Icma.az
close
up
RU
Xaricdə yaşayan vətəndaşdan ŞİKAYƏT: Valideynlərimin qəbirləri baxımsız qalıb

Xaricdə yaşayan vətəndaşdan ŞİKAYƏT: Valideynlərimin qəbirləri baxımsız qalıb

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xaricdə yaşayan Azərbaycan vətəndaşı valideynlərinin qəbirlərinin baxımsız qalmasından narazılıq edib.

Bununla bağlı Oxu.Az-a müraciət ünvanlayan Eldar Rzayev qeyd edib ki, söhbət Yasamal qəbiristanlığından gedir.

"Mən hazırda xaricdə yaşayıram. Atam 1966-cı, anam isə 1985-ci ildə Yasamal qəbiristanlığında dəfn olunublar. Atam hərbçi, anam əməkdar həkim olub. Təəssüf ki, onların qəbirləri baxımsız qalıb. Onların qəbirlərinin ətrafındakı dəmir hasarlar da sökülüb. Bu vəziyyət məni çox narahat edir, amma buna baxan yoxdur", - deyə o bildirib.

Məsələ ilə bağlı Yasamal rayon bələdiyyəsinin sədr müavini Fuad Mirələmov Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən qəbiristanlıq təxminən 70 hektarlıq böyük və qapalı ərazidir.

"O qəbiristanlıq qapalıdır, yəni dəfn aparılmır, çünki orada artıq boş yer yoxdur. Ərazidə hər kəs sovet dövründə öz imkanları ilə qəbirlərin ətrafına dəmir hasarlar çəkib və indi həmin sahələrə girmək çətindir. Bizə hər hansı məlumat daxil olduqda, əlbəttə ki, ümumi təmizlik işlərini həyata keçiririk. Ancaq nəzərə almaq lazımdır ki, 70 hektarlıq böyük bir ərazidə hər gün bütün məzarların yoxlanılması mümkün deyil.

Qəbir ətrafındakı təmizliyə isə əsasən mərhumların yaxınları nəzarət etməlidirlər, yəni bunun qaydası həmişə belə olub", - deyə o bildirib.

F.Mirələmov əlavə edib ki, şikayət edən vətəndaş qəbirin yerləşdiyi sahəni (seksiyanı və istiqaməti) dəqiq bildirsə, günü sabah ərazi tam təmizlənəcək.

"Biz bu məsələdə əlimizdən gələn köməyi etməyə hazırıq, sadəcə dəqiq yer göstərilsin", - deyə o vurğulayıb.

Əzizə İsmayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 İyun 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see216

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see187

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see126

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri