Icma.az
close
up
RU
Xaricdən mal gətirənlərə PİS XƏBƏR: Qanun təsdiqləndi

Xaricdən mal gətirənlərə PİS XƏBƏR: Qanun təsdiqləndi

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda Gömrük Məcəlləsinə təklif olunan dəyişikliklər artıq Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul olunub. Yeni düzəlişlər, gömrük borcunun ödənilməsində məsul şəxslərin dəqiq müəyyənləşdirilməsini nəzərdə tutur. Bu addım, əvvəllər mümkün olan – istənilən maraqlı şəxsin başqasının əvəzinə gömrük borcunu ödəyə bilməsi imkanının hüquqi qeyri-müəyyənlik yaratması ilə əlaqəlidir.

Məcəlləyə əsasən, indiyədək gömrük ödənişləri istənilən maraqlı şəxs tərəfindən ödənilə bilərdi. Bu isə hüquqi qeyri-müəyyənliyə səbəb olurdu və Avropa İttifaqı qanunvericiliyinə uyğun gəlmirdi.

Məsələ ilə bağlı danışan deputat Vüqar Bayramov News24.az-a bildirib ki, dəyişikliklərin əsas məqsədi məsuliyyətin dəqiq müəyyən edilməsidir:

"Azərbaycanda Gömrük Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul olunub. Qanunvericilik yeniliyi gömrük borcunun ödənilməsi sahəsində məsul şəxslərin dəqiq müəyyənləşdirilməsini nəzərdə tutur. Bu dəyişikliklər şəffaflığın artırılması və beynəlxalq standartlara uyğunlaşdırma məqsədi daşıyır".

Deputat qeyd edib ki, Avropa İttifaqının qanunvericiliyində gömrük mallarını gətirənlər gömrük rüsumlarını özləri ödəyir:

"Bizim qanunvericilikdə isə bu, istənilən şəxs tərəfindən edilə bilərdi. Bu da beynəlxalq standartlara uyğun deyildi. Artıq başqasının əvəzinə gömrük borcunu ödəmək mümkün olmayacaq. Bu dəyişiklik tezliklə tam şəkildə qüvvəyə minəcək və gömrük münasibətlərində məsuliyyət daşıyan tərəflərin müəyyənliyi hüquqi mübahisələrin də qarşısını alacaq".

Aqil Qarayev 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 İyul 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see264

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see251

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see248

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see247

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see246

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see245

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see243

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see242

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see229

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see221

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see221

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see219

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see219

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see216

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see214

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see210

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see203

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see203

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see197

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri