Xaricdən məhsul sifarişlərində bəyənnamə şərtlərindəki dəyişiklik nədən ibarətdir?
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
İyun ayından gömrük bağlamaları yeni qaydada bəyan ediləcək.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi "Smart Customs" saytından və mobil tətbiqindən istifadə edən vətəndaşlara müraciət edib. Bildirilib ki, artıq bir neçə aydan sonra xaricdən məhsul sifarişi edən vətəndaşlar elektron ticarət bəyannamələrini identifikasiya nömrəsi ilə edə bilməyəcəklər. Yeni qərara əsasən, bu xidmətdən yalnız "Asanİmza", "SİMA" və ya "MYGOV / QR" vasitəsilə istifadə etmək mümkün olacaq.
Daşıyıcı şirkətlərin əməkdaşları bildirirlər ki, indiki qaydada həyata keçirilən təsdiq prosesi, yəni fin kod və parol ilı həyata keçirilən bəyənnamə prosesi gücləndirilmiş hesab edilmir.
İqtisadçılar isə hesab edirlər ki, bu addım gömrük və vergi sisteminə nəzarətin güclənirilməsi məqsədi daşıyır.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, qeyd olunan tarixdən sonra malların bəyan edilməsi üçün vətəndaşlara "Asan İmza" və ya "SİMA" elektron imzasını əvvəlcədən əldə etmələri tövsiyə edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 05 Fevral 2026 00:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















