Icma.az
close
up
RU
Jurnalistlər Balaxanı nefti ilə rəsm çəkdilər Fotolar

Jurnalistlər Balaxanı nefti ilə rəsm çəkdilər Fotolar

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

“Balakhani Operating Company LTD” tərəfindən təşkil edilən “Əkinçi” Dövrünün Neft Hekayələri” adlı tədbirdə Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi qeyd edilib.

“Qafqazinfo” xəbər verir ki, neft tariximizin beşiyi hesab edilən Balaxanıda ölkənin aparıcı KİV-lərinin nümayəndələri Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuat tariximizdə neft sənayesi izlərini nəzərdən keçiriblər.

“Balakhani Operating Company LTD”-in prezidenti Rövşən Rzayev çıxışında bildirib ki, Milli mətbuatın yaranması bir xalq üçün onun milli şüurunun formalaşması, öz kimliyi və ictimai-siyasi mövcudluğunu anlaması baxımdan təməl nöqtələrindən biridir. Neft mövzusu Zərdabinin “Əkinçi”sindən bu günə qədər Azərbaycan mətbuatının əsas hekayələrindən biri kimi qalmaqdadır: “Tarixi mətbuat səhifələrini vərəqləsək, görərik ki, strateji resurs kimi Abşeron nefti hələ 19-cu əsrin sonlarında diqqət mərkəzində idi. Rusiya İmperiyasının qəzetləri Bakının çar iqtisadiyyatı üçün əhəmiyyətindən yazır, onu nəzarətdə saxlamağa çağırırdılar. Qərb qəzetləri isə Qafqazı “Wild East”- “Vəhşi Şərq” adlandıraraq burada səngiməyən neft mübarizəsi və inqilabları heyranlıqla işıqlandırır, Bakını “Qara Qızıl Paytaxtı” kimi tanıdırdılar.

Amerika nefti ilə Bakı nefti arasındakı rəqabət, Bakıda neft emal edən zavodların tikilməsi, yerli sakinlərin tez bir zamanda varlanmaq üçün hər şeylərini satıb Sabunçu ərazisində torpaq almağa can atmaları “Əkinçi” qəzetinin mövzularına çevrilirdi. “Bakinskiye izvestiya” isə öz səhifələrində Balaxanıda fəhlələr üçün yaradılan şəraitlə maraqlanırdı. O cümlədən, Balaxanı-Sabunçu fəhlələri və onların övladları üçün məktəblərin təsis edilməsi, mədənlərdə kitabxana və qiraətxanaların açılması,  fəhlələrin maariflənməsi üçün teatr tamaşalarının təşkili, mədənlərdə feldşerli təcili yardım otaqlarının fəaliyyətindən yazırdı”.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, millət vəkili Vüqar Rəhimzadə isə yeni müstəqillik dövrümüzün mətbuat tarixi barədə söhbət açıb. O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra mətbuatın cəmiyyəti formalaşdırması imkanlarını dəqiq görərək, KİV-lərin maddi-texniki bazasının və ölkədə söz azadlığının qanunverici əsasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirdi. Medianın səfərbəredici rolunu yüksək dəyərləndirən Ümummilli Lider mətbuatın və jurnalistlərin dövlət quruculuğunda öz missiyasının olduğunu daim vurğulayır, media vasitəsi ilə Azərbaycan xalqı ilə açıq söhbət qururdu: “Onun idarəçilik məktəbi və siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev milli mətbuata dövlət qayğısının miqyasını daha da genişləndirib. Milli mətbuatımızın yubiley illərinin dövlət səviyyəsində qeyd olunması artıq ənənə şəklini alıb. Tarixi irsimizi yaşatmaqla yanaşı Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşməsi” haqqında fərmanına əsasən yaradılan Medianın İnkişaf Agentliyi sürətlə dəyişən informasiya texnologiyaları dünyasında milli mətbuatımızı daha da hazırlıqlı etməkdədir”.

ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının müəllimi Şəfəq Mehrəliyeva isə, müasir cəmiyyətdə media savadlılığının artırılması zərurətinə diqqət çəkib. O, bildirib ki, informasiya texnologiyalarının inkişafı medianın təsir gücünü elə həlledici dərəcəyə çatdırıb ki, mətbuatın istehsal etdiyi məlumat hər bir fərdin öz həyatı, çevrəsi, xalqı, ölkəsi barədə rəyini bilavasitə formalaşdırmaqdadır: “Cəmiyyətə məlumatın çatdırılmasında mətbuatın müxtəlif təşkilatların İctimai Əlaqələr şöbələri ilə əməkdaşlığının vacibliyini qeyd edən ADA müəllimi xatırlatdı ki, bu tərəfləri birləşdirən nöqtə cəmiyyətə faydalı məlumat vermək istəyi olmalıdır. Qədim yunan filosofu Sokratın deyimini xatırlatsaq, “üç süzgəciniz olmalıdır: - doğrudurmu? vacibdirmi? mərhəmətlidirmi?” Bu süzgəclərdən keçə bilən məlumat ictimai fayda verərək medianı müasir dünyada əzəl missiyasına sadiq saxlayacaq”.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra, KİV nümayəndələri incəsənət sessiyasında iştirak edərək neft boyası ilə rəsm əsəri üzərində işləyib, peşəkar bayramları münasibəti ilə hədiyyələrlə təltif ediliblər.












Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 İyul 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri