Icma.az
close
up
RU
Xaricdəki səfirlərimiz Xankəndidə Fotolar

Xaricdəki səfirlərimiz Xankəndidə Fotolar

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Diplomatik xidmət orqanları rəhbərlərinin “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda təşkil olunan IX müşavirəsinin iştirakçıları Xankəndi şəhərinə səfər ediblər.

“Qafqazinfo” Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir ki, nümayəndə heyəti Xankəndinin mərkəzi hissəsi ilə tanış olaraq şəhərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri ilə yaxından maraqlanıblar. 

Daha sonra Qarabağ Universitetində diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsinin xüsusi sessiyası keçirilib.

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib ki, Xankəndi şəhərinin təməli Qarabağ xanlığı tərəfindən 1823-cü ildə qoyulub. Ermənilər 1923-cü ildə rus imperiyası tərəfindən bu qədim Azərbaycan torpağında yerləşdiriliblər.  Azərbaycan ordusunun apardığı lokal xarakterli antiterror əməliyyatları zamanı 100 ildən sonra - 2023-cü ildə tarixi ədalət bərqərar olub: “İşğaldan azad edildikdən sonra Xankəndi şəhəri yeni bir görkəm alır. Xankəndi gənclər və tələbə şəhəri kimi formalaşır. Biz inanırıq ki, Qarabağ Universiteti tanınmış alimlər, mütəxəssislər yetişdirəcək. Yaxın zamanlarda dünyanın ən yaxşı ali məktəblərindın biri olacaq. Bu gün Xankəndi  Beynəlxalq tədbirlərə ev sahibliyi edir. Qədim Azərbaycan şəhərində aparılan genişmiqyaslı bərpa işləri qəlbimizdə fərəh hissini daha da artırır”.

Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov deyib ki, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq prosesi Azərbaycanın gücünü, strateji baxışını və idarəetmə qabiliyyətini nümayiş etdirir: “Azərbaycanın həyata keçirdiyi “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə və könüllü qayıdışı təmin edilir. Azad olunmuş torpaqlarda hər bir ailə üçün layiqli yaşam şəraiti yaradılır. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında 13 minə yaxın şəxs məskunlaşıb. Bunlar həm keçmiş məcburi köçkünlər, həm də dövlət və özəl sektorda çalışanlar və onların ailə üzvləridir”.

Qeyd edək ki, tədbir Qarabağ Universitetinin incəsənət korpusunda davam etdirilib. Qonaqlar Universitet heyəti tərəfindən hazırlanmış konsert proqramına tamaşa ediblər.








Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 İyul 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see653

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see324

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see313

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see306

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see303

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see301

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see286

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see274

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see269

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see260

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see251

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see245

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see237

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see237

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see237

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see234

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see233

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see231

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see229

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri