Icma.az
close
up
RU
Xarici şərablar Rusiyada 40% bahalaşıb: Ən çox dost olmayan ölkələrdən...

Xarici şərablar Rusiyada 40% bahalaşıb: Ən çox dost olmayan ölkələrdən...

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son bir ildə Rusiya mağazalarında idxal olunan şərabların qiyməti ortalama 40% artıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant" yazır.

Fort təşkilatının icraçı direktoru Aleksandr Lipilin qeyd edib ki, gömrük rüsumunun 25%-ə qədər artması, aksizlərin 108 rubldan 113 rubla qədər yüksəlməsi və beynəlxalq ödənişlərdə çətinliklər səbəbindən "dost olmayan" ölkələrdən olan şərabların demək olar ki, heç biri 1000 rubldan ucuz deyil.

"2024-cü ildə Avropa İttifaqından Rusiyaya şərab idxalı 1/3 nisbətində azalıb və bu, 160,6 min ton, ya da 532 milyon avro təşkil edib", deyə "The Moscow Times" yazır.

Bir çox Rusiya idxalçıları, hələ ki, məhdudlaşdırıcı gömrük rüsumları tətbiq olunmayan ölkələrdən olan məhsulların tədarükünü artırıb.  Beləliklə, Fort ötən il Çili, Argentina və Cənubi Afrika Respublikasından idxalı 30% artırıb. Bu ölkələrdən şərab idxalının gömrük rüsumu hazırda 12,5%-dir.

Şirkət həmçinin Türkiyə, Yunanıstan, Suriya və Kipr şərabları ilə işləməyə başlayıb.

Alkoqol idxalı ilə məşğul olan "Ladoga" qrupunun nümayəndələri isə, onların portfelində olan idxal şərablarının qiymətinin 10-50% arasında artdığını bildiriblər, amma ən çox artım "dost olmayan" ölkələrdən olub. Həmçinin, Latın Amerikasından olan şərabların satışları 55,8%, Gürcüstandan olan şərablarınkı isə 6,4% artıb. Əgər 2023-cü ildə "Ladoga"nın ən böyük beş tədarükçüsünün üçü Aİ ölkəsi - İtaliya, İspaniya və Fransa idisə, keçən il yalnız İtaliya və İspaniya olub.

Qeyd edək ki, Avropa İttifaqı xarici işlər nazirlərinin Rusiya tərəfindən Ukraynaya qarşı tammiqyaslı işğalın üçüncü ildönümündə qəbul etdiyi 16-cı sanksiya paketi həyata keçirilib.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Fevral 2025 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri