Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Yüksək qan təzyiqi yaddaşı pozur

Xarici borc artırılacaq: Səbəb nədir, nəticə nə ola bilər?

Xarici borc artırılacaq: Səbəb nədir, nəticə nə ola bilər?

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Pərviz Heydərov yazır...

Cari ilin oktyabr ayının 1-nə Azərbaycanın dövlət borcu 25 milyard 365 milyon 100 min manat təşkil etməklə ölkədə istehsal edilən ümumi daxili məhsulun (ÜDM) 19.5%-nə bərabər olub. Borcun 17 milyard 46.8 milyon manatı daxili, 4 milyard 893.1 milyon dollar isə xarici borcun payına düşür.

Göründüyü kimi, xarici dövlət borcunun məbləği daxilidən az təşkil etməkdə davam edir. Bu da, Prezident İlham Əliyevin hələ illər öncə irəli sürdüyü təşəbbüs nəticəsində həyata keçirilən strategiyaya uyğundur. Və odur ki, xarici borcun ümumi borc portfelində həcmi az təşkil etməklə yanaşı, 2021-ci ildən ÜDM istehsalının artması hesabına ona nisbətdə payı da azalan xətt üzrə inkişaf edir.

Təxminən yeddi il öncə, yəni 2018-ci il 24 avqust tarixdə dövlət başçısının 424 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasında dövlət borcunun idarəedilməsinə dair orta və uzun müddət üçün Strategiya" təsdiq edilmişdi. Hansı ki, həmin sənəddə dövlət borcu sahəsində dayanıqlığı təmin etməklə onun ÜDM-ə nisbətdə həcmini tədricən azaltmaq qarşıya məqsəd qoyulmuşdu.

2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətdə yuxarı həddinin 30%-dən çox olmaması və 2025-ci ilədək 20%-dən aşağı salınması hədəf olaraq götürülmüşdü.

Xarici borc öhdəlikləri səviyyəsini isə yerli maliyyə bazarını inkişaf etdirməklə ÜDM-in 10%-dən aşağı hissəsinə endirmək planlaşdırılmışdı.

Yeri gəlmişkən, qeyd edim ki, həmin vaxtda, yəni sözügedən strategiya təsdiq olunan ildə xarici dövlət borcunun ÜDM-ə nisbəti 20.3% təşkil edirdi. 2023-cü ilin əvvəlinə isə bu rəqəm 2.5 dəfə azaldılaraq artıq, 8.6%-ə salınmışdı.

2024-cü ilin əvvəlinə isə 8.9%-ə bərabər idi.

2022-ci ilin 30 dekabr tarixində isə "Azərbaycan Respublikasında dövlət borcunun idarəedilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022-2025-ci illər üzrə yenilənməsi çərçivəsi" təsdiq edildi ki, bu sənəddə isə qarşıya daha yeni hədəflər qoyuldu.

Belə ki, strategiyada əvvəlki sənəddə müəyyən edilən əsas istiqamətlər və məqsədlər dəyişməz olaraq saxlanılmaqla, 2022-2025-ci illər ərzi üçün dövlət borcalmalarının idarəedilməsinə dair yeni çərçivə müəyyən olundu ki, 2030-cu ilin sonunadək uzunmüddətli baxış irəli sürülüb.

Başqa sözlə, yeni strategiya da əvvəlkində müəyyən olunduğu kimi yalnız, yeni borcalmalarla bağlı deyil, dövlət borcu və zəmanəti ilə alınan vəsaitlərlə də bağlı cari vəziyyətin təhlil edilməsini, riskləri və görüləcək tədbirləri əhatə etmiş sayılır.

Əgər 2018-ci ildən bu sənədlər ortaya qoyulmasa idi və ölkəmizdə dövlət borcu məsələsinə strateji yanaşma olmasaydı indiyədək çoxdan irimiqyaslı borclanmaya getmişdik və xarici borc daxili borc səviyyəsini ötüb keçmişdi.

Ancaq ölkəmiz bu illər ərzində qeyd etdiyim kimi, xaricdən borc almağı azaldıb, əvəzində daxili borclanmanı genişləndirib. Nəticədə də daxili maliyyə, xüsusən də onun ən mühüm seqmenti olan qiymətli kağızlar bazarı müəyyən dərəcədə inkişaf etmişdir.

Halbuki, böyük enerji resurslarına sahib olduğumuzdan ödəniş qabiliyyətli ölkəyik və odur ki, xaricdən gen-bol vəsait cəlb edə bilərik. Strateji valyuta ehtiyatlarımız cari ilin 9 ayında 10.5 milyard artaraq 81.5 milyard dollara çatıb. Bu, ilin əvvəli ilə müqayisədə 14.7% çox deməkdir.

Lakin ilin əvvəlində də yazmışdım ki, ölkəmiz xarici borclanma kursunu və yəni bu sahədə siyasətini tezliklə əks, yəni nisbətən artırmaq istiqamətində dəyişəcək. Belə ki, ölkə iqtisadiyyatının genişləndirilməsi ilə bağlı qarşıda bir sıra iri həcmli investisiya tələb edən məsələlər dayanır ki, bu da, dövlət büdcəsinə və ehtiyatlarımıza yük yarada bilər.

Ona görə də xaricdən borc alışı indiyədək olanın əksinə, artırılacaq.

2026-cı ilin dövlət büdcəsi haqqında qanunda Azərbaycanda daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2 milyard manat, xarici isə 6 milyard manat olacaq. Bu rəqəmlər, 2025-ci ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq eyni və 71.4% çox təşkil edir.

Dövlətin borc yükünün artırılacağı Maliyyə Nazirliyinin açıqladığı müvafiq sənəddə də qeyd edildiyi kimi bir sıra prioritet sahələr, o cümlədən, nəqliyyat sektoru, su təchizatı, məşğulluq, sosial müdafiənin gücləndirilməsi üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə nəzərdə tutulur.

Yəni, qeyd etmək istədiyim odur ki, bütün bunlar strateji hədəflərə uyğun olaraq planlaşdırılıb. Belə ki, ölkə başçısı özü dəfələrlə tapşırıb ki, dövlət borcunun ÜDM-ə nisbəti 30% həddi keçməsin. Və buna dair konkret sənədlər də imzalanıb.

Odur ki, burada qeyri-adi heç nə yoxdur. Ümumiyyətlə, cari ilin sonuna ölkəmizin həm xarici, həm daxili dövlət borcunun ümumi məbləğinin 25.4 milyard manat səviyyəsinə, yəni proqnoz üzrə nəzərdə tutulan ÜDM-in 19.6%-nə çatacağı gözlənilir ki, 2026-2029-cu illər ərzinin sonuna qeyd olunan rəqəmlərin müvafiq olaraq 32 milyard manat və 19.8% təşkil edəcəyi planlaşdırılıb.

Göründüyü kimi, əslində hər hansı ciddi bir artım baş verməyəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Oktyabr 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see377

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see336

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see304

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see284

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see256

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see252

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see247

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see235

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see234

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see226

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see217

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see213

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see206

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see196

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see186

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see186

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see184

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see182

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri