Icma.az
close
up
RU
Milli Məclisdə “Xarici Siyasət Proqramı” çərçivəsində görüş olub

Milli Məclisdə “Xarici Siyasət Proqramı” çərçivəsində görüş olub

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

İyunun 19-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Elm və Təhsil Komitəsinin sədr müavini Fariz İsmayılzadə və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Qaya Məmmədov ADA Universitetinin İxtisasartırma Proqramı və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən birgə təşkil olunan “Xarici Siyasət Proqramı” çərçivəsində ölkəmizdə səfərdə olan bir qrup xarici diplomatla görüşüblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əvvəlcə “Xarici Siyasət Proqramı” barədə tədbir iştirakçılarına qısa məlumat verilib. Bildirilib ki, 2018-ci ildən etibarən həyata keçirilən bu proqramda indiyədək 90-a yaxın ölkədən 150 diplomat iştirak edib. Cari il üçün nəzərdə tutulan proqramda isə 27 ölkəni təmsil edən 30 diplomat yer alır. Proqramın əsas məqsədi Azərbaycanla xarici ölkələr arasında qarşılıqlı anlaşmanın, diplomatik əlaqələrin və əməkdaşlıq imkanlarının dərinləşdirilməsidir.

Səməd Seyidov qonaqları səmimi salamlayaraq, Milli Məclisin strukturu, fəaliyyəti və beynəlxalq əlaqələri haqqında geniş məlumat verib. Komitə sədri bildirib ki, hazırda parlamentdə 100-dən artıq ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. O, həmçinin diqqətə çatdırıb ki, parlament 19 beynəlxalq parlament təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Azərbaycan Milli Məclisi hazırda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası və Asiya Parlament Assambleyası da daxil olmaqla, 3 beynəlxalq parlament qurumuna sədrlik edir.

Dünyada və regionda baş verən prosesləri dəyərləndirən komitə sədri, qlobal və regional transformasiya meylləri ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, dünyada cərəyan edən mürəkkəb geosiyasi proseslər fonunda formalaşmaqda olan yeni dünya düzənində dialoq və əməkdaşlığın əhəmiyyəti daha da artıb. Səməd Seyidov, ərazilərimizin Ermənistan tərəfindən 30 illik işğalına son qoymuş 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlardan söz açaraq, Ermənistanla ikitərəfli əsasda davam edən sülh danışıqları barədə də məlumat verib. Qeyd olunub ki, Azərbaycan sülh gündəliyinə sadiqliyini qoruyur və Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini davam etdirir.

Görüşdə Azərbaycanın yürütdüyü daxili və xarici siyasətin prioritetləri barədə fikirlərini bölüşən Elm və Təhsil Komitəsinin sədr müavini Fariz İsmayılzadə və deputat Qaya Məmmədov ölkəmizin ilbəil artan beynəlxalq nüfuzundan bəhs ediblər, Azərbaycanın həm regional, həm də qlobal güclərlə konstruktiv dialoq quraraq qarşılıqlı maraqlara əsaslanan uğurlu əməkdaşlıq münasibətləri formalaşdırdığını bildiriblər. Deputatlar, həmçinin COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirin ölkəmizdə keçirilməsinin Azərbaycanın etibarlı sülh və tərəfdaşlıq platforması kimi tanınmasına töhfə verdiyini vurğulayıblar.

Görüş diplomatları maraqlandıran mövzuların müzakirəsi ilə davam edib, onların sualları cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 İyun 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri