Icma.az
close
up
RU
Xarici sığorta şirkətlərinin bazara cəlb olunması sağlam rəqabətə və yeni təcrübəyə yol açar Ləman Babayeva

Xarici sığorta şirkətlərinin bazara cəlb olunması sağlam rəqabətə və yeni təcrübəyə yol açar Ləman Babayeva

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xarici sığorta şirkətlərinin Azərbaycan bazarına cəlb edilməsi hazırda aktual məsələlərdən biridir. Bu, bazarın inkişafına, sağlam rəqabət mühitinin formalaşmasına və yeni təcrübələrin tətbiqinə müsbət təsir göstərə bilər. Lakin bu prosesin uğurla həyata keçirilməsi üçün həm iqtisadi, həm də hüquqi zəminin yaradılması vacibdir.

Bu fikirləri Finss.az-a açıqlamasında sığorta eksperti, www.umidsigorta.az onlayn sığorta platformasının təsisçisi və rəhbəri Ləman Babayeva səsləndirib.

Onun sözlərinə görə, mövcud hüquqi baza xarici şirkətlərin strategiya və tələblərinə cavab verməli, dayanıqlı sistem qurulmalı, şəffaflıq prinsipi təmin olunmalı, insan resursları və elektron infrastruktur təkmilləşdirilməlidir:

“Xarici investorlar üçün münbit biznes mühiti yaradılmalıdır. Hətta vergi güzəştləri kimi cəlbedici təkliflər də nəzərdə tutula bilər. Bazarın nə dərəcədə gəlirli olduğunu sübut edən tədqiqatlar aparılmalıdır. Əhalinin maddi vəziyyəti, sığortalanma faizi, əlçatan və çoxnövlü sığorta paketlərinin azlığı kimi faktorlar xarici investorlar üçün maraqlı ola bilər”.

Ekspert həmçinin qeyd edib ki, sığorta sektorunda son illər ərzində aparılan təkmilləşdirmə işləri, elektronlaşma və əhalinin sığortaya marağının artması da investisiya baxımından müsbət siqnallardır.

L.Babayeva əlavə edib ki, xarici şirkətlərin bazara yerli tərəfdaşlarla əməkdaşlıq formasında daxil olması daha uyğun seçim ola bilər:

“Bu, həm əlavə maliyyə itkilərinin qarşısını alar, həm də xarici tərəfdaşların yerli bazara adaptasiyası üçün vaxt qazandırar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Aprel 2025 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see219

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see217

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see195

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see178

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see175

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see171

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see165

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see156

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see151

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see144

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri