Icma.az
close
up
RU
Xaricdəki Qərbi Azərbaycanlı xanımların müzakirəsi FOTOLAR

Xaricdəki Qərbi Azərbaycanlı xanımların müzakirəsi FOTOLAR

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşkilatçılığı ilə ABŞ, Kanada,Niderland, İngiltərə,Almaniya, Türkiyə, Qazaxstan, Özbəkistan kimi 20-yə yaxın ölkədə yaşayan və öz ölkəsinin ictimai-siyasi həyatında fəal mövqe tutan Qərbi Azərbaycan əsilli Qadınların iştirakı ilə (ZOOM) online konfrans keçirilib.

Modern.az xəbər verir ki, konfrans “Qərbi Azərbaycana Qayıdış konsepsiyası: Qadınların rolu və vəzifələri” mövzusuna həsr edilib.

Konfransı QAİ-nin Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı açaraq, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan möhtərəm cənab İlham Əliyevin xeyir duası ilə yaradılmış Qərbi Azərbaycan İcmasının fəaliyyəti, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası haqqında ətraflı məlumat verib.

Məlahət İbrahimqızı Konsepsiyada da qeyd edildiyi kimi 1987-91-ci illərdə Qərbi Azərbaycandan erməni vandalları tərəfindən qovulmuş, deportasiya və etnik təmizliyə məruz qalmış 300 min azərbaycanlının pozulmuş hüquqlarının süıh yolu ilə, beynəlxalq hüquq çərçivəsində, ləyaqətli şəkildə bərpası üçün bu problemin dünya  ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırılmasında qadınların rolunun danılmaz olduğunu vurğuladı. O, bu məsələdə  xaricdə yaşayan Qərbi Azərbaycanlıların, xüsusilə də qadınların iştirakının zəruriliyini qeyd etdi. Məlahət İbrahimqızı çıxışında Azərbaycan Respublikasının  Prezidentinin söylədiyi  “Qarabağ problemi kimi Qərbi Azərbaycana qayıdışın da Azərbaycan xalqının vahid ideologiyasıdır”  fikirlərini xatırladaraq, dünyanın fərqli  ölkələrində yaşayan  Qərbi Azərbaycan əsilli fəal qadınların bütün mötəbər kürsülərdə və platformalarda haqq səsinin daha ucadan  səsləndirmələrinin zamanın tələbi olduğunu bildirib.

O qeyd etdi ki, ancaq erməni cinayətkarları tərəfindən Qərbi Azərbaycan qadınlarının pozulmuş hüquqlarının dünyada təbliği və xalqımızın yüzilliklərboyu Qərbi Azərbaycanda yaratmış olduğu mədəni və tarixi irsin müdafiəsi məqsədilə  sistemli şəkildə təşkil edilən müxtəlif tədbir və layihələrlə müvafiq beynəlxalq təşkilatlar qarşısında ciddi məsələlər qaldırıla bilər. Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının Beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə İşçi Qrupunun sədri, millət  vəkili Tənzilə Rüstəmxanlı Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının beynəlxalq fəaliyyətinin qurulmasında xaricdə yaşayan Qərbi Azərbaycan əsilli xanımların məlumat bazasının yaradılmasının əhəmiyyətindən danışıb.

Çıxış edənlərin hər biri Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə Qərbi Azərbaycan İcmasının yaradılmasında və fəaliyyətində göstərdiyi misilsiz və tarixi xidmətlətinə görə təşəkkürlərini bildirməklə bu haqlı və ədalətli mübarizədə onun ətrafında sıx birləşməyi,  güc  və el birliyi ilə üzərlərinə düşən hər bir tapşırığı etməyə hazır olduqlarını bildiriblər. Əslən Çəmbərək rayonundan olan və ABŞ-da Tibb təhsili almış və hazırda Kanadada Alberta Health Services infeksion xəstəxanasında  həkim  işləyən və bu ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən Ruziyə Ramazanova, Niderlandın Amsterdam şəhərində yaşayan BSO müəllimə işləyən, ictimaiyyətçi Bənövşə Əzizova, həmin ölkədə yaşayan ictimaiyyətçi, Pameijer şirkəti, Sosial Psixiatriya şöbəsində Sosioloji Psixoloji yönləndirmə mütəxəssisi Gülnarə Əliyeva. İngiltərə, Londonda yaşayan,  BEAS British Europe Azerbaijan school) Schoolda Piano müəlliməsi və ictimaiyyətçi Vüsalə Babayeva, Almaniyanın Bonn şəhərində yaşayan, sahibkar və ictimsiyyətçi Naibə Abdullayeva, Türkiyədən jurnalist , bloqer, ictimsiyyətçi, Durak Türk TV-nin aparıcısı Nigar Ögeday, Memorial Antalya xəstəxanasının həkimi,MHP-nin üzvü Əsmayə Novruzova Özermenoğlu, Eda Günday hüquqşünas vəkil, Elif Selçuk- Denizli, Ogretmen, Birleşmiş Milletler Küresel Okullar Programı Savunucusu, Rəsmiyyə Nəsibova 9 Eylül Universiteti Komputer elmləri bölümünün dosenti, Özlem Ercan- Özel İzmir Amerikan kollecində İB Biologiya müəlliməsi, Qazaxıstanın Aktau şəhərində1 saylı liseydə metodist və direktor müavini, tanınmış pedaqoq və ictimaiyətçi Rəfiqə Nəsibova, Özbəkistan, Daşkəndən Özbəkistan Səhiyyə Nazirliyinin idarə rəisi, Səhiyyə layihələri mərkəzinin Layihə ofisinin baş mütəxəssisi, Harvard məzuni, professor Guzalya Məmmədova, Daşkənd İnformasiya Texnologiyalar Universitetinin müəlliməsi Rubabə Əliyeva və digər çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qarabağ Zəfərindən sonra Azərbaycan xalqının vahid ideologiyasına çevrilmiş Qərbi Azərbaycana Qayıdış ideyası ətrafında birləşməsini alqışlayaraq, tezliklə möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi torpaqlarımız üzərində ititilmiş hüquqların bərpa olunacağına inandıqlarını bildiriblər.

Qayıdış konsepsiyasında əks olunmuş məqsəd və vəzifələrin Qərbi Azərbaycan əsilli qadınların da ən müqəddəs vəzifəsi olduğunu vurğalayan çıxışçılar, ən qısa zamanda Qadınlar Şurasının xaricdə yaşayan qadın soydaşlarımızla birgə fəaliyyətin yol xəritəsinin və irəli sürülmüş təkliflər əsasında hazırlanmış Fəaliyyət Planın müzakirə etmək üçün növbəti konfransın gündəliyinə salınmasını xahiş etdilər. Online konfrasda  Qərbi Azərbaycan əsilli deputatlardan Tənzilə Rüstəmxanlı Səbinə Xasayeva, Günay Ağamalıqızı, eləcə də QAİ Qadınları Şurasının bir qruo üzvləri Könül Həsənova, Həqiqət Hacıyeva, Sona Abbasəliqızı, Rəna Qafarova iştirak ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Fevral 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri