Icma.az
close
up
RU
Xarici jurnalistlər Bakıdakı qoruqlara baş çəkdilər Foto

Xarici jurnalistlər Bakıdakı qoruqlara baş çəkdilər Foto

Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Noyabrın 17-də Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkəti ölkəmizdə səfərdə olan xarici media nümayəndələri üçün “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna birgə mediatur təşkil edib.

Agentlikdən Teleqraf.com-a bildirilib ki, budəfəki mediatura qonaqlar Azərbaycanın tarixi, mədəniyyəti və adət-ənənələrinin gələcək nəslə ötürülməsində mühüm rol oynayan “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğundan başlayıblar. Jurnalistlərə açıq səma altında yerləşən “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində xalçaçılıq, dulusçuluq kimi qədim sənət nümunələri təqdim edilib. Onlar qoruq ərazisində yerləşən məscid, hamam, habelə memarlıq və arxeoloji abidələrlə tanış olublar.

Xarici media nümayəndələri, həmçinin “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət edərək qədim abidənin tarixi haqqında ətraflı məlumat alıblar. Bildirilib ki, Bakının mərkəzinin 30 kilometrliyində, Suraxanı rayonu ərazisində yerləşən “Atəşgah məbədi” bütün dünyada tanınır, yerli memarlıq ənənələri üslubunda tikilmiş məbəd özündə qədim od səcdəgahlarının cizgilərini birləşdirir.

Qonaqlar Abşeronun Məhəmmədi kəndində yerləşən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna gedərək dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan möcüzəni də müşahidə ediblər. Qeyd olunub ki, burada Yanardağla yanaşı, “Qurd yuvası” mağarası, çoxəsrlik tarixə malik iki qəbiristanlıq, kükürdlü su bulağı, hələ də aktiv olan Qırməki palçıq vulkanı və digər maddi-mədəni irs nümunələri mövcuddur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 17 Noyabr 2024 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri