Nərgiz Quliyeva: Gənclərin təsviri incəsənətə marağı artmaqdadır
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 2 fevral, AZƏRTAC
"Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin təşkilatçılığı ilə təqdim olunan “Bu günün rəssamı” layihəsi çərçivəsində gənclərin sənətə və yaradıcılığa artan marağı bir daha diqqət çəkir. Xüsusilə son dövrlər təsviri incəsənətə marağın artması sevindirici haldır. Gənclər muzeylərə üz tutur, özləri də incəsənətlə yaxından maraqlanırlar. Sərgidə bunu aydın şəkildə görmək mümkündür və burada bir-birindən maraqlı əsərlər nümayiş etdirilir.
Bunu AZƏRTAC-a açıqlamasında “Nargiz Art Studio”nun rəhbəri, istedadlı rəssam Nərgiz Quliyeva bildirib.
Onun sözlərinə görə, sərgidə 15 gənc xanım rəssamın müxtəlif üslublarda yaratdıqları əsərləri nümayiş olunur: “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyi ümumilikdə mədəniyyətimizin bütün sahələrinə diqqət göstərir və daim gənclərə dəstək olur. Bu dəstək gənclər üçün olduqca önəmlidir. Çünki gənclər dəstəyi hiss etdikcə daha da ruhlanır, daha gözəl və dəyərli əsərlər yaradırlar”.
Baxış sayı:18
Bu xəbər 02 Fevral 2026 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















