“Azərbaycan şirkətləri beynəlxalq bazarlara çıxır və xaricdə aktivlər əldə edir” Mikayıl Cabbarov
Icma.az, Sia Az saytına istinadən bildirir.
Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxması və xaricdə aktivlər əldə etməsi ölkənin gəlir mənbələrinin şaxələndirilməsinə, ümumi milli gəlirin davamlı artımı üçün yeni imkanların yaranmasına şərait yaradır.
SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı deyib.
O bildirib ki, hazırda Azərbaycan şirkətləri xarici bazarlarda fəaliyyətlərini genişləndirir, müxtəlif aktivlər əldə edir və həmin aktivlər əlavə gəlir mənbəyinə çevrilir.
Nazir qeyd edib ki, bu proses ölkənin gəlir bazasının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
M.Cabbarov vurğulayıb ki, iqtisadiyyatda ümumi milli gəlirin davamlı artımı üçün yeni təməllər formalaşır. Azərbaycan şirkətlərinin beynəlxalq fəaliyyətinin genişlənməsi də bu istiqamətdə əlavə imkanlar yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 16 Noyabr 2026 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















