Xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması dayandırılır
Icma.az, Mia.az saytına istinadən bildirir.
Xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq.
Bununla bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.
Bildirilib ki, Elektron Müraciət Sistemi (EMS) vasitəsilə agentlik tərəfindən həyata keçirilir:
"EMS-in daha effektiv işləməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə sözügedən sistemdə mütəmadi olaraq texniki işlər aparılır. Bu baxımdan, EMS vasitəsilə ərizələrin qəbulu bu il dekabrın 16-dan gələn il yanvarın 1-dək dayandırılacaq. Ərizəçilərdən bunu nəzərə almaları və ən geci dekabrın 16-dək müraciət etmələri xahiş olunur".
Bu mövzuda digər xəbərlər:Xarici kvalifikasiyaların tanınması üzrə 11 saxta diplom aşkarlandı
21 İyul 2026 11:55
Xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası təsdiqlənib
23 Oktyabr 2026 17:38
Bu il xaricdə əldə edilmiş kvalifikasiyaların tanınmama səbəbləri açıqlandı
26 Dekabr 2025 12:08
Xarici kvalifikasiyaların tanınması üçün müraciətlərin sayı: Mindən çox adama imtina edilib
25 Dekabr 2024 13:44
Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib
23 İyun 2025 13:58
Baxış sayı:149
Bu xəbər 09 Dekabr 2025 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















