Icma.az
close
up
RU
Xaricdən maşın gətirmək istəyənlər oxusun! Bu halda gömrük rüsumu ödənilmir

Xaricdən maşın gətirmək istəyənlər oxusun! Bu halda gömrük rüsumu ödənilmir

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Ölkəyə xaricdən maşın gətirilməsində əsas məqamın gömrük ödənişləri ilə bağlı olduğunu desək, yanılmarıq. Belə ki, bir çox halda “xaricdən almaq ucuz başa gəlir” deyə alınan minik avtomobillərinin yekun qiyməti məhz gömrük rəsmiləşdirilməsi zamanı çəkilən xərclərdən asılı olaraq dəyişir.  

Bəs qanunla ölkəyə avtomobil idxal olunan zaman hansı ödənişlər edilməlidir?

“Qafqazinfo” xəbər verir ki, qanunvericiliyə görə, ölkəyə avtomobil gətirilərkən aşağıdakı ödənişlər olunmalıdır:

İdxal gömrük rüsumu - yeni və ya işlənmiş olmasından, daxili yanma mühərrikinin həcmindən asılı olaraq hər santimetrə görə 0,4-1,2 ABŞ dollarına, elektrik mühərrikli olanlarda isə gömrük dəyərinin 15 faizinə bərabərdir.   

Əlavə dəyər vergisi - gömrük dəyərinin üzərinə digər ödənişlər də əlavə edildikdən sonra alınan göstəricininin 18 faizi.

Aksiz vergisi - 600 manatdan başlayır, mühərrikin həcmindən, avtomobilin istismar müddətindən, həmçinin mühərrikinin benzin və dizel olmasından asılı olaraq dəyişir. 

Utilizasiya haqqı - ölkəyə gətirilən minik avtomobilinin yaşı 4-7 il arasındadırsa, 400 manat, 7 il və daha çox olarsa, 700 manat təşkil edir. 

Vəsiqə haqqı - 30 manat

Gömrük yığımları - gömrük dəyərindən asılı olaraq 15 manatdan 1000 manatadək dəyişir.

Gömrük ekspertizasının aparılmasına görə gömrük yığımı - 30 manat

Elektron gömrük xidmət haqqı - 30 manat 

Elektron gömrük xidməti üzrə əlavə dəyər vergisi - 5,4 manat

Standartlara uyğunluğa dair verilən verilən sertifikat üçün dövlət rüsumu – 30 manat

Bu ödənişlər əsasında aparılan hesablamaya görə, hər hansı bir Avropa ölkəsindən 20 min ABŞ dollarına alınıb 1000 dollar da Azərbaycana gətirilərkən xərclənən 2500 kubsantimetrlik dizel mühərrikə malik 2015-ci ilin istehsalı olan minik avtomobili üçün 18 min 881,8 manat cəmi gömrük ödənişləri etmək lazımdır. Bu avtomobilin mühərriki benzin olarsa, gömrük ödənişlərinin cəmi 1097,4  manat daha az - 17 min 784,4 manat təşkil edəcək. 

Alınan avtomobilin istehsalçı ölkəsi Azərbaycanla Sərbəst Ticarət Haqqında Saziş imzalamış dövlətlərin sırasında olarsa, bu halda ödənişlərdən biri - idxal gömrük rüsumu ödənilmir. Belə ki, “Sərbəst ticarət haqqında” ikitərəfli Sazişə əsasən, bir ölkənin gömrük ərazisindən digər ölkənin gömrük ərazisinə birbaşa idxal edilən mallara, eyni ölkə mənşəli və eyni ticarət edən ölkə olduğu təqdirdə СТ-1 formalı preferensial mənşə sertifikatı təqdim edilməklə idxal gömrük rüsumu tətbiq edilmir.

Bu sırada 10 ölkə var və onlar aşağıdakılardır:

1. Rusiya

2. Moldova     

3. Ukrayna

4. Gürcüstan

5. Türkmənistan

6. Özbəkistan

7. Qazaxıstan

8. Qırğız Respublikası

9. Belarus

10. Tacikistan

Beləliklə, yuxarıda qeyd edilmiş dizel mühərrikli minik avtomobili bu ölkələrdə istehsal edilib və oradan Azərbaycana idxal edilərsə, bu halda gömrük ödənişlərinin cəmi 18 min 881,8 manat yox, 12 min 863,8 manat (6 min 18 manat az) olacaq. Bu avtomobil benzin mühərrikli olduqda isə gömrük ödənişlərinin cəmi 11 min 766,4 manat təşkil edir. 

Bundan başqa, son illərdə ölkəyə gətirilən, istehsal ilindən 3 ildən çox keçməyən elektrik mühərrikli minik avtomobilləri idxal gömrük rüsumundan və əlavə dəyər vergisindən azad edilib. Bu da cəmi gömrük ödənişlərində özünü göstərir.

Məsələn, qiyməti 50 min ABŞ dolları olan, idxal zamanı əlavə 1000 dollar xərc çəkilən 2022-ci il istehsalı elektrik mühərrikli avtomobil üçün cəmi gömrük ödənişləri 325,4 manatdır. 

Həmçinin hazırda istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı əlavə dəyər vergisindən azaddır. Bu baxımdan ölkəyə gətirilən qiyməti 30 min ABŞ dolları olan, idxal zamanı əlavə 1000 dollar xərc çəkilən 2022-ci il istehsalı hibrid avtomobil (mühərrikinin həcmi 2000 kubsantimetr) üçün cəmi gömrük ödənişləri 5005,4 manatdır. Bu avtomobil 2016-ci il istehsalı və benzin mühərrikli olarsa gömrük ödənişlərinin cəmi 16 min 180,8 manata təşkil edəcək. Dizel mühərriklidə isə bu məbləğ 16 min 393,2 manat olacaq.

Ceyhun Həmid


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Yanvar 2025 08:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri