Icma.az
close
up
RU
Xaricdəki “artsax nümayəndəliyi” “Separatçılar sülhə mane ola bilməyəcək!” Deputat

Xaricdəki “artsax nümayəndəliyi” “Separatçılar sülhə mane ola bilməyəcək!” Deputat

Modern.az saytına istinadən Icma.az xəbər verir.

44 günlük Vətən müharibəsinə qədər Ermənistanın bəzi xarici ölkələrdəki səfirliklərində qeyri-qanuni "Dağlıq Qarabağ nümayəndəlikləri" mövcud olub. İndi  də belə nümayəndəlikərin qalması barədə iddialar səsləndirilir.

Azərbaycan-Ermənistan sülh prosesi fonunda səsləndirilən bu fikirlə bağlı Modern.az-a danışan Milli Məclisin üzvü Azər Badamov bildirib ki, Ermənistan hakimiyyəti hazırda Qarabağla bağlı hər hansı bir qanunsuz qurumun yaradılmasına qarşı çıxır.

O qeyd edib ki, Qarabağ məsələsi artıq həll olunub. Ermənistan hakimiyyəti də Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu qəbul edib:

"Azərbaycan və Ermənistan arasında sülh gündəliyi davam edir, qeyri-hökumət təşkilatlarının qarşılıqlı görüşləri keçirilir. İki ölkə rəsmilərinin Qəbələdə sərhədlərin delimitasiyası ilə bağlı görüşü də baş tutub”.


Milli Məclisin üzvü deyib ki, Qarabağ nümayəndəliyini yaratmağa cəhd edənlər və keçmiş Qarabağ münaqişəsini gündəmə gətirənlər Azərbaycan–Ermənistan arasında sülh gündəliyini istəməyən qüvvələrdir:

"Onlar hətta Qarabağ məsələsinin həll olunmadığını iddia edirlər və bu, əlbəttə ki, yolverilməzdir. Əsas odur ki, Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında fikir ayrılığı yoxdur.

Hesab etmirəm ki, Paşinyan hakimiyyətinin xaricdəki erməni lobbisi ilə Azərbaycanın mənafelərinə zidd hər hansı bir bağlantısı olsun.

Ermənistan iqtidarına müxalif erməni qüvvələri isə keçmiş Qarabağ münaqişəsindən Paşinyana olan etimadın azaldılmasında istifadə edirlər.

Təbii ki, Ermənistan hakimiyyətinin separatçılığı dəstəkləyən addımları olarsa, Azərbaycan tərəfi buna qarşı qanuni addım atacaq.

Gələn il keçiriləcək Ermənistan parlamentinə seçkilərdə də Ermənistan müxalifəti xalqın Paşinyana olan etimadını azaltmağa cəhd edəcək.

Ermənistanda bəzi dairələr Qarabağ mövzusunun həssas məsələ olmasından istifadəyə cəhd edirlər. Bu cəhdlər həm Ermənistan daxilində, həm də xaricində separatçı qüvvələr arasında müşahidə olunur. Lakin Azərbaycan–Ermənistan münasibətlərində sülh arasıkəsilməz proses kimi davam edir.

Sülhün tam bərqərar olması Ermənistan konstitusiyasına edilən düzəlişlərdən sonra mümkün olacaq ki, buna da Paşinyan hakimiyyəti perspektiv yaradır".
 

Cavid Zahidoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Noyabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see304

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see282

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see277

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see269

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see264

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see255

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see251

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see244

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see243

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see237

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see236

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see236

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see221

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see219

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see215

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see210

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see210

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see204

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see201

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri