Icma.az
close
up
RU
Xarici dil imtahanında xaos: İştirakçılar narazıdır, etiraz aksiyası gündəmdə

Xarici dil imtahanında xaos: İştirakçılar narazıdır, etiraz aksiyası gündəmdə

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Xəbər verdiyimiz kimi, iyunun 22-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən doktorantura və dissertantura səviyyəsi üzrə xarici dil imtahanı bu dəfə də texniki və təşkilati problemlərlə yadda qaldı. Dinləmə blokunda səs sisteminin işləməməsi, imtahan şəraitinin zəifliyi və strukturun mürəkkəbliyi iştirakçılar arasında ciddi narazılıq yaradıb. Sosial şəbəkələrdə yayılan şikayətlər imtahanın nə qədər xaotik keçdiyini açıq şəkildə ortaya qoyur.

“İELTS daha sistemlidir”

İmtahanda iştirak edən namizədlərdən biri deyib:

"İM 5 illik sertifikat verir, amma anladım ki, İELTS daha rahat və sistemlidir. Orda dinləmə hər kəs üçün individual olur. Burda isə səs otaqda elə yayılır ki, başıma düşür, informasiyanı qəbul edə bilmirəm. Task 2-ni ümumiyyətlə yazmadım. Çox güman ki, kəsiləcəm".

"Esse mövzuları anlaşılmaz idi"

Başqa bir iştirakçı isə təqdim olunan yazılı tapşırıqların, xüsusilə esse mövzusunun absurd olduğunu bildirib:

"Esse mövzusu – "Təhsil pullu olsun, yoxsa pulsuz?" – 200 söz yazmaq üçün nə qədər fikir sıxmaq olar? Məcbur yazdım ki, vicdan əzabı çəkməyim. Vərəqlə baxışırdıq. Çətinlik bütün bloklarda hiss olunurdu".

“Səs-küydə dinləmə mümkün deyildi”

Dinləmə blokundakı xaos isə şikayətlərin əsas mövzusudur. İştirakçılardan biri imtahan mühiti haqqında belə yazıb:

“55 dəqiqə dinləmə normal deyil. Sinif otaqları bərbad vəziyyətdə idi. Kimsə öskürür, qapı açılıb-bağlanır, səs aləmi bürüyür. Baş nəzarətçi gəlib deyir ki, 5 dəqiqə əlavə vaxt veririk, bir parçanı da yenidən səsləndirək. Amma nə fayda? Axırda həm cavabları kodlaşdırmaq, həm də oxuma tapşırıqlarını həll etmək mümkün olmadı.”

“Motivasiya ilk dəqiqələrdə öldü”

Bəzi iştirakçılar illərlə hazırlaşdıqları imtahanda istifadə olunan məzmunun və leksikanın onlara tamamilə yad gəldiyini vurğulayıblar:

“O qədər test, yazı işlədik. Harda idi o qədər tanış sözlər? Dinləmə asteroidlər haqqındaydı. Heç olmasa, Şamaxı rəsədxanası haqda olsaydı, məna çıxarardıq. Elə ilk 10 dəqiqədə motivasiya öldü, qalan bloklar da batdı".

“Struktur mürəkkəb, sistem yoxdur”

Başqa bir namizəd isə ümumiyyətlə, imtahanın strukturunu və texniki yanaşmanı tənqid edib:

“Məqsəd DİM-i pisləmək deyil. Amma struktur həddindən artıq qarışıqdır. 11–20 arası suallar mənə həmişə çətin gəlir. Tam elektron sistem olsa, bəlkə daha ədalətli olar".

“Yan otaqdan səs eşidilirdi”

Ən ciddi problemlərdən biri kimi isə dinləmə zamanı digər otaqlardan gələn səslərin imtahan verənlərə mane olması qeyd olunur. İmtahanda iştirak edənlərdən biri bildirib ki, onlar öz dinləmələrini eşidə bilməyoiblər:

"Ən vacib məqam – biz öz dinləməmizi eşitmirdik, yan otaqdan səslənən dinləmə materialı bizim otağa gəlirdi. Hər şey bir-birinə qarışırdı. Bir otaqda iki fərqli səs eşidilir, adam nəyi dinləyəcəyini bilmir. Belə vəziyyətdə nəticə necə obyektiv ola bilər?”

Nəticələrin ləğvi və yeni imtahan tələb olunur

Bütün bu narazılıqlar fonunda iştirakçılar DİM-dən imtahan nəticələrinin ləğvini və prosesin təkrar keçirilməsini tələb edirlər. Artıq bir qrup namizəd etiraz aksiyası keçirmək niyyətindədir. Bəziləri isə rəsmi müraciətlərini təqdim edib.

DİM-in mətbuat xidmətindən Bakupost.az -a bildiriblər ki, günün birinci yarısında məsələ ilə bağlı rəsmi açıqlama veriləcək.

Azər, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 23 İyun 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri