Icma.az
close
up
RU
Xaricdən məhsul gətirənlərin NƏZƏRİNƏ Qaydalar dəyişir

Xaricdən məhsul gətirənlərin NƏZƏRİNƏ Qaydalar dəyişir

Icma.az, News24 portalına istinadən məlumat verir.

Xaricdən şəxsi istifadə üçün mal gətirənlərə dair yeni qayda tətbiq olunacaq. Bu, Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişiklik fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi ilə bağlı yaranacaq gömrük ödənişləri ilə əlaqədardır. Maraqlıdır, yeni qaydalar nəyi dəyişəcək və hansı zərurətdən hazırlanıb?

News24.az “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Vəsaitlərin hərəkətini izləmək

Millət vəkili Vüqar Bayramov “Kaspi”yə açıqlamasında bildirib ki, dəyişikliklərin əsas məqsədi ödənişlərdə şəffaflığı təmin etmək və vəsaitlərin hərəkətini izləməkdir: “Söhbət, təbii ki, Dövlət Gömrük Komitəsinə və dövlət büdcəsinə yönəlik ödənişlərdən gedir. Prinsipcə, vəsaitin hansı mənbədən ödənilməsinin fiskal baxımdan ciddi fərqi olmaya bilər. Lakin şəffaflıq və çirkli pulların yuyulmasına qarşı mübarizə baxımından bu ödənişlərin birbaşa məsul və ya öhdəlik daşıyan şəxs tərəfindən həyata keçirilməsi olduqca vacibdir”.

Çirkli pulların yuyulmasına qarşı mübarizədə effektiv alət

Millət vəkili vurğulayır ki, bu yanaşma Avropa İttifaqı da daxil olmaqla, bir sıra inkişaf etmiş ölkələrdə artıq tətbiq olunur: “Yeni sistem ödəniş prosesini daha izlənilə bilən edir, şəffaflığı artırır və çirkli pulların yuyulmasına qarşı mübarizədə effektiv alətə çevrilir. Vətəndaşlar üçün bu, sadəcə texniki yenilik deyil – həmçinin fiskal intizamın güclənməsi, dövlət gəlirlərinin şəffaf şəkildə idarə olunması və ümumilikdə daha sağlam maliyyə mühitinin formalaşması baxımından mühüm addımdır”.

Limitlər ödənilmədiyi halda yaranan məsuliyyət

İqtisadçı-ekspert Asif İbrahimov deyir ki, qanuna təklif olunan dəyişiklik limitlər ödənilmədiyi halda yaranan məsuliyyət məsələlərini tənzimləməyi nəzərdə tutur: “Bu məsələ fiziki şəxslərin şəxsi istifadə üçün, yəni kommersiya məqsədilə gətirmədiyi mallara şamil olunur. Bildiyiniz kimi, daha əvvəl bu istiqamətdə müəyyən limitlər təyin olunmuşdu. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, həmin limit çərçivəsində mallar gömrük rüsumundan azad edilirdi. Hazırda isə qanuna təklif olunan dəyişiklik həmin limitlər ödənilmədiyi halda yaranan məsuliyyət məsələlərini tənzimləməyi nəzərdə tutur. Yəni bu halda fiziki şəxs zəmanət təqdim etməli, bank təminatı göstərməli və digər mexanizmlərlə öhdəliklərini təsdiqləməlidir. Bu yanaşma beynəlxalq təcrübəyə uyğunlaşdırılmış addım kimi qiymətləndirilə bilər və dünyanın bir çox ölkəsində tətbiq olunur”.

Bəs hüquqi tərəfdən bu dəyişiklik vətəndaşda hansı öhdəlikləri yaradır?

Ölkəyə gətirilən mallara münasibətdə yeni hüquqi rejim

“Nota Bene Consulting” MMC-nin direktoru, vəkil Roman Qaraşov deyir ki, sözügedən dəyişikliklər, əslində, gömrük borcunun ödənilməsi və ya onun təmin edilməsi mexanizminin institusional şəkildə yenidən tənzimlənməsinə yönəlib. Bu isə gömrük öhdəliklərinin yerinə yetirilməsində həm fiskal tələblərin, həm də fiziki şəxslərin hüquqlarının balanslaşdırılması cəhdidir: “Gömrük Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, şəxsi istifadə üçün mal gətirən fiziki şəxslər gömrük borcunu ya birbaşa ödəməklə, ya da Gömrük Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tutulmuş alternativ təminat alətləri vasitəsilə yerinə yetirə bilərlər. Bu təminat formalarına girov, bank zəmanəti, gömrük orqanının depozit hesabına ödəniş, sığorta müqaviləsi, üçüncü şəxsin zaminliyi, avans ödənişi daxildir. Bu alətlər, əslində, ümumdünya gömrük hüququnda tanınan təminat mexanizmləridir və Avropa İttifaqının Gömrük Məcəlləsi, Ümumdünya Gömrük Təşkilatının Kioto Konvensiyası və digər beynəlxalq hüquqi sənədlərdə də geniş tətbiq olunur”.

Vəkil bildirir ki, vətəndaşların gömrük qərarlarından narazı qaldıqda istifadə edə biləcəyi müdafiə vasitələri inzibati və məhkəmə qaydasında tənzimlənir: “İnzibati müstəvidə gömrük qərarından narazı qalan şəxs həmin qərarı yuxarı gömrük orqanında şikayət edə bilər. Məhkəmə müstəvisində isə həmin qərar inzibati məhkəməyə təqdim olunaraq hüquqi mübahisənin məhkəmə nəzarəti qaydasında baxılması ilə mümkündür”.

Fiziki şəxsin hüquqları necə qorunur?

“Gömrük orqanlarının malları saxlaması halında fiziki şəxsin hüquqları necə qorunur” sualına gəldikdə isə, vəkil bildirir ki, fiziki şəxslərin hüquqları bir neçə əsas prinsip əsasında qorunmalıdır: “Mülkiyyət toxunulmazlığı – Konstitusiya və AİHM-in 1 saylı Protokolu, mübahisəyə dair məlumatlandırma hüququ, təqsirsizlik prezumpsiyası və mütənasiblik prinsipi ilə qorunur. Müdaxilə yalnız hüquqi əsas olduqda və zəruri hallarda tətbiq oluna bilər. İkincisi, saxlanılan malların təhlükəsizliyi və geri qaytarılması ilə bağlı məsuliyyətdir. Gömrük orqanı saxlanılan mallara görə məsuliyyət daşıyır. Əgər malların saxlanması əsassız və ya prosedur qaydalarına zidd həyata keçirilibsə, fiziki şəxs kompensasiya tələbi ilə mülki iddia qaldıra bilər”.

Vətəndaşlar üçün maliyyə çevikliyi

Dəyişikliyin müsbət tərəflərindən danışan həmsöhbətimiz vurğulayır ki, yeni qaydalar gömrük öhdəliklərinin təmin olunmasında alternativ alətlərin tətbiqini mümkün edir və bu da vətəndaşlar üçün maliyyə çevikliyi yaradır: “Eyni zamanda, ödənişlərin üçüncü şəxslər tərəfindən həyata keçirilməsi hüquqi plüralizmə şərait yaradır və sosial dəstək sisteminin hüquqi təzahürü kimi çıxış edir. Bundan əlavə, gömrük idarələrinin fəaliyyətində risk əsaslı yanaşmanın tətbiqi sayəsində vətəndaşlara qarşı əsassız nəzarət və müdaxilələrin qarşısı alınır. Bu isə həm şəffaflığın artırılmasına, həm də vətəndaş məmnuniyyətinin yüksəlməsinə xidmət edir”.

Əlçatanlıq problemi, sui-istifadə riski

Mənfi nəticələrə toxunan R.Qaraşov qeyd edir ki, təminat mexanizmlərinin tətbiqində maliyyə resursları olmayan şəxslər üçün bu dəyişikliklər əlçatanlıq problemini yarada bilər: “Eyni zamanda prosedurların qeyri-müəyyənliyi və gömrük orqanlarına verilmiş geniş səlahiyyətlər sui-istifadə riskini artırır. Normativ mexanizmlərin tətbiqi zamanı insan hüquqlarının qorunmasına dair effektiv nəzarət mexanizmlərinin olmaması isə hüquqi ziddiyyətlərə səbəb ola bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://news24.az
archiveBu xəbər 21 İyul 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri