Icma.az
close
up
RU
Xarici diplomların “tanınmama” problemi

Xarici diplomların “tanınmama” problemi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Son illərdə gənclərin xaricdə təhsilə maraq və tələbatı artıb. Amma xarici universitetləri sevinclə bitirdikdən sonra bir çox məzunlar diplomunun tanınmaması problemi ilə qarşılaşırlar. Tanınma xarici dövlətlərin universitetlərində təhsil almış və uğurla bitirməsini təsdiq edən diplomun və ya şəhadətnamənin ölkə ərazisində qüvvədə olmasının təsdiqidir. Bəs bu prosesdə çətinlik yaşanmaması üçün nələrə diqqət edilməlidir?

Əvəlcə qeyd edək ki, xarici diplomların tanınması məcburi deyil. Əgər işəgötürən tanınma haqqında şəhadətnamə tələb edirsə, məzunlar Azərbaycanda ali təhsillərini davam etdirmək və ya peşə istiqamətlərinə uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ əldə etmək arzusundadırlarsa, o zaman diplomun tanınması vacib hala çevrilir.

Bu da var ki, bəzi xaricdə təhsil şirkətlərinin xidmətindən yararlanan tələbələr yalançı vədlərin və bəzəkli reklamların qurbanına çevrilirlər. Xüsusən də gənclər “kustar üsulla” yaradılmış belə şirkətlərin vədlərinə uyaraq ölkəmizdə tanınmayan xarici ali məktəblərdə mənasız yerə vaxt sərf edir və sonda lazımsız, keçərsiz diploma sahib olurlar. Belə şirkətlərin çoxu mövsümidir. Əsas hədəfləri nəticəsi zəif olan abituriyentlər, xüsusilə də müddətli hərbi xidmətə getmə yaşı çatmış şəxslərdir. Düzgün işləyən xaricdə təhsil şirkətinin üstünlüyü odur ki, gənclərə bələdçilik edir, birbaşa konsultasiya aparır, bilik və bacarıqlarına uyğun ixtisasa yönləndirir, vaxtında müraciət edilməsini, sənədlərin düzgün toplanılmasını və digər prosedur qaydalarını izah edir, müəyyən sənədləri toplamaqda yardım göstərir. Xaricdə təhsil şirkəti ilə müqavilə bağlayarkən onların öhdəlikləri diqqətlə təhlil edilməlidir.

Azərbaycan dövlətində xarici ölkələrin ali məktəb ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Lissabon Konvensiyası və Nazirlər Kabinetinin 13 may 2003-cü il qərarı ilə tənzimlənir. Xarici diplomların tanınması prosedurunu isə Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) həyata keçirir. Tanınma proseduru ödənişlidir. Nazirlər Kabinetinin 24 dekabr 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nə əsasən ərizəçilər sənədlərin qəbulu üçün 250 manat xidmət haqqı ödəməlidirlər. Tanınma barəsində verilən şəhadətnamənin itirilməsi və ya korlanması hallarında isə 20 manat xidmət haqqı ödənməlidir.

Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik, hüquq və digər ixtisaslar üzrə TKTA-nın sifarişi ilə Dövlət İmtahan Mərkəzi tərəfindən imtahan keçirilir. Burada tanınmanın xüsusilə iki növü barəsində söz açmaq yerinə düşərdi. Birincisi, kvalifikasiyanın akademik tanınmasıdır ki, burada xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycanda təhsilin növbəti pilləsində təhsilini davam etdirmək hüququ verir. İkincisi, kvalifikasiyanın peşə tanınmasıdır ki, burada xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycanın Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən onun əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işə götürənə təqdim edilən təhsil sənədində qeyd olunan müvafiq peşə fəaliyyəti göstərmək hüququnun verilməsidir.

Bəzi hallarda özəl sektorlar gənclərin xarici diplomunu tanınma olmadan belə qəbul edirlər. Bu mövzuda xarici diplomunu almış tələbə özü qərar verməlidir. Lakin tələbə dövlətlə bağlı qurum və ya nazirlikdə işləməyi planlayırsa bu məsələyə çox ciddi yanaşmalıdır. Sadəcə, bir-iki özəl şirkətin ümidinə qalıb tanınma prosedurunu ciddiyə almamaq diplomçunun ziyanınadır.

Fevralın 6-da Elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün təşkil etdiyi brifinqdə xaricdə təhsil almış şəxslərin diplomlarının tanınıb-tanınmaması məsələsinə də aydınlıq gətirdi. Nazir bildirdi ki, işimiz ədalətliliyi təmin etməkdir. Bal toplamadan xaricdə hansısa universitetdən adını yazdırıb, formal bitirib diplom alan şəxsin sənədini təsdiq edə bilmirik.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınması ilə bağlı əhaliyə dəfələrlə xəbərdarlıq edib. Hətta bu dövlət qurumu heç bir şirkət və ya fiziki şəxslə əməkdaşlıq etmədiyini dəfələrlə bildirib.

Hazırda ən çox imtina alan universitetlər Ukrayna, Rusiya və Gürcüstana aiddir. TKTA-nın ən çox imtina alan universitetlərin siyahısına baxanda bunu aydın görmək olur. Tanınmama faizi 30-100 arasında yerləşən 54 universitet məhz bu 3 ölkədə yerləşir.

Agentlik mövzu ilə bağlı ünvanladığımız suallarımızı cavablandıraraq bildirdi ki, diplomların tanınmasından imtinanın əsas səbəbi şəxsin təhsil müddətində xarici ölkənin ərazisində kifayət qədər olmaması, tədris dili üzrə aşağı bilik səviyyəsi, təhsil aldığı universitetin akkreditasiyasız olması və s. ilə bağlıdır.

TKTA təhsil almaq üçün xarici dövlətlərə üz tutan tələbələrə tövsiyə edir ki, universitetin təhsil alınan ölkədə dövlət akkreditasiyasına, yəni lisenziyaya sahib olması, təhsilalma formasının ölkəmizin təhsil qanunvericiliyində nəzərdə tutulmuş formalara uyğun olması, təhsil alınan ölkədə davamiyyətə riayət edilməsi, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olması məqamlarına diqqət yetirsinlər.

Agentlik rəsmisi bu ilin yanvar ayı üzrə 402 müraciətçinin 300-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edildiyini, 102 nəfərin müraciətinin isə mənfi qərarla yekunlaşdığını da bildirdi: “Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 78, dövlət nümunəli olmayan diplom səbəbilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 5, təhsil forması səbəbilə 4, akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbilə 2, ekvivalenti olmayan ixtisas səbəbilə 2, tədris yükü səbəbilə 2, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə 1, bakalavr diplomu üzrə imtina verilmə səbəbilə 1, dövlət nümunəli olmayan diplom və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb”.

Bildirildi ki, ölkələr üzrə təhsil alanların müraciətlərinin sayına nəzər saldıqda Türkiyədən 146, Rusiyadan 102, Ukraynadan 51, Birləşmiş Krallıqdan 23, Gürcüstandan 17, Polşadan 10, Macarıstandan 9, İtaliyadan 8, Belarusdan 6, Almaniyadan 5, Amerika Birləşmiş Ştatlarından 4, İsveç və Niderland Krallıqlarından 2, Qazaxıstandan 2, Avstraliya, Belçika, Çexiya, Estoniya, İndoneziya, İran, İsveçrə, Koreya, Latviya, Litva, Misir, Özbəkistan, Pakistan, Qırğızıstan və Türkmənistanın hərəsindən 1 müraciət olunub. Ən çox müraciət olunan ixtisaslara gəlincə, biznesin idarə edilməsi üzrə 38, iqtisadiyyat üzrə 27, maliyyə üzrə 26, menecment üzrə 26, hüquqşünaslıq üzrə 20 müraciət qeydə alınıb.

Məsələyə münasibət bildirən təhsil eksperti Vüsət Əzizov bildirdi ki, abituriyentlər diplomları tanınmayan universitetlərin siyahısını TKTA-nın rəsmi internet saytından da öyrənə bilərlər. Təhsilalan “https://apply.enic.edu.az” sistemi vasitəsilə də akreditasiyadan keçmiş və lisenziyası olan ali təhsil müəssisələri barəsində məlumat ala bilər.

Təhsil eksperti Elçin Murad XQ-yə dedi ki, nüfuz xatirinə, “təki xaricdə oxuyum” deyənlər çox vaxt nəticəni düşünmürlər: “Bəzən məzunlar müəyyən vasitəçi şirkətlərin vədlərinə aldanaraq, nüfuz xatirinə xarici ölkələrə üz tuturlar. İstənilən halda, hər hansı xarici ali məktəbə oxumağa gedən abituriyent TKTA vasitəsilə diplomları Azərbaycanda tanınan universitetlərin siyahısı ilə tanış olmalıdır.

Bir sözlə, aldanmamaq üçün oxumaq istədiyiniz universiteti yaxşı araşdırmalı, həmin təhsil ocağının Azərbaycanda tanınıb-tanınmamasını əvvəlcədən öyrənməlisiniz. Əgər hansısa xaricdə təhsil şirkətinin xidmətlərindən yararlanırsınızsa, həmin şirkəti də araşdırmalı və qəbul olan digər tələbələrin sənədlərini təqdim etmələrini istəməlisiniz”.

Əbəs yerə deyilməyib ki, sonrakı peşmançılıq fayda verməz.

Rizvan FİKRƏTOĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:293
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Fevral 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see406

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see362

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see329

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see321

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see281

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see270

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see236

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see232

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see209

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see204

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see195

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see192

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see188

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see183

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see171

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see167

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri