Icma.az
close
up
RU
Xarici borcumuz artırılacaq: Səbəb nədir, nəticə nə ola bilər? TƏHLİL

Xarici borcumuz artırılacaq: Səbəb nədir, nəticə nə ola bilər? TƏHLİL

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Göründüyü kimi, xarici dövlət borcunun məbləği daxilidən azdır. Bu da Prezident İlham Əliyevin hələ illər öncə irəli sürdüyü təşəbbüsün nəticəsində həyata keçirilən strategiyaya uyğundur. Odur ki, xarici borcun ümumi borc portfelində həcmi az olmaqla yanaşı, 2021-ci ildən ÜDM istehsalının artması hesabına ona nisbətdə payı da azalan xətt üzrə inkişaf edir.
Təxminən yeddi il öncə, yəni 2018-ci il 24 avqust tarixdə dövlət başçısının 424 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasında dövlət borcunun idarəedilməsinə dair orta və uzun müddət üçün Strategiya" təsdiq edilmişdi. Sənəddə dövlət borcu sahəsində dayanıqlığı təmin etməklə onun ÜDM-ə nisbətdə həcmini tədricən azaltmaq qarşıya məqsəd qoyulmuşdu. 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətdə yuxarı həddinin 30%-dən çox olmaması və 2025-ci ilədək 20%-dən aşağı salınması hədəf olaraq götürülmüşdü. Xarici borc öhdəlikləri səviyyəsini isə yerli maliyyə bazarını inkişaf etdirməklə ÜDM-in 10%-dən aşağı hissəsinə endirmək planlaşdırılmışdı.
Yeri gəlmişkən, qeyd edim ki, həmin strategiya təsdiq olunan ildə xarici dövlət borcunun ÜDM-ə nisbəti 20,3% təşkil edirdi. 2023-cü ilin əvvəlinə isə bu rəqəm 2,5 dəfə azaldılaraq artıq, 8,6%-ə salınmışdı. 2024-cü ilin əvvəlinə isə 8,9%-ə bərabər idi. 2022-ci ilin 30 dekabr tarixində "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022-2025-ci illər üzrə yenilənməsi çərçivəsi" təsdiq edildi ki, bu sənəddə isə qarşıya daha yeni hədəflər qoyuldu. Belə ki, strategiyada əvvəlki sənəddə müəyyən edilən əsas istiqamətlər və məqsədlər dəyişməz saxlanılmaqla, 2022-2025-ci illər üçün dövlət borcalmalarının idarəedilməsinə dair yeni çərçivə müəyyən olundu və 2030-cu ilin sonunadək uzunmüddətli baxış irəli sürüldü. Başqa sözlə, yeni strategiya da yalnız yeni borcalmalarla bağlı deyil, dövlət borcu və zəmanəti ilə alınan vəsaitlərlə də bağlı cari vəziyyətin təhlil edilməsini, riskləri və görüləcək tədbirləri əhatə etmiş sayılır.
Sözün qısası, əgər 2018-ci ildən bu sənədlər ortaya qoyulmasa idi və ölkəmizdə dövlət borcu məsələsinə strateji yanaşma olmasaydı indiyədək çoxdan irimiqyaslı borclanmaya getmişdik və xarici borc daxili borc səviyyəsini ötüb keçmişdi. Ancaq ölkəmiz bu illər ərzində xaricdən borc almağı azaldıb, əvəzində daxili borclanmanı genişləndirib. Nəticədə də daxili maliyyə, xüsusən də onun ən mühüm seqmenti olan qiymətli kağızlar bazarı müəyyən dərəcədə inkişaf etmişdir. Halbuki, böyük enerji resurslarına sahib olduğumuzdan ödəniş qabiliyyətli ölkəyik və odur ki, xaricdən gen-bol vəsait cəlb edə bilərik. Strateji valyuta ehtiyatlarımız cari ilin 9 ayında 10,5 milyard artaraq 81,5 milyard dollara çatıb. Bu, ilin əvvəli ilə müqayisədə 14,7% çox deməkdir.
Lakin ölkəmiz xarici borclanma kursunu və yəni bu sahədə siyasətini tezliklə əks, yəni nisbətən artırmaq istiqamətində dəyişəcək. Belə ki, ölkə iqtisadiyyatının genişləndirilməsi ilə bağlı qarşıda bir sıra iri həcmli investisiya tələb edən məsələlər dayanır ki, bu da, dövlət büdcəsinə və ehtiyatlarımıza yük yarada bilər. Ona görə də xaricdən borc alışı indiyədək olanın əksinə, artırılacaq.
2026-cı ilin dövlət büdcəsi haqqında qanunda Azərbaycanda daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2 milyard manat, xarici isə 6 milyard manar olacaq. Bu rəqəmlər, 2025-ci ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq eyni və 71,4% çox təşkil edir.
Dövlətin borc yükünün artırılacağı Maliyyə Nazirliyinin açıqladığı müvafiq sənəddə də qeyd edildiyi kimi bir sıra prioritet sahələr, o cümlədən, nəqliyyat sektoru, su təchizatı, məşğulluq, sosial müdafiənin gücləndirilməsi üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə nəzərdə tutulur. Bütün bunlar strateji hədəflərə uyğun olaraq planlaşdırılıb. Dövlət başçımız özü dəfələrlə tapşırıb ki, dövlət borcunun ÜDM-ə nisbəti 30% həddi keçməsin. Buna dair konkret sənədlər də imzalanmışdır. Odur ki, burada qeyri-adi heç nə yoxdur.
Ümumiyyətlə, cari ilin sonuna ölkəmizin həm xarici, həm daxili dövlət borcunun ümumi məbləğinin 25,4 milyard manat səviyyəsinə, yəni proqnoz üzrə nəzərdə tutulan ÜDM-in 19,6%-nə çatacağı gözlənilir ki, 2026-2029-cu illərin sonuna qeyd olunan rəqəmlərin müvafiq olaraq 32,0 milyard manat və 19,8% təşkil edəcəyi planlaşdırılıb. Göründüyü kimi, əslində hər hansı ciddi bir artım baş verməyəcək.

Pərviz Heydərov
Azvision.az üçün
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azvision.az
archiveBu xəbər 04 Noyabr 2025 07:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see275

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see248

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see236

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see221

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see200

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see142

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see141

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see137

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri