Icma.az
close
up
RU
Xarici diplomatlar üçün “Xarici Siyasət Proqramı” başa çatıb

Xarici diplomatlar üçün “Xarici Siyasət Proqramı” başa çatıb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 24 iyun, AZƏRTAC

ADA Universitetinin İxtisasartırma Proqramı və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) birgə təşkilatçılığı ilə hər il ənənəvi olaraq keçirilən “Xarici Siyasət Proqramı” uğurla başa çatıb.

Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib.

İyunun 9-dən 22-dək davam edən proqram çərçivəsində Avropa, Latın Amerikası, Afrika, Okeaniya, Orta Şərq və Asiyanı təmsil edən 27 ölkədən 30 xarici diplomat ADA Universitetində bir araya gəlib.

Proqram çərçivəsində iştirakçılar üçün ADA Universitetinin professor-müəllim heyəti, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, Xarici İşlər Nazirliyi, Sənaye və Energetika Nazirliyi müavinləri, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin müşavirləri səviyyəsində çıxışçılar və digər dövlət və özəl sektordan dəvət edilmiş yüksəkrütbəli ekspertlər tərəfindən geniş məruzələr təqdim olunub. Təlimlərdə milli kimlik, regionun siyasi tarixi, COP29, Azərbaycanın xarici siyasət prioritetləri, enerji diplomatiyası, regionun geosiyasəti və təhlükəsizliyi, Azərbaycanın iqtisadi inkişaf strategiyası, işğaldan azad edilmiş Qarabağın bərpası və sülh quruculuğu prosesi, ictimai diplomatiya, ticarət və nəqliyyat şəbəkələri, beynəlxalq cinayətkarlıqla mübarizə, liderlik və ictimai nitq bacarıqları, Azərbaycanın turizm imkanları, kimi mövzular əhatə olunub.

Həmçinin əcnəbi diplomatlar Xarici İşlər Nazirliyi və Milli Məclisdə keçirilən dəyirmi masalarda Azərbaycanın xarici siyasətini müzakirə ediblər.

Proqram çərçivəsində iştirakçılar Azərbaycanın azad edilmiş ərazilərinə – Şuşa və Xankəndi şəhərlərinə səfər edərək regionun tarixi, mədəni və siyasi reallıqları ilə əyani şəkildə tanış olublar. İkihəftəlik proqram boyunca onlar, eyni zamanda, ölkənin zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı əldə ediblər.

Bağlanış mərasimində çıxış edən ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov proqram iştirakçılarını təbrik edərək, bu təşəbbüsün ölkələrarası dialoqu və qarşılıqlı anlaşmanı gücləndirəcəyinə inandığını bildirib. Prorektor müşaviri və ixtisasartırma proqramının rəhbəri Aygün Hacıyeva qeyd edib ki, bu il proqram iştirakçı sayı və coğrafi əhatəsinə görə rekord göstəricilərlə yadda qalıb. O, proqramı yalnız Azərbaycan və regionu tanımaq üçün fürsət deyil, həm də diplomatik bacarıqların inkişafı üçün mühüm bir öyrənmə platforması kimi dəyərləndirib.

Tədbirdə Çili, Qırğızıstan, Ukrayna və Fələstin kimi ölkələrin Azərbaycandakı səfirləri və digər diplomatik nümayəndələri də iştirak edərək proqramın uğurunu vurğulayıblar və iştirakçıları təbrik ediblər.

Mərasim iştirakçılara sertifikatların təqdim olunması ilə başa çatıb.

Xatırladaq ki, 2018-ci ildən etibarən keçirilən bu proqram çərçivəsində indiyədək 89 ölkədən 148 diplomat məzun olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 İyun 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri