Icma.az
close
up
RU
Xaricdən maşın sifariş edənlərin nəzərinə! Yeni oyun

Xaricdən maşın sifariş edənlərin nəzərinə! Yeni oyun

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Avtomobil sifarişi adı ilə vətəndaşların aldadılması ilə bağlı xəbərlər müzakirələrə səbəb olub. Bildirilir ki, bəzi hallarda alıcılar müəyyən məbləğdə ödəniş etdikdən sonra sifariş etdikləri avtomobili əldə etməkdə çətinlik çəkirlər. Bu kimi vəziyyətlər vətəndaşların hüquqlarının necə qorunması və ödənilmiş vəsaitin geri qaytarılması məsələsini gündəmə gətirir. 
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən vəkil Elvin Əliyev bildirib ki, Azərbaycanda avtomobil sifarişi adı ilə vətəndaşların aldadılması halları son vaxtlar daha çox müzakirə olunan problemlərdən biridir. Belə hallarda adətən vətəndaş müəyyən məbləğdə ödəniş etdikdən sonra avtomobilin gətirilməsi gecikir, ümumiyyətlə təqdim olunmur və ya sifarişi qəbul edən şəxslə əlaqə saxlamaq çətinləşir.

"Hüquqi baxımdan bu cür vəziyyətlər ya müqavilə öhdəliyinin yerinə yetirilməməsi, ya da birbaşa dələduzluq kimi qiymətləndirilə bilər. Əgər vətəndaş avtomobil sifarişi verib və ödəniş edib, lakin avtomobili ala bilmirsə, ilk növbədə bütün mümkün sübutları toplaması vacibdir. Bunlara bağlanmış müqavilə və ya sifariş sənədi, ödəniş qəbzləri və bank köçürmələri, elektron yazışmalar, reklam və elan məlumatları, həmçinin sifarişi qəbul edən şirkət və ya şəxsin əlaqə məlumatları daxildir. Bu materiallar sonradan hüquqi müraciətlər zamanı əsas sübut kimi istifadə oluna bilər".
Vəkil bildirib ki, belə hallarda vətəndaş hüquqlarını qorumaq üçün hüquq-mühafizə orqanlarına müraciət edə bilər. 
"Əgər pulun alınması əvvəlcədən aldatma niyyəti ilə həyata keçirilibsə, məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsinə uyğun olaraq dələduzluq kimi qiymətləndirilə bilər. Bu halda vətəndaş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq polis orqanlarına müraciət edərək hadisə ilə bağlı araşdırma aparılmasını tələb edə bilər. Araşdırma nəticəsində cinayət işi başlanıla, məsul şəxslər barəsində hüquqi tədbirlər görülə və zərərçəkmiş şəxslərin vəsaitinin geri qaytarılması məsələsi qaldırıla bilər. Bəzi hallarda isə problem daha çox müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı olur. Belə vəziyyətlərdə vətəndaş mülki qaydada məhkəməyə müraciət edərək müqavilənin ləğvini, ödənilmiş məbləğin geri qaytarılmasını və dəymiş ziyanın ödənilməsini tələb edə bilər. Bu cür mübahisələr Azərbaycan Respublikasının Mülki Məcəlləsi əsasında həll olunur və məhkəmə qərarı ilə şirkət və ya fiziki şəxs ödənişi geri qaytarmağa məcbur edilə bilər".
Onun sözlərinə görə, əgər xidmət rəsmi şəkildə fəaliyyət göstərən bir şirkət tərəfindən təqdim olunubsa, vətəndaş istehlakçı kimi də şikayət etmək hüququna malikdir. 
"Bu məqsədlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmək mümkündür. Həmin qurum şirkətin fəaliyyəti ilə bağlı yoxlama apara, qanun pozuntusu aşkar edilərsə inzibati tədbirlər görə və istehlakçı hüquqlarının qorunmasına kömək edə bilər. Ümumilikdə vəsaitin geri qaytarılması praktikada bir neçə yolla mümkündür: cinayət işi çərçivəsində istintaq nəticəsində ziyanın ödənilməsi, məhkəmə qərarı ilə pulun geri qaytarılması və bəzi hallarda ödəniş bank kartı ilə edilibsə bank vasitəsilə geri qaytarma prosedurlarının tətbiqi. Eyni hadisədən zərər çəkmiş şəxslərin çox olması hallarında kollektiv şəkildə şikayət və ya birgə məhkəmə iddiası qaldırılması da prosesi daha effektiv edə bilər".
Elvin Əliyev bildirib ki, belə halların qarşısını almaq üçün vətəndaşlara avtomobil sifariş edərkən yalnız rəsmi müqavilə bağlamaq, şirkətin hüquqi qeydiyyatını və VÖEN məlumatlarını yoxlamaq, böyük məbləğləri əvvəlcədən tam ödəməmək, ödənişləri bank vasitəsilə həyata keçirmək və avtomobilə aid sənədləri, xüsusilə VIN kodunu əvvəlcədən yoxlamaq tövsiyə olunur. Bu kimi tədbirlər potensial dələduzluq risklərini xeyli azalda bilər.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Mart 2026 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see397

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see381

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see314

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see296

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see293

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see284

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see271

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see265

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see264

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see251

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see235

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see234

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see229

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see228

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see227

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see224

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see221

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see215

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see215

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri