Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Xaricdə təhsilin prioriteti: yeni dövr üçün ən vacib ixtisaslar

Xaricdə təhsilin prioriteti: yeni dövr üçün ən vacib ixtisaslar

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2025-2026-cı tədris ili üçün "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbuluna start verilib. Sənəd qəbulu üçün son tarix 15 iyun 2025-ci il saat 23:59-dur.

Qeyd edək ki, 2025-2026-cı tədris ili üçün 29 dekabr 2024-cü il tarixində elan olunmuş Dövlət Proqramı çərçivəsində prioritet ixtisas sahələrinə uyğun nüfuzlu xarici ali təhsil müəssisələrinin siyahısı yenilənib. Hər il olduğu kimi, bu il də namizədlər "Times Higher Education", "QS World University Rankings" və "Academic Ranking of World Universities (Shanghai)" reytinq sistemində "universitetlər üzrə top 10"da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan istənilən ixtisas sahəsi üzrə əldə etdikləri qəbul sənədləri əsasında Dövlət Proqramına müraciət edərək müsabiqədə iştirak edə bilərlər.

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyir ki, xaricdə təhsil üzrə Dövlət Proqramında təhsillə bağlı bütün xərclər qarşılanır. Buraya təhsil xərci, yəni universitetə ödəniləcək məbləğ daxildir: "Eyni zamanda tələbələrin təhsil alacağı ölkələrə aid olan müvafiq maliyyələşmə qaydalarında bununla bağlı məlumat yer alır. Həmin ölkələr üzrə hər bir şəxsə aylıq təqaüd ödənilir. Onların beynəlxalq nəqliyyat xərcləri, viza xərcləri və sığorta xərcləri Dövlət Proqramı çərçivəsində qarşılanır".

T.Topalova həmçinin qeyd edib ki, bakalavr və magistr səviyyəsində Dövlət Proqramına qəbul alan hər bir şəxs ikitərəfli müqavilə imzalayır: "Onların öhdəlikləri ondan ibarətdir ki, təhsillərini uğurla başa vurduqdan sonra ölkəmizə geri qayıdaraq 5 il əmək fəaliyyəti ilə məşğul olmalıdırlar. Eyni zamanda doktorantura təhsil səviyyəsi üzrə burada artıq üçüncü tərəf də var. Yerli ali təhsil müəssisələrinin iştirakı ilə bu proses tənzimlənəcək və üçtərəfli müqavilə imzalanacaq. Bu da xarici ali təhsil müəssisələrində təhsil alan doktorantların artıq gələcəkdə iş yerlərinin indidən müəyyən edilməsi deməkdir. Onların da ölkəyə qayıdaraq yerli ali təhsil müəssisələrində 5 il işləmək öhdəlikləri olacaq".

Təhsil eksperti Kamran Əsədovun dediyinə görə, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın icrası zamanı yeni dövrün prioritet ixtisas sahələrinə üstünlük verilir. Nəzərdə tutulan müddətdə, hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili təmin edilir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edir.

Ekspert qeyd edib ki, Prezident İlham Əliyev insan kapitalı amilinə xüsusi önəm verir. Belə ki, yeni proqramın icrası ölkədə daha keyfiyyətli insan kapitalının formalaşmasına vəsilə olacaq. Bu, peşəkar kadrların hazırlanmasına, ümumilikdə, ölkəmizin işıqlı gələcəyinə töhfə verəcək ən mühüm məsələlərdən biridir: "Dövlət dəstəyi ilə təhsil almağa göndərilən tələbələrin sayı ildən-ilə artır. Bu, Prezidentin insan kapitalının formalaşmasına verdiyi önəmdən irəli gəlir. Prezident İlham Əliyev Azərbaycanın davamlı inkişafını peşəkar kadrlarla reallaşdırır, gələcəkdə ölkəmizin inkişafı ilə bağlı işləri həyata keçirə biləcək, o yükün altına girə biləcək insanları bu gündən formalaşdırır. Gələcəkdə də peşəkar kadrlara ehtiyac olacaq. Həmin kadrların təminatı bu gün həyata keçirilir. Əminəm ki, bizim peşəkar, savadlı kadrlarımız, dünyanın ən nüfuzlu universitetlərində təhsil almağa göndərilən gənclərimiz gəlib Azərbaycanda dövlətimizin inişafına öz dəstəklərini verəcəklər. Azərbaycan bütün mənalarda inkişaf edəcək və dünyanın ən qüdrətli dövlətlərindən birinə çevriləcək. Bütün bunlar Azərbaycan gəncinin təhsil almaqla bağlı arzularının reallaşmasına dövlət başçımızın dəstəyinin ifadəsidir".

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, hər bir ölkənin sosial-iqtisadi inkişafı insan kapitalının inkişaf səviyyəsindən asılıdır. Son dövrdə dünya iqtisadiyyatında müşahidə olunan texnoloji dəyişikliklər şəraitində rəqəmsal bacarıqlara malik, yeni texnologiyaları aktiv tətbiq edə bilən, öncəki illərdə dünyada artan rəqabətə hazır olan yüksəkixtisaslı insan kapitalının formalaşdırılması mühüm önəm daşıyır. Bu məsələdə innovasiyaların rolu xüsusi diqqət çəkir. İnkişaf etmiş ölkələrdə ÜDM-in artımının 80-95 faizi məhz innovasiyaların - yeni texnologiyaların yaratdığı məhsullar, işlər və xidmətlər hesabına gerçəkləşir. Bu məsələdə rəqəmsallaşmanın tətbiqinin böyük əhəmiyyəti var. Yeni strateji dövrün çağırışları, həmçinin, inkişaf məqsədləri nəzərə alınmaqla ölkənin rəqabət və inkişaf sahəsində sürətlə irəliləməsi üçün yüksək intellekt cəmiyyətin əsas güc mənbəyinə çevrilməli, yaradıcı və innovativ düşüncəli gənclərin iqtisadi fəallığı və idarəçilikdə rolu möhkəmlənməlidir. Bu məqsədlə Azərbaycan gənclərinin ölkənin gələcək inkişaf prioritetləri çərçivəsində tələb olunan ixtisas istiqamətləri üzrə qabaqcıl xarici ali təhsil müəssisələrində magistratura və bakalavriat səviyyəsində təhsili üçün Azərbaycan dövləti davamlı olaraq bu sahəyə dəstək göstərir.

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində Amerikanın Yel Universitetində təhsil alan Aylin Ələkbərlinin ibtidai sinfi Bakının 27 nömrəli məktəbində təhsil alıb, orta məktəbi Xətai rayonu 55 nömrəli Qafqaz Gimnaziyasında davam etdirib. Azərbaycan-Fransız Universitetində (UFAZ) geofizika mühəndisliyi üzrə bakalavr təhsili alıb. Proqramın bir hissəsi olaraq sahə gəzintiləri sayəsində faydalı təcrübə qazanıb: "Bu gəzintilər mənə qabaqcıl avadanlıqlarla praktiki işlər görmək və öyrəndiklərimi real şəraitdə tətbiq etmək imkanı yaratdı. Ən yaddaqalan hissəsi isə Bakının ətraf bölgələrinə səyahət etmək oldu. Hər biri özünəməxsus mənzərələri ilə diqqət çəkirdi. Məsələn, Xızıda yerləşən Şəkər Əsası Dağlar möhtəşəm bir mənzərə idi. Belə müxtəlif mühitlərdə işləmək mövzunu daha dərindən anlamağıma kömək etdi. Bu mənzərələrdə mineralları və daşları öyrənmək mənə Yer kürəsinə yeni bir baxış qazandırdı. Təbiəti sənət kimi görməyə başladım və bu perspektiv dəyişikliyi təbiətdəki struktur və kompozisiyanın gözəlliyini dərk etməyimə səbəb oldu. Təbii olaraq, bu öz yaradıcılığımda da dizaynı daha dərindən araşdırmağa yönəltdi. Bir çox sənət növünü sınaqdan keçirdim, amma qrafik dizayn mənə istədiyim azadlığı verdiyi üçün onu seçdim. Animasiya da mənim üçün özümü ifadə etməyin ən güclü yollarından birinə çevrildi. Gerçək dünyada dizayn hər zaman əhəmiyyətlidir - hər sənaye sahəsi buna ehtiyac duyur, çünki dizayn insanlar, məhsullar və məkanlar arasında əlaqə qurur".

Yel Universitetinə üstünlük verməsi barədə danışan Aylin Ələkbərli deyib ki, universitetlər haqqında araşdırma apararkən proqramın reytinqi, məzun olduqdan sonrakı imkanları nəzərə alıb: "Çox düşündükdən sonra Yel Universitetinə müraciət etməyə qərar verib. Müraciət prosesi portfolio hazırlamaq, tövsiyə məktubları əldə etmək və motivasiya məktubu yazmaqdan ibarət idi. Müsahibə üçün seçildikdən sonra 8 tələbədən biri olaraq proqrama qəbul olub. Universitet haqqında araşdırmalar aparmaq, lazımi proqramları öyrənmək, tələbələrlə və müəllimlərlə danışmaq üçün çox vaxt sərf edib. Bu, böyük bir səy idi, amma nəticədə buna dəyərdi".

Tələbə, həmçinin vurğulayıb ki, Dövlət Proqramı olmasa idi, ABŞ-da yaşamaq onun üçün çox çətin olardı. Dövlət Proqramı üzrə qəbul prosesi barədə danışan Aylin söyləyib ki, əvvəlcə onlayn müraciət edib. Daha sonra müsahibəyə dəvət olunub. Müsahibə zamanı məqsədləri, peşəsinə aid bəzi suallar verilib. Bir neçə həftə sonra qəbul olunduğu barədə məlumat alıb.

Təhsil aldığı ali məktəbin tədris proqramından danışan Aylin Ələkbərli deyib: "Təsəvvür edə biləcəyiniz kimi, bu, çox intensiv bir proqramdır. Dizaynerlər olaraq hər birimiz öz studiya məkanımıza sahibik və günümüzün əksər hissəsini studiyada işləyərək keçiririk. Özünüzü inkişaf etdirmək üçün çox işləməli və tənqidi rəylərə açıq olmalısınız. Bəzən bu, çətin ola bilər, amma motivasiyanız yüksəkdirsə və öyrənməyə istəklisinizsə, bu, idarəolunan bir vəziyyətdir. Müəllimlərimiz dizayn sənayesində tanınan və uğurlu fərdlərdir. Universitetin digər fakültələrindən dərslər almaq üçün azadlığımız var. Ən çox bəyəndiyim dərslərdən biri "Mechanical Artifact" adlanırdı. Bu dərsdə biz astronavtların özləri ilə Massaçusets Texnologiya İnstitutu (MİT) professorları tərəfindən kosmos yaşayış mühitləri üçün hazırlanacaq əşyaları hazırlayırdıq. Proqramımın ən dəyərli təcrübələrindən biri isə 2023-cü ilin noyabr ayında hazırladığım animasiyanın "Times Square"də 4 gün ərzində nümayiş olunması oldu".

Aylin Ələkbərli qeyd edib ki, təhsil aldığı ali məktəb çox beynəlxalqdır: "Proqramda Şərqi və Cənub-Şərqi Asiya, Avropa və Cənubi Amerika ölkələrindən tələbələr var. Hər kəs çox dostcanlıdır və fərqli mədəniyyətlər arasında oxşarlıqlar var. Universitetin öz filarmoniyası, teatrı, buz meydançası və hətta rəsədxanası var, buna görə də boş vaxtlarında tələbələr çox şey edə bilirlər. Həmçinin yaşadığımız şəhər Nyu-Yorka çox yaxındır, ona görə də həftəsonu tez-tez ora gedirik".

Azərbaycandan Amerikaya təhsil almağa gələn tələbələrin çətinliklərindən danışan Aylin bildirib ki, bura uyğunlaşmaq bir az vaxt ala bilər: "ABŞ-da təxminən üç ildir yaşamağıma baxmayaraq, hələ də bəzi anlarda mədəniyyət şoku yaşayıram. Amma adaptasiyaya açıq olmaq və yaxşı sosial bacarıqlara sahib olmaq, buna tez uyğunlaşmağınıza kömək edəcək. Mənim üçün şanslı vəziyyət də odur ki, başqa beynəlxalq dostlarla əhatə olunmuşam və biz oxşar təcrübələrimizi paylaşaraq yaxınlaşırıq. Xaricdə təhsil almaq üçün Dövlət Proqramına müraciət etməyi planlaşdıranlara tələbə tövsiyə edib ki, özlərinə qarşı dürüst olsunlar və bacarıqlarına güvənsinlər".

Aylin Ələkbərli vurğulayıb ki, son iki ildə ABŞ, İngiltərə, Britaniya, Meksika, Bosniya və Herseqovina, Rusiya və Malayziyada müxtəlif film festivallarında və qrup sərgilərində iştirak edib: "İşimi daha çox ölkələrdə, yaxşı tanınmış tədbirlərdə və fərdi sərgilərdə nümayiş etdirməyə davam etmək istərdim. Əlbəttə, bunun üçün sənətimi daha da inkişaf etdirməliyəm. Azərbaycanın və xaricdəki tanınmış brendlər və şirkətlərlə işləmək istəyərəm. Gələcək fürsətləri səbirsizliklə gözləyirəm".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Aprel 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see601

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see428

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see424

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see393

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see376

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see372

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see334

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see273

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see258

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see256

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see237

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see237

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see219

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see217

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see216

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see213

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see212

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see210

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see198

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri