Icma.az
close
up
RU
Xarici media, yoxsa casus şəbəkəsi?: Azərbaycan dövləti hərəkətə keçdi

Xarici media, yoxsa casus şəbəkəsi?: Azərbaycan dövləti hərəkətə keçdi

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son zamanlar müzakirə olunan mövzulardan biri də Azərbaycanda bir sıra xarici media resurslarının fəaliyyətinin dayandırılmasıdır.

Belə ki, 2022-ci ilin avqust ayında Xarici İşlər Nazirliyi "Azərbaycan Respublikasında xarici media nümayəndələrinin akkreditasiyası Qaydaları"nı təsdiqlənib. Bu qaydalara əsasən xarici media nümayəndələrinin akkreditasiyası üçün müəyyən prosedurlar və tələblər müəyyən edilmişdir. Qaydalar həmçinin, akkreditasiyanın ləğvi üçün əsasları da əhatə edir. Bura Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə qarşı fəaliyyət göstərilməsi hallarında akkreditasiya ləğv edilməsi aiddir.

2025-ci il fevralın 13-də isə "Sputnik Azərbaycan" və "BBC News Azərbaycanca"nın Bakıdakı nümayəndəliklərinin fəaliyyəti dayandırılıb. Bu qərar, xarici KİV-lərin ölkədəki nümayəndəlik və filiallarının fəaliyyətində mövcud olan uyğunsuzluqları aradan qaldırmaq məqsədi daşıyır. Belə ki, "Rossiya Seqodnya" beynəlxalq informasiya agentliyinin Azərbaycandakı nümayəndəliyi olan "Sputnik Azərbaycan"ın əməkdaşlarının sayı, AZƏRTAC-ın Rusiyadakı müxbirlərinin sayına bərabərləşdirilərək bir nəfərə endiriləcəkdir. Eyni məhdudiyyət "BBC News Azərbaycanca"ya da şamil edilir.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən "Cümhuriyət" qəzetinin və "Cebhe.info" xəbər portalnın baş redaktoru Rəfail Becanov Azərbaycanda fəaliyyət göstərən bir sıra xarici media resurslarının fəaliyyətinin dayandırılmasının təqdirəlayiq hal olduğunu bildirib: “Bu resursların fəaliyyətlərini araşdıranda məlum olur ki, onlar  informasiya, media resursu olmaqdan daha çox başqa məqsədlərə xidmət ediblər. Məsələn, “Sputnik Azərbaycan”ın fəaliyyəti ilə bağlı zaman-zaman ölkə mediasında müxtəlif yazılar, məlumatlar dərc edilib. Biz 2019-cu ildə orada baş verən bir sıra hadisələrin şahidi olmuşuq. Redaktor vəzifəsində çalışan tanınmış jurnalistimiz Mətin Yaşaroğlundan Qarabağ məsələsi ilə bağlı Azərbaycanın mövqeyinə uyğun olmayan yazıların dərc olunmamasını tələb etdilər. O da məhz buna görə istefa verdi. Daha sonra digər rus dilli versiyanın redaktorlarından bir neçə xanım və 4 jurnalistimiz istefa verdi, çünki onlardan Azərbaycan Müdafiə Nazirliyinin həyata keçirdiyi "Qisas" əməliyyatı ilə bağlı rəsmi mövqeyi təkzib etməyi və Rusiya Müdafiə Nazirliyinin bəyanatını vermək tələb olunub”. 

Onun sözlərinə görə, bu artıq media və informasiya fəaliyyəti deyil, təbliğat xarakterli bir fəaliyyət olub: ““Sputnik” Rusiyada erməniləri Kremlə bağlayan bir bağ olub. Bu səbəbdən niyə biz Azərbaycanda onun fəaliyyətinə yol verməliyik? 2015-ci ildən etibarən “Sputnik” Azərbaycana gətirilib və ona çox böyük, geniş imkanlar yaradılıb. Onlar redaksiya heyəti formasında fəaliyyət göstərməyə başladılar. Amma Azərbaycanın media resursları xarici ölkələrdə yalnız bir müxbir postu ilə fəaliyyət göstərir. Əgər belədirsə, onda niyə bizim ölkədə onlar redaksiya formasında fəaliyyət göstərməlidirlər? Bu digər media resurslarına da aiddir, istər “BBC” olsun, istər “Amerikanın səsi” hər biri Azərbaycanda geniş heyət formasında fəaliyyət göstərirdilər, halbuki Azərbaycan media resursları həmin ölkələrdə yalnız qeydiyyatdan keçə bilirsə orada bir müxbir postu ilə fəaliyyət göstərib. Ona görə hər şey qarşılıqlı olmalıdır”.

R.Becanov bildirib ki, bəzən o media resursu adı altında başqa fəaliyyətlər də həyata keçirilir: “Bu fəaliyyətlərə bir çox şey daxildir. Hesab edirəm ki, bu məsələlərlə bağlı da Azərbaycanda müvafiq strukturlar araşdırmalar aparacaq və məlum olacaq ki, hansı media resursu bu ad altında başqa fəaliyyətlərlə məşğul olub. Onlar öz baş ofislərindən təlimat alaraq informasiya məsələsini kənarda qoyur, nəzərdə tutduqları ideya və platformaları həyata keçirirlər. Bu bizim qanunvericiliklə də ziddiyyət təşkil edir. Belə ki, bir media resursunun informasiya yayarkən nələri nəzərə alması media haqqında qanunda öz əksini tapıb. Ölkəmizdə fəaliyyət göstərən yerli media resursları bu qanunu nəzərə alır, lakin indiyə qədər fəaliyyət göstərən xarici media resursları bunu nəzərə almadan işləyib. Düşünürəm ki, bu qərar düzgün qərardır və ictimayyət tərəfindən müdafiə olunur. Azərbaycanın daxili işlərinə və Azərbaycan əleyhine təbliğat aparan hər hansı bir xarici media subyektinin ölkədə fəaliyyətinə yol vermək olmaz”.

"Cebheinfo.az" 

Açar sözlər: “Sputnik Azərbaycan” media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Fevral 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri