Icma.az
close
up
RU
Xaricdə təhsil proqramının məzunları universitetlərdə işləməyə məcbur edilir? ŞİKAYƏT

Xaricdə təhsil proqramının məzunları universitetlərdə işləməyə məcbur edilir? ŞİKAYƏT

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2019–2023-cü illəri əhatə edən dövlət proqramı çərçivəsində müxtəlif ölkələrdə, o cümlədən Avropa və Amerikada doktorantura səviyyəsində təhsil alan bir qrup azərbaycanlı tələbə üç aydır üzləşdikləri bildirirlər.

Bu barədə Modern.az-a tələbələr şikayət məktubu ünvanlayıblar.

Adlarının anonim qalmasını istəyən tələbələr iddia edir ki, proqram çərçivəsində onlara qarşı haqsızlıq edilir, əvvəlki razılaşmalar dəyişdirilir və yeni şərtlər zorla qəbul etdirilməyə çalışılır.

Onların sözlərinə görə, 2019–2023-cü illəri əhatə edən dövlət proqramı çərçivəsində onlar xarici universitetlərə göndərilərkən əvvəlcədən müəyyən edilmiş əsas şərt ondan ibarət olub ki, qayıtdıqdan sonra ölkədə 5 il ərzində çalışacaqlar. Bu məqsədlə müəyyən ilkin müqavilələr bağlanıb.

"Fəqət biz bu müqaviləni bağlayarkən istər proqram rəhbərliyi və əməkdaşları ilə, istərsə də universitet təmsilçiləri ilə belə razılaşdıq ki, qayıdandan sonra biz dövlətimizin layiq bildiyi yerlərdə işləyəcək, eyni zamanda universitetdə dərs deyəcəyik. Çünki yüzdən çox tələbəyə çəkilən xərcdən sonra xaricdə doktorantura (phd) təhsili almış tələbələrin dövlət işində çalışması olduqca təbiidir. Hətta o zaman bəzilərimiz işimizdən ayrılıb xaricə getdik ki, qayıdanda phd səviyyəsi ilə daha yaxşı yerdə işləyib faydalı olacağıq", - tələbələr bildiriblər.

Ancaq onların sözlərinə görə, rəhbərliyin yeni qərarı ilə bütün məzunlar yalnız universitetlərdə işləməyə məcbur edilir və bu, ilkin müqavilələrdə nəzərdə tutulmayan əlavə şərtlərlə həyata keçirilir.

Tələbələr qeyd edir ki, 4 il əvvəl bağlanılan müqaviləyə birtərəfli dəyişiklik tətbiq edilir, onlar isə ya bu yeni şərtləri qəbul etməli, ya da dövlətin çəkdiyi təhsil xərclərini ödəməli olurlar. Onların iddiasına görə, artıq bəzi məzunlar haqqında məhkəmə iddiaları qaldırılıb və təhsil xərclərinin iki ay ərzində ödənilməsi tələb olunur.

Müraciətdə həmçinin vurğulanır ki, bəzi tələbələr xaricə getmək üçün öz əvvəlki işlərindən istefa veriblər. Geri döndükdə isə onlar yalnız universitetlərdə aşağı maaşla çalışmağa məcbur edilir və bu, onların potensial imkanlarından tam istifadə olunmasına mane olur.

Məktub müəllifləri qeyd edirlər ki, problemin ictimailəşməsinə qədər məsələni səbir və anlayışla qarşılayıblar, lakin problemin həll edilməməsi onları bu addımı atmağa vadar edib. Onların sözlərinə görə, məsələ ilə bağlı Dövlət Proqramı İdarəetmə Qrupu ilə keçirilən görüşlərdə tələbələrin suallarına cavab verilməyib, əksinə, məhkəmə ilə hədələniblər.

Qeyd edək ki, Xaricdə təhsil üzrə dövlət proqramının ilk mərhələsi 2007–2015-ci illəri əhatə edib və 3500-dən çox gənc bu proqramdan yararlanıb. Növbəti mərhələ 2019–2023-cü illəri əhatə edib. Proqramın əsas məqsədi beynəlxalq səviyyədə rəqabətədavamlı kadrların hazırlanmasıdır. Proqram doktorantura, magistratura və bəzi hallarda bakalavriat səviyyələrində xaricdə təhsili dəstəkləyir.

Məsələ ilə bağlı Dövlət Proqramı İdarəetmə Qrupuna sorğu göndərilib. Qurumdan bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək.

Elm və təhsil eksperti Kamran Əsədov da Modern.az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı onlara da xüsusilə İngiltərədə və digər inkişaf etmiş ölkələrdə təhsil alan tələbələrdən müraciətlər daxil olub.

“Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş Xaricdə Təhsil Dövlət Proqramının mahiyyəti ölkədə rəqabətə davamlı və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, xidmət sektorunun inkişaf etdirilməsidir. Amma bu o demək deyil ki, dediklərimiz xaricdə təhsil alanların ancaq ali təhsil müəssisələrində işləyəndə baş verə bilər”, - o deyib.

Onun sözlərinə görə, proqramın məqsədi ancaq ali təhsil müəssisələrinə kadr hazırlığı həyata keçirilməsi deyil: “Bu yanaşma dövlət proqramının mahiyyətinə ziddir. Bu proqramın mahiyyəti müxtəlif sahələrdə inkişafa nail ola bilməkdir. Əlbəttə həmin şəxslər həftə ərzində bir neçə saat xaricdə təhsil proqramında əldə etdikləri bilikləri öyrətməkdən ötrü gələ bilərlər”.

Ekspertin sözlərinə görə, xaricdə təhsil alıb gələn mütəxəssislərimiz iqtisadçı, mühəndis, spesifik sahələrdə fəaliyyət göstərən şəxslərdir:

“Onlar ali təhsil müəssisəsində yalnız nəzəri və praktiki biliklərini öyrədə bilərlər. Amma biz onların bilik və bacarıqlarından ancaq  bu istiqamətdə istifadə etməməliyik. Bu yanaşma yanlışdır. Onlar Xaricdə Təhsil Üzrə Dövlət Proqramına qoşulanda da qeyd olunub ki, 5 il ərzində müəyyən ehtiyac sahələrində çalışmalıdırlar. Amma bu sahələr ali təhsil müəsssisələri deyil. Biz ali təhsil müəssisələrində kadr potensialını onların hesabına düzəldə bilərik, amma tamamlaya bilmərik. Çünki biz həmin şəxsləri 5 il ərzində ali təhsil müəssisəsində işləməyə göndərsək, onlar uzaqlaşdıqdan sonra universitetlərdə böyük bir boşluq yaranacaq. Onlar əldə etdikləri bilikləri xidmət sektoruna, iqtisadiyyata verə bilməyəcəklər. Biz bu prosesləri paralel aparmalıyıq. Dünyada bu təcrübə var, hətta iri şirkət, holdinq rəhbərləri də həftə ərzində bir neçə dəfə ixtisasları üzrə bilik və bacarıqlarını tələbələrə çatdırırlar. Biz xaricə oxumağa göndərdiyimiz şəxslərin bilik və bacarıqlarından istifadə etməliyik. Amma bu faydalı və səmərəli istifadə həmin şəxslərin ali təhsil müəssisəsində gün ərzində 8 saat oturması hesabına olmamalıdır. Çünki onlar xidmət sektorunda, iqtisadiyyatın formalaşmasında daha çox faydalı ola bilərlər. Ona görə də bu yanaşmanı dəyişmək, prosesi paralel aparmaq lazımdır. Bu şəkildə daha effetkiv nəticə əldə olunar”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Aprel 2025 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri