Icma.az
close
up
RU
Xarici seriallara baxanlara edam edir

Xarici seriallara baxanlara edam edir

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şimali Koreyada lider Kim Çen In dövründə edamların sayında ciddi artım müşahidə olunur. Xüsusilə xarici seriallara baxanlar və siyasi ittihamlarla günahlandırılan şəxslər sərt cəzalara məruz qalır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreya Covid-19 pandemiyası dövründə həm ictimai nəzarəti gücləndirib, həm də repressiv tədbirləri artırıb. 2020-ci ilin yanvarında sərhədlərin bağlanması ölkədəki insan hüquqları vəziyyətini daha da ağırlaşdırıb.

Bununla bağlı hazırlanan hesabatda qeyd olunur ki, son beş il ərzində edam və ölüm hökmlərinin sayı əvvəlki dövrlə müqayisədə iki dəfədən çox artıb. Ölüm hökmünə məhkum edilənlərin sayı isə üç dəfədən çox yüksəlib. Araşdırma çərçivəsində yüzlərlə qaçqının ifadələrinə əsaslanaraq, 144 konkret edam və ölüm hökmü işi təhlil edilib.

Hesabatda pandemiyadan sonra “xarici mədəniyyətin istehlakı”na qarşı cəzaların daha da sərtləşdiyi vurğulanır. Xüsusilə Cənubi Koreya filmləri, televiziya seriallarını izləyən və musiqilərini dinləyən şəxslər ağır cəzalara, o cümlədən edama məhkum edilə bilirlər.

Bundan əlavə, liderin tənqid olunması kimi siyasi ittihamlar da edam cəzalarının əsas səbəblərindən biri kimi göstərilir. Bu, ölkədə artan daxili narazılıqlara qarşı hakimiyyətin sərt reaksiyası kimi qiymətləndirilir.

Məlumata görə, edamların təxminən 75 faizi ictimai şəkildə icra olunur və çoxu güllələnmə yolu ilə həyata keçirilir. Bu isə cəmiyyət üzərində qorxu mühitinin gücləndirilməsi məqsədi daşıyır.

Şimali Koreyada siyasi məhbuslar üçün nəzərdə tutulan düşərgələrdə təxminən 65 min insanın saxlanıldığı bildirilir. Bu şəxslər ağır məcburi əmək və digər ciddi hüquq pozuntuları ilə üzləşirlər.

Birləşmiş Millətlər Təşkilatı rəsmiləri isə bildirir ki, ölkədə insan hüquqları sahəsində vəziyyət son on ildə yaxşılaşmaq əvəzinə, daha da pisləşib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Aprel 2026 04:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see172

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri