Icma.az
close
up
RU
Xarici dövlətlərin Azərbaycan təcrbəsinə marağı artmaqdadır

Xarici dövlətlərin Azərbaycan təcrbəsinə marağı artmaqdadır

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında Qazaxıstandan olan hakimliyə namizədlər üçün iki həftəlik təcrübə proqramı keçirilib. 

Bu barədə XQ-yə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 1-12 dekabr tarixlərini əhatə edən təcrübə proqramı Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə Qazaxıstan Respublikası Ali Məhkəmə Şurası yanında Ədalət Akademiyası arasında imzalanmış Əməkdaşlıq memorandumuna əsasən təşkil olunub və 60 akademik saatlıq təlimi əhatə edib. 

Məhkəmə-Hüquq Şurasının da dəstəyi ilə təşkil olunan proqram çərçivəsində Qazaxıstandan olan 30 hakimliyə namizəd Azərbaycan məhkəmə sisteminin fəaliyyəti, məhkəmə icraatının təşkili, hüquqi tədqiqat metodları, mediasiya, hakimlərin peşə hazırlığı və rəqəmsal ədliyyə sahəsində müasir yanaşmalarla tanış olub.

Mühazirələr Ali Məhkəmənin, Bakı və Sumqayıt apellyasiya məhkəmələrinin hakimləri, tanınmış hüquqşünaslar və mütəxəssislər tərəfindən təqdim edilib.

Təlimlə yanaşı, iştirakçılar Ədliyyə Nazirliyinin Probasiya xidmətində, Məhkəmə Ekspertizası Mərkəzində, Bakı istintaq təcridxanasında, eləcə də 7 saylı Bakı “ASAN xidmət” mərkəzində, Konstitusiya Məhkəməsində, Ali Məhkəmədə, Bakı Apellyasiya Məhkəməsində, Sumqayıt Məhkəmə Kompleksində və Yasamal rayon məhkəməsində həmin qurumların fəaliyyətləri ilə yaxından tanış olublar. 

Təcrübə proqramının sonunda iştirakçılara sertifikatlar təqdim edilib. 

Təcrübə proqramı Azərbaycan və Qazaxıstan arasında dostluq münasibətlərinin və peşəkar əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, iki ölkənin məhkəmə-hüquq orqanları arasında bilik və təcrübə mübadiləsini dərinləşdirir, gələcək hüquqşünasların peşəkar inkişafına töhfə verir və ədliyyə sahəsində qarşılıqlı əməkdaşlığın davamlı şəkildə genişlənməsinə zəmin yaradır.

Son illərdə bir sıra ölkələrin məhkəmə və hüquq orqanlarının mütəxəssis hazırlanması məqsədilə Ədliyyə Akademiyasına müraciət etməsi Akademiyanın bu sahədə formalaşdırdığı yüksək institusional potensialı təsdiqləyir. Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, hüquqşünasların peşəkarlığının artırılması və ixtisaslı kadr hazırlanması istiqamətində görülmüş ardıcıl tədbirlər xarici dövlətlərin Azərbaycan təcrübəsinə artan marağını daha da gücləndirib.

N.Adilqızı
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Dekabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri