yararlanacaq və sektorda dayanıqlı, şəffaf və peşəkar mühit formalaşacaq” - deyə Mikayıl Mirzəzadə fikrini tamamlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 03 Fevral 2026 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri